Bu binanın qapıları daha bir deputatın üzünə bağlı qalacaq... - Biznesmen deputatdan şikayət var
Tarix: 10-09-2015, 12:37 | Çap et
Parlamentin 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilmiş deputatı, "ÇUM" adı ilə məşhur olan Mərkəzi Univermağın (MUM) sahibi Ərəstun Cavadovun adı son zamanlar mətbuatın gündəmindən düşmür. Belə ki, qüvvədə olan qanunların vəzifə sahiblərinin, məmurların, eləcə də millət vəkillərinin bizneslə məşğul olmasını qadağan etməsinə baxmayaraq, Ərəstun Cavadovun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, artıq deputat özünü yeni istehsal sahələrində sınamaq qərarına gəlib.
Mənbə Vertikal.az-a açıqlamasında iddia edir ki, millət vəkili seçildiyi gündən bir dəfə də olsun parlamentin istər plenar, istər komitə iclaslarında çıxış etməyən, beynəlxalq əlaqələr sahəsində heç bir iş görməyən, seçicilərlə təmasdan yayınan və bu səbəbdən yenidən deputat seçilməsi sual altına düşən Ərəstun Cavadov yenidən aktiv biznes fəaliyyətinə başlayıb. Əldə etdiyimiz bilgilərdə MUM-un sahibinin elektrik avadanlıqları istehsal edən şirkət yaradacağı və bu sahədə inhisarçılıq mövqeyi ilə çıxış edəcəyi deyilir: "Ərəstun Cavadovun quracağı yeni şirkətin adı hələlik bəlli olmasa da, şirkətin elektrik transformator istehsalı və satışı, quraşdırılması, sınağı və təmiri ilə məşğul olacağı qeyd olunur. Eyni zamanda, yeni açılacaq zavodda vakuum açarlarının və paylayıcı elektrik şkafların istehsalı, quraşdırılması və sınağı da həyata keçiriləcək". Deputatın "ÇUM"un icarədarlarına əlavə problemlər yaratdığını deyən məlumatlı şəxs bildirir ki, Ərəstun Cavadov ürəyi istədiyi vaxt icarə haqqını artırır: "Bu isə icarədarların haqlı etirazına səbəb olur. Bundan başqa, deputat həmçinin, "ÇUM"da çalışanların işinə də müdaxilə edir. Odur ki, artıq icarədarlar onun əməllərindən təngə gəliblər". Yeri gəlmişkən, qeyd edək ki, Ərəstun Cavadov vaxtilə "Modalar Atelyesi"nin müdiri işləmiş Hidayət Abbasovun pulunu yeyib. Bu barədə Hidayət Abbasovun özü təxminən, 4 il öncə mətbuata verdiyi açıqlamasında ətraflı məlumat verib. Onun sözlərinə görə, özəlləşmə zamanı Ərəstun Cavadov Mərkəzi Univermağın nəzdində fəaliyyət göstərən "Modalar Atelyesi"ni də ələ keçirmək istəyib. Bu məqsədlə o, əvvəlcə Hidayət Abbasovu ixtisar adı altında işdən çıxarıb. Daha sonra kollektivi də nəzərə almayan Ərəstun Cavadov atelyeni özəlləşdirib. Hidayət Abbasov bildirib ki, işdən çıxarılandan sonra Ərəstun Cavadov atelyedə ona biçici vəzifəsi təklif edib. Deputat bununla Hidayət Abbasovu sakitləşdirməyə çalışıb. Hidayət Abbasov da işsiz qalmamaq üçün müvəqqəti olaraq təkliflə razılaşıb. İki-üç ay atelyedə biçici işləyən Hidayət Abbasov bu müddət ərzində dəfələrlə Ərəstun Cavadovun təzyiqləri ilə üzləşib: "Mənim üstümə adamlar göndərirdi, işimə mane olurdu. Başa düşdüm ki, burada işləməyimi istəmir. Çünki özəlləşdirmə məsələsində iddialı olduğumu bilirdi. Uzun müddət Mərkəzi Univermağın parça satışı şöbəsində işləyən oğlumun özəlləşdirmə zamanı həmin işini itirməməsi üçün Ərəstun Cavadova 2500 dollar pul və 11 özəlləşdirmə çeki verdim. Həmin dövrlərdə özəlləşdirmə çekinin birinin dəyəri 100-150 dollar civarında idi. Ərəstun Cavadov həmin çeklərin yalnız birini bizim adımıza yazdı. Dedi ki, narazılıq etsəniz ikinizi də işdən çıxaracam. O zaman mən "Modalar Atelyesi"ndə işləyirdim. 800 dollar isə oğlumun işlədiyi parça satışı şöbəsinin mebelinə vermişəm. Lakin sonradan Ərəstun Cavadovun təzyiqləri nəticəsində oğlum işini itirməyə məcbur oldu. Beləliklə də Ərəstun Cavadov faktiki olaraq müdiri olduğum "Modalar Atelyesi"ni, 3300 dollar pulumu və 11 çekimi vermədi".
Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə o da deyilir ki, son zamanlar biznesmen-deputat Ərəstun Cavadovla Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev arasında ciddi münaqişə yaşanır. "Son vaxtlara qədər icra başçısı ilə deputat arasında ciddi ixtilaflar olmasa da, son bir neçə aydır ki, tərəflər arasındakı münasibətlər öz gərginliyi ilə seçilir" deyən məlumatlı şəxsin iddiasına görə, buna səbəb icra başçısının millət vəkilinin onun əleyhinə fəaliyyət göstərməsindən şübhələnməsidir: "İcra başçısı hesab edir ki, onun əleyhinə ölkə mətbuatına ötürülən çox ciddi informasiyaların yayılmasında məhz Ərəstun Cavadovun əli olub. Bu isə tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Deyilənrlərə görə, məhz buna görə də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı bir müddət əvvəl rayon məmurlarını, ziyalılarını, ağsaqqallarını bir araya toplayaraq onlara qarşıdan gələn parlament seçkilərində Ərəstun Cavadovu müdafiə etməməyi tapşırıb". Mənbə həmçinin, onu da qeyd edir ki, "ÇUM" sahibinin ardıcıl olaraq üçüncü dəfə deputatlığa namizədliyini irəli sürməsi Ağsu sakinlərini hiddətləndirib: "Çünki Ərəstun Cavadov deputat mandatı daşıdığı bu on il ərzində seçildiyi Ağsu rayonunun fermerləri, iş adamları və sadə vətəndaşları üçün heç bir iş görməyib. Əksinə, o, əlində olan imkanları rayon əhalisinə qarşı bir çox haqsızlıqlar törətməyə yönəldib. Bu haqsızlıqlar isə ilk növbədə rayon iqtisadiyyatının bir çox sahələrinə nəzarətin Ərəstun Cavadov tərəfindən ələ keçirilməsində özünü göstərib. Bu tendensiya sonda Ağsuda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının ciddi ziyan görməsinə gətirib çıxarıb. Belə ki, təkcə müəssisələri, ticarət obyektlərini deyil, əhalinin, fermerlərin üzüm sahələrini də ələ keçirən Ərəstun Cavadov bu cür əməlləri ilə Ağsu əhalisinin kəskin etirazına səbəb olub. Bu arada, bir məqamı da diqqətinizə çatdırım ki, son vaxtlar Ərəstun Cavadovun Mərkəzi Univermağın rəhbəri kimi bir sıra qanun pozuntularına yol verdiyinə dair iddialar irəli sürülməkdədir. Belə ki, həmin bilgilərdə deputat qızıl bazarını inhisara almağa cəhd göstərməkdə, aylıq dövriyyəsi milyon manatlarla ölçülən Mərkəzi Univermağı dövlət büdcəsinə vergi ödəmələrindən yayındırmaqda, qeyri-qanuni fəaliyyət göstərən zərgərlik emalatxanaları yaradılmasında və bir çox digər neqativ hallarda suçlanır…"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
|