Amerikanın 1 nömrəli agentinin Bakıdakı biznesinə qadağa - McDonalds Azərbaycandan qovulur
Tarix: 1-05-2015, 15:01 | Çap et
Bakıda fəaliyyət göstərən McDonalds restoranları bağlanacaq. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, dünyanın bir sıra ölkələrində adıçəkilən restoranlar şəbəkəsi ilə bağlı bağlanma qərarı verilib. Artıq Rusiyada fəaliyyət göbstərən bütün McDonalds restoranlarının bağlanması ilə əlaqədar rəsmi qərar verilib. Orta Asiyanın bir çox dövlətlərində, Belarusda isə ümumiyyətlə McDonalds restoranlarının fəaliyyəti qadağandır. Azərbaycanda isə paytaxtın bir sıra yerlərində McDonalds restoranları fəaliyyət göstərir.
Lakin dünyada bu günə qədər McDonalds restoranlar şəbəkəsi ilə bağlı münasibət və dövlətlərin rəsmi mövqeyi eyni deyil. Bir sıra ölkələrdə düşünürlər ki, bu restoranlar şəbəkəsi dünyada ABŞ xəfiyyə sisteminin formalaşması və fəaliyyətini genişləndirməsi üçün mükəmməl bir ticari vasitədir. Azərbaycanda McDonalds restoranlar şəbəkəsinin rəhbəri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Stenli Eskuderodur. Onun adı azərbaycanlılara kifayət qədər yaxından tanışdır. Stenli Eskuderonun adı hətta Bakı kəndlərində vətəndaşların pay torpaqlarının mənimsənilməsində, qanunsuz olaraq ələ keçirilməsində də hallanıb. Məsələn Bakının Ləyiş bağları deyilən ərazidə yaşayan insanlar Eskuderodan ciddi şəkildə narazı idilər. Həmin narazılıq hələ də qalır.
Məlumat üçün qeyd edək ki, ilk dəfə Amerikada açılan “McDonalds” restoranları Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, rayonlarda bu tip restoranlar açılmayıb. Amerika həyat tərzini, o cümlədən iaşə və qidalanma mədəniyyətini təbliğ edib yaymaq üçün dünyanın bir çox ölkələrində “McDonalds”lar açılıb. Azad cəmiyyətin simvolu sayılan “McDonalds”ın 120 ölkədə 17 minədək restoranı var. Bu restoranlar, necə deyərlər, ayaqüstü qidalanmaq üçündür və təcili yemək hazırlayır. Qırxıncı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü. O zaman Rey Krokun 52 yaşı vardı. Bu yaşda çoxları təqaüd haqqında düşünür. Krok isə bu gün McDonald’s kimi tanıdığımız həmin şirkətin əsasını qoydu. 15 yaşında məktəbi atıb Birinci Dünya Müharibəsi zamanı Qırmızı Xaç Cəmiyyətinin “Təcili Yardım” maşınında sürücü işləyən Krok, həm də xəyalpərəst idi...
Ticarət agenti kimi, o hər zaman satış üçün hazır məhsul axtarışında idi. Rey Krok bu işə Çikaqoda küçə satıcılarına kağız stəkanlar satmaqla başladı. Floridada daşınmaz əmlak sahəsində özünü sınadı və nəhayət, kokteyl hazırlamaq üçün Multi-Mixer maşınlarının müstəsna distribütoru kimi gəlirli biznes qura bildi.
GUNDEMİNFO.AZ Bakıda fəaliyyət göstərən McDonalds restoranlarınbağlanması ilə bağlı əlaqədar olduqca ilginc bir informasiya daxil olub. Məlumatlara əsasən bir müddət əvvəl mannatın devalvasiyasından sonra ticarət obyektlərində qiymətlərin süni artırılmasının qarşısını almaq üçün aparılan monitorinqlər nəticəsnidə ciddi nöqsanlar aşkarlanıb. Bəlli olub ki, əslində qiymətlər ənənəsinə zidd olaraq McDonalds -larda bahadır. Hansı ki, yuxarıdakı arayışdan da bəlli olurdu ki, bu restoranlar əslində sadə və kasıb sürücülər üçün yaradılıb.
Bundan başqa adıçəkilən restoranların qapadılması ilə bağlı olaraq saytımıza informasiya verən mənbə iddia edir ki, McDonalds-ların bağlanması həm də siyasi yöndən baş verən olaylarla ilgilidir. İnformasiyaya əsasən son zamanlar ABŞ-ın Azərbaycan dövlətinə yönəlik addımları, ölkəmizin daxili işlərinə kobud müdaxilələr bu restoranlarla bağlı qərarın icrasını kifayət qədər sürətləndirib. Yuxarıda da qeyd etdik ki, əslində McDonald-lar ABŞ kəşfiyyat sisteminin fəaliyyətini bərqərar etmək üçün qurulmuş bir şəbəkə kimi tanınır. Bu məqamı nəzərə alsaq, o zaman Bakıda fəaliyyət göstərən adıçəkilən restoranların qapadılması ilə bağlı deyilənlərin heç də az həqiqət yüklü olmadığı ortaya çıxır. Araşdırmalarımız zamanı məlum oldu ki, Bakının 11 yerində McDonalds restoranları var . «Fəvvarələr meydan», «Gənclik», «Nərimanov», «Memar Əcəmi», «Əhmədli», «Neftçilər», «28 may» metrostansiyaları,, Şüvəlan qəsəbəsi, «Park Bulvar», «Hava limanı», «Aygün sity» ticarət mərkzələrində fəaliyyət göstərən bu şəbəkələrin gəlirləri barədə heç bir informasiyaya rast gəlmək mümkün deyil Hətta McDonalds-ların təsisçisinin kimliyi barədə belə restoranlar şəbəkəsinin rəsmi saytında heç bir bilgi əldə etmək mümkün deyil. Sadəcə olaraq McDonalds-ın Bakı nümayəndəliyinin rəhbərinin Maqsud Mirzəyev olduğu barədə məlumat əldə etmək mümkündür. Vergilər Nazirliyinin ticarət və xidmət sektoru üzrə iri vergi ödəyiciləri arasında bu restoranlar şəböəkəsi barədə də bilgə əldə etmək mümkün deyil.
GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar zamanı bəlli olub ki, artıq restoranların qapadılması ilə bağlı olaraq hazırlıq işləri barədə göstəriş verilib. Hətta bildirilir ki, son bir aya qədər bu restoranlarda çalışan 700 nəfərə yaxın işçinin yarısına ixtisarların olacağı barədə xəbərdarlıq da edilib. Bununla belə bu informasiyaları verən mənbə israr edir ki, restoranların qapadılması qərarı daha çox siyasi yanaşmalarla bağlıdır. Çünki McDonaldslar mövcud ölkənin büdcəsinə deyil, ABŞ hökumətinə daha çox fayda verir. Həm də Rəsmi Vaşinqtonun son zamanlar Azərbaycan dövlətinə yönəlik təxribat xarakterli siyasi yanaşması və ortaya çıxan ilginc faktlar bu restoranların Azərbaycanda gələcək üçün uğurlu fəaliyyətini sual altına qoyur. Yazılanlarla əlaqədar qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|