Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                 

DİQQƏT: Bakıda saxta armatur istehsalşıları peyda olub - Ev tikənlər üçün risq bölgəsi...
Tarix: 7-10-2014, 14:14 | Çap et
DİQQƏT: Bakıda saxta armatur istehsalşıları peyda olub
Son dövrlər ölkəmizdə keyfiyyətsiz və istifadəsi təhlükəli olan tikinti məhsulları istehsal olunur. Misal kimi, bəzən gizli, bəzən də açıq-aşkar şəkildə fəaliyyət göstərən armatur sexlərini göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, həmin sexlərdə filizin tullantılarından armatur istehsal edilir. Belə ki, bu cür sexlərdə ən ucuz ferrobirləşmələrdən istifadə edilərək, aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edilib nisbətən ucuz qiymətə bazarlara təqdim olunur.

Bu cür keyfiyyətsiz armatur istehsal edən müəssisələrə misal olaraq paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 4 ünvanında yerləşən, vaxtilə UMS trest kimi tanınan və hazırda Tikinti Mexanizləşdirmə İdarəsi kimi fəaliyyət göstərən obyektin ərazisindəki sexi göstərmək olar. Həmin ərazinin ayrı-ayrı şəxslərə icarəyə verildiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, aidiyyəti qurumlar mütləq həmin obyektdə ciddi araşdırmalara başlamalıdır: "Həmin sexin istehsal etdiyi armaturların üzərində texniki göstəricilər yoxdur. Çünki qeyd olunan müəssisənin məhsulları kustar üsullarla istehsal edilir. Bir neçə il öncə bu cür sexlərin sayı daha çox idi. Lakin sonradan onların fəaliyyətinə xitam verildi. Görünən odur ki, artıq hansısa işbazlar bu sahədə yenidən canlanmaya başlayıblar. Elə bu səbəbdən də son zamanlar keyfiyyətsiz armatur istehsal edən sexlərin sayı xeyli artıb. Əhali bir həqiqəti qəbul etməlidir ki, bu cür armaturlardan istifadə sonda ciddi fəsadlar verə bilər. Ümumiyyətlə, aşağı keyfiyyətli armatur heç bir tikilidə istifadə edilməməlidir. Çünki onun istifadəsi gələcəkdə mənfi nəticələr ortaya qoya bilər. Xüsusi ilə də Bakının iqlim şəraitində kifayət qədər keyfiyyətli armaturlardan istifadə etmək lazımdır. Aşağı keyfiyyətli armaturlardan müvəqqəti, 10-15 illik kiçik tikililərdə istifadə etmək olar. Ancaq Bakıda tikilən möhtəşəm tikililərdə həmin armaturlardan istifadə olunmamalıdır".

Ekspertlər bildirirlər ki, armatur istehsalı çox çətin prosesdir. Normal qaydalar çərçivəsində istehsal olunmuş armaturların 150- 200 il istismar müddəti olur. Ümumiyyətlə, armaturun ömrü onun tərkibindəki maddələrə görə ölçülür. Mütəxəssislərin sözlərinə görə, onların yüksək və orta keyfiyyətli markaları olur. İnşaat işlərinin təyinatından asılı olaraq müxtəlif markalardan istifadə olunur. Bakının 9 ballıq zəlzələnin baş verə biləcəyi seysmik zonada yerləşdiyini iddia edən ekspertlərin açıqlamalarından bu qənaətə gəlmək olar ki, paytaxtın seysmik şəraitilə əlaqədar Yaponiyada olduğu kimi, bizdə də yalnız üzən özülə malik olan monolit binalar tikilməlidir. Bundan başqa, Bakının kosmosdan müşahidəsinin nəticələri göstərir ki, şəhər sürüşmə baxımından da təhlükəlidir. Buna görə də Bakıda maksimum 12-16 mərtəbəli binalar tikmək olar. Lakin buna əhəmiyyət verməyən bəzi tikinti şirkətləri barəsində söhbət açdığımız keyfiyyətsiz, sex armaturlarından istifadəyə üstünlük verirlər. Məsələn, peşəkar inşaatçı Çingiz Hüseynovin sözlərinə görə, monolit tikili onunla fərqlənir ki, zərbənin, dağıntının necəliyindən, gücündən asılı olmayaraq, armatur karkas binanın bir hissəsini saxlayır: "Monolit binanın hətta partladıldığı halda belə, bir küncü, yaxud hər hansı bir hissəsi dağıla bilər. Qalan hissəsi isə zədə alsa da, dağıla bilməz. Bir neçə il əvvəl Bakıda çoxmərtəbəli bina uçdu, həmin vaxt beton toz kimi səpələnmişdi. Sizi əmin edirəm ki, yeni binaların 90 faizində bu hal mövcuddur. Bunun birinci səbəbi odur ki, beton keyfiyyətsizdir. Bununla yanaşı, betonlama qaydalarına əməl olunmur. Betonun bərkiməsi üçün mütləq 7 gün lazımdır və bu müddət ərzində betonun üst örtüyünü yükləmək olmaz. Amma yəqin siz özünüz də müşahidə etmiş olarsınız, bu gün özül qazılır, sabah baxırsan ki, artıq bir neçə daş hündürlüyündə hörgü qaldırılıb. Belə bir özül üzərində tikilən binanın hansı təhlükəsizlik normalarına cavab verdiyi aydın deyil".

Mövzu ilə bağlı apardığımız araşdırma nəticəsində belə məlum oldu ki, kiçik sexlərdə istehsal olunan armaturlar paytaxtın seysmik şəraitinə qəti cavab vermir. Həmçinin ekspertlər də iddia edirlər ki, binaların möhkəmliyinin əsas amili tikilidə istifadə olunan armatur partiyasının keyfiyyətindən asılıdır. Belə ki, əgər armaturun tərkibində daha çox karbon varsa, bu armaturlar daha kövrək olur və tez qırılır. Şübhəsiz ki, belə armaturlardan istifadə edərək tikilən binaların da möhkəmliyi yaxşı olmur. Armaturun tərkibində karbonun daha çox olmasını isə ilk baxışdan müəyyənləşdirmək mümkündür. Tərkibində karbon daha çox olan armaturların içi dənəvər-dənəvər olur. Təkanlar baş verəcəyi təqdirdə binanın hansı mərtəbəsində karbonu daha çox olan armaturdan istifadə olunubsa, həmin armaturların qırılmaq ehtimalı da daha çox olur. Bu isə zəlzələ zamanı binanın çökmə ehtimalını artırır. Odur ki, armaturun möhkəmliyi onun hansı xammaldan hazırlanmasından da çox asılıdır. Metal filizinin ərintisindən hazırlanan armatur sonradan istifadə olunmuş rels, metal çən, paslanmış metal məmulatlardan əridilmiş xammaldan hazırlanmış armaturdan daha möhkəm sayılır. Odur ki, aidiyyəti qurumlar mütləq və qısa zaman ərzində kustar üsulla, sex şəraitində hazırlanmış keyfiyyətsiz, istifadəsi təhlükəli olan armaturları bazardan yığışdırmalı, bu cür əməllərə qol qoyan işbazları isə qanuna müvafiq formada cəzalandırmalıdırlar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Dünən, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru