Məhkəmə Tibbi Ekspertiza İdarəsinin işçisi rəsmən oliqarxdır... - Hətta faizə pul da verir...
Tarix: 23-09-2015, 14:32 | Çap et
Azinforum.az-a Məmmədova Kamilə Azad qızı adlı vətəndaş müraciət edərək yaxın qohumları tərəfindən onun başına gətirilən müsibətdən söz açıb. Şikayətçi redaksiyamıza təqdim etdiyi yazılı şikayətində bildirir ki, doğma xalası qızları onu şərləmək istəyir : “Mən ali təhsilli müəlliməyəm. Barəsində söz açacağım iki bacı isə mənim xalam qızlarıdır. Onlar mənim səmimiyyətimdən və qohumluq əlaqəmizdən istifadə edərək, başıma olmazın müsibətini gətiriblər. 2011-ci ildə mənimlə bir yerdə müəllimə işləyən Abbasova Rəfiqə Nadir qızı pula ehtiyacının olduğu dedi. Mən qohumlarım olan bacıların faizə pul verdiyini bilirdim. Onlardan yüksək faizlə pul götürüb iş yoldaşıma verdim. Müxtəlif vaxtlarda onlardan götürdüyüm pulun məbləği 10 minata yaxın oldu. Elə həmin vaxtdan da Rəfiqə xanım faizləri ödəməyə başladı. Ehtiyacı olduğu səbəbindən Rəfiqə xanım pulu çətinliklə ödəyə bilirdi. Baçılara ödənilən pullar isə yalnız faizə çıxılırdı. Axırda iş yoldaşım məcbur qalıb öz evini də satıb onlara ödədi. Mən, qohumlarıma bildirdim ki, artıq bu adamın pulu ödəməyə güçü çatmır və indiyə qədər sizə verdiyinizdən qat-qat artıq pul qaytarıb. Onlar razılaşmadı. Maraqlıdır ki, onlar faizi ədədi silsilə kimi hesablayır. Ödənilməyən faiz əsas borcun üzərinə gəlir, gələn ay isə ümumi məbləğin faizi hesablanır. Görəndə ki, faizlər ödənilmir, məni hədələməyə başladılar. Faizə pul verənlərdən biri, Səmədova Ceyran Adilxan qızı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində çalışır. Onun Xanım adlı baçısı isə, Qara Qarayev adına uşaq xəstəxanasında tibb baçısı işləyir. Ceyran məni prokurorluq və məhkəmə ilə hədələyir. Deyir ki, əli hər yerə girir, mənim başıma oyun açdıracaq. Təəssüflər olsun ki, indi onun dediklərinin yavaş-yavaş mümkün olduğunu görürəm. Nəsimi rayon Məhkəməsi həmin adamın adından mənə qarşı qaldırılan borcun ödənilməməsinə dair mülki iddianı heç bir qanuni əsas olmadan öz icraatına götürüb. Bizim xəbərimiz olmadan hətta hazırlıq iclası da keçirilib. Sonradan bizə zəng vurub deyiblər ki, sentyabrın 29-da növbəti proses olacaq. Çox gülməlidir ki, Ceyran tərəfindən qaldırılan iddiada güya mənim ondan 38.400 manat alıb ödəmədiyim bildirilir. Bunu sübut edən dəlil kimi isə ortaya heç bir notariat müqaviləsi və ya başqa möhtəbər sübut qoymur. Saxta iddiaçı yalnız özü ilə şərik olan baçısını və digər qohumlarını şahid kimi göstərir. Mən, öz vətəndaş və qanunun imkan verdiyi hüquqlarımdan istifadə edib daha yuxarı Məhkəmə instansiyasında Nəsimi Məhkəməsi tərəfindən icraata götürülən iddianın hüquqi mübahisə predmeti olmadığını sübüut edəcəm. Hesab edirəm ki, Səmədova Ceyran işlədiyi qurumun səlahiyyətindən istifadə edərək məni şərləmək istəyir. Tam məsuliyyəti ilə deyirəm ki, mən ondan pul almışam, ancaq bu pul mənə faizə verilib. Həmin pul da artıqlaması ilə onlara qaytarılıb. Mən, saytınız vasitəsilə üzümü Ceyranın calışdığı qurumun rəhbəri Şakir Musayevə tuturam və ondan xahiş edirəm ki, bu adamın işlədiyi yerin nüfuzuna yaraşmayan hərəkətlərini öz nəzarətinə götürsün. Faizə pul verib ehtiyacı olan iki müəllimənin qanını sormaq dövət qulluqcusuna yaraşmaz. Bu əməl eyni zamanda qanunvericiliklə də qadağan olunur”. Azinforum.az şikayətdə adı çəkilən Abbasova Rəfiqə Nadir qızı ilə də əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirdi ki, Məmmədova Kamilə müxtəlif vaxtlarda öz xalası qızlarından ona faizə pul götürüb verib: “Mənim nəyim vardı əlimdən aldılar. İndi də əl çəkmirlər. Artıq verməyə heç nəyin qalmayıb. Onların əlindən məcbur olub iş yerimi də dəyişmişəm. Əslində, mən onları məhkəməyə verməliyəm. Dəfələrlə zəng edib məni tutduracaqları ilə hədəlyiblər. Axı, mən aldığım pulu iki dəfə artıq qaytarmışam. Daha nə istəyirlər? Mən bilmirəm, bunlar kimə arxayın olub belə hərəkət edir? Ceyran dəfələrlə məni işlədiyi yerlə, malik olduğu əlaqələri ilə hədələyib”. Azinforum.az olaraq qeyd edirik ki, şikayətçi tərəfindən faizə pul verdikləri iddia olunan baçılar tərəfindən faizlərin alınmasına dair yazılı qeydlərə və başqa sənədlər də təqdim olunub. Yazıda adları çəkilən Ceyran və Xanım Səmədova bacılarının da mövqeyini dinləməyə hazırıq. Araşdırmamız davam edir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Bu gün, 19:00 |
|
|
|
• Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 18:58 |
|
|
|
• "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Bu gün, 18:14 |
|
|
|
• “Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Bu gün, 18:12 |
|
|
|
• Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Bu gün, 18:10 |
|
|
|
• İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Bu gün, 18:08 |
|
|
|
• Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Bu gün, 18:07 |
|
|
|
• Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Bu gün, 17:51 |
|
|
|
• ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Bu gün, 17:49 |
|
|
|
• London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Bu gün, 17:48 |
|
|
|
• Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Bu gün, 17:42 |
|
|
|
• Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Bu gün, 17:41 |
|
|
|
• İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Bu gün, 17:39 |
|
|
|
• SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:37 |
|
|
|
• "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Bu gün, 17:34 |
|
|
|
• Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Bu gün, 17:26 |
|
|
|
• Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Bu gün, 17:23 |
|
|
|
• İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Bu gün, 17:21 |
|
|
|
• Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Bu gün, 17:18 |
|
|
|
• Flora Kərimovanın səhhəti pisləşdi
Bu gün, 17:14 |
|
|
|
• Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Bu gün, 17:12 |
|
|
|
• "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Bu gün, 17:09 |
|
|
|
• "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Bu gün, 17:01 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
• Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Bu gün, 16:45 |
|
|
|
• “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Bu gün, 16:40 |
|
|
|
• Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Bu gün, 16:36 |
|
|
|
• Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Bu gün, 16:30 |
|
|
|
• "Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Bu gün, 16:23 |
|
|
|
• Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Bu gün, 16:22 |
|
|
|
• Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Bu gün, 16:19 |
|
|
|
• Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Bu gün, 16:14 |
|
|
|
• Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Bu gün, 16:11 |
|
|
|
• ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Bu gün, 16:06 |
|
|
|
• “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 16:03 |
|
|
|
• “Sandu Moldovanın prezidenti seçilməyib” - Kreml
Bu gün, 15:57 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib - QƏRAR
Bu gün, 15:55 |
|
|
|
• Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:52 |
|
|
|
• Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, 41 nəfər cəzalandırılıb
Bu gün, 15:49 |
|
|
|
• Etibarnamə ilə bağlı yeni qayda: - Bu məsələ çoxdan gündəmdə idi
Bu gün, 15:47 |
|
|
|
• “Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:45 |
|
|
|
• Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı - DETALLAR
Bu gün, 15:42 |
|
|
|
• Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb - SİYAHI
Bu gün, 15:38 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Bu gün, 15:36 |
|
|
|
• Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Bu gün, 15:13 |
|
|
|
• Kələntərov həbsdə qaldı - GƏLİŞMƏ
Bu gün, 15:11 |
|
|
|
• “Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Bu gün, 15:05 |
|
|
|
• Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01 |
|
|
|
• “Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00 |
|
|
|
|