Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                 

Bu rayonda yaşıllıqlara qənim kəsiliblər... - Nazirin nəzər-diqqətinə...
Tarix: 10-06-2015, 12:51 | Çap et
Bu rayonda yaşıllıqlara qənim kəsiliblər...
Məlum alduğu kimi, meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Azərbaycan meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır. Bu baxımdan Ağcabədi rayonu da özünəməxsus gözəlliyə malikdir. Lakin bu gün rayon ərazisində meşə massivi, demək olar, məhv edilib. Müəyyən sahələrdə sonradan salınmış şam və çinar meşələrinə rast gəlinsə də, həmin ərazilərdə otlayan mal-qara və qoyun sürüləri ümumiyyətlə meşəyə nəzarət edilmədiyindən xəbər verir. Uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Ağcabədi meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapmışdır. Təqdim olunan materiallarda bildirilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Müzəffər Cəfərov daşıyır. Göstərilir ki, bu məmurun fəaliyyəti nəticəsində rayonun onsuz da kasad olan meşələri indi də ağac emalı müəssisələri üçün xammal bazasına çevrilmişdir. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Kəsilən meşə zolaqlarının yerində tikilən obyektlərin sahibləri isə bu “əməkdaşlığın” müqabilində Müzəffər müəllimə külli miqdarda pul ödəyirlər. Digər tərəfdən də Müzəffər Cəfərov artıq uzun müddətdir ki, meşə torpaq sahələrini satmaq və ya icarəyə verməklə məşğuldur. Lakin Müzəffər müəllimin hətta bu fəaliyyəti də qalmaqallarsız ötüşmür. Hələ 2012-ci ildə redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmiş Qələndərova Pekar Misir qızı, Hümbətova Roza Həsən qızı, Misirov Misir Sərdar oğlu, Qələndərov Xaləddin Əşrəf oğlu və Qələndərova Telli Qulu qızı bildirmişdilər ki, 2011-ci ilin aprel ayında Ağcabədi rayonu Meşə idarəsinin müdiri Müzəffər Cəfərova meşə fondundan 50 ha sahəsi olan ərazinin müqavilə əsasında 3 il müddətinə onlara icarəyə verilməsi barədə müraciət ediblər. Müraciətə cavab olaraq M.Cəfərov vətəndaşların 3000 manat ödəyəcəkləri təqdirdə belə bir müqavilənin bağlanmasının mümkünlüyünü bildirib. Qarşılıqlı razılaşma əldə olunandan sonra vətəndaşlar göstərilən məbləği idarə müdirinə nəğd şəkildə ödəyiblər. Bunun müqabilində Müzəffər Cəfərov onlara artıq ərazıdən artıq istifadə edə bldiklərini və müqavilənin də yaxın vaxtlarda hazır olacağını bildirib. Bir müddət sonra vətəndaşların növbəti müraciəti zamanı idarə müdiri onlara deyib ki, nüqavilə artıq hazırdır və bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin rəhbəriliyi tərəfindən təsdiq olunandan sonra sənədin bir nüsxəsi onlara təqdim olunacaq. Bu vəziyyət nə az-nə çox düz 2012-ci ilin noyabr ayına qədər davam edib. Nəhayət noyabr ayında Müzəffər Cəfərov həmin vətəndaşları yenidən idarəyə çağıraraq onlara əlavə olaraq 2000 manat da ödəmələri olduqlarını bıldırıb. İcarəçilər əlavə pulu ödəməkdən imtina etdikdə isə, Müzəffər Cəfərov bəyan edib ki, əgər müqavilə təsdiq olunmasa o, meşə sahəsindən qeyri-qanuni istifadəyə görə vətəndaşlara külli-miqdarda cərimə təyin edəcək. Sonra da onları prokuratura orqanlarına və məhkəməyə verəcək... Növbəti illər ərzində həmin ailələr Ağcabədi meşə təsərrüfatının 1 saylı meşə zolağında yerləşən köhnə tikili bir evdə yaşayıblar. Amma tərəflər arasındakı münasibətlər mütəmadi olaraq müəssisə rəhbərinin hansısa yeni bir iddiası ilə gərginləşdirilir. Son belə bir gərginlik isə qaçqın ailələrinə məxsus iki atın Müzəffər Cəfərov tərəfindən “müsadirə” olunması səbəbi ilə yaşanıb. Bu xüsusda məlumatda bildirilir ki, qaçqın ailələrinin Müzəffər müəllimə verdikləri 1870 manat məbləğində illik icarə haqqının müqabilində ondan çek tələb etmələri müəssisə rəhbərinin acığına gəlib. Buna görə də, vətəndaşlara məxsus atların guya ki, meşə massivinə vurduqları ziyana görə həmin ailələrə 200 manat müqabilində cərimə yazılıb... Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan dövləti tərəfindən həqiqətən də təbii sərvətlərimizin qorunması istiqamətində kifayət qədər əhəmiyyətli addımlar atılır, islahatlar həyata keçirilir. Lakin bu da faktdır ki, yuxarıda qeyd olunduğu kimi bilavasitə ətraf mühitin mühafizəsi məqsədilə təsis edilmiş bir çox struktur təşkilatlarına rəhbərlik bəzi hallarda tamamilə arzuolunmaz kadrlara həvalə olunur. Nəticədə isə həmin kadrların ətraf mühitə əsil talançılıq münasibəti qısa müddət ərzində bütün ictimaiyyəti yeni problemlər və daha gərgin vəziyyətlə üz-üzə qoyur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Dünən, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Dünən, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Dünən, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Dünən, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Dünən, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Dünən, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Dünən, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Dünən, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Dünən, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru