"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 13:40 | Çap et
Abxaziya gərginliyində erməni izi
Noyabrın 15-də tanınmamış Abxaziya respublikasında vəziyyət qarışıb. Xeyli sayda insan Suxumidə inzibati kompleksin qarşısına toplaşaraq Rusiya ilə bağlanmış investisiya sazişinə qarşı etiraz edib. Abxaziya hakimiyyəti bu sazişi yerli iqtisadiyyata təkan kimi təqdim etsə də, müxalifət onu “respublikanın maraqlarının birbaşa təslimi” kimi qiymətləndirib.

Müxalifət liderləri vurğulayıblar ki, etirazlar yalnız Bjaniyanın siyasətinə qarşı yönəlib, Rusiyaya qarşı deyil. Onlar Rusiyanı “strateji tərəfdaş” və “yeganə təhlükəsizlik təminatçısı” adlandırıblar. Etirazçılar Rusiya bayraqları dalğalandıraraq və “Rusiya!” şüarları səsləndirərək hökumətin anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı ittihamlarına cavab veriblər.

Etiraz zamanı nümayişçilər hökumət binalarının ətrafındakı çəpərlərin bir hissəsini sökərək parlament və prezident administrasiyasına hücum ediblər. Onlar polis əməkdaşlarını yumurta və şüşə qablarla atəşə tutublar, bu da polisi tüstü bombalarından istifadə etməyə vadar edib, lakin “Qafqazın Səsi”nin məlumatına görə, polis minimal müqavimət göstərib. Parlament yaxınlığında atəş səsləri eşidilib, nəticədə 13 nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Qarışıqlıq fonunda parlament Moskva ilə bağlanan investisiya sazişinin ratifikasiyası üzrə planlaşdırılan iclası ləğv edib. Daha sonra prezident administrasiyası sazişin geri çəkiləcəyinə söz verib.

Abxaz müxalifəti bununla razılaşmayıb, “prezident” Aslan Bjaniyanın istefa verməsinin və müxalif liderin rəhbərliyi altında yeni hökumətin qurulmasını tələb ediblər. Son məlumatlara görə, Aslan Bjaniya sonunda bu tələblər ilə razılaşmaq məcburiyyətində qalıb və hətta ölkəni tərk edərək Rusiyaya qaçıb.

Sual oluna bilər: bu etiraz aksiyasının arxasında kimlər dayanıb və onların məqsədi nədir? Ümumiyyətlə Abxaziyada nələr baş verir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Abxaziyada vəziyyətin qarışması gözlənilən idi və bu, Rusiyanın bu regionda yürütdüyü siyasətin məntiqi nəticəsidir:

“Abxaziyadakı gərginliyin səbəbini anlamaq üçün son 150 ildə bu regionda yürüdülən imperialist siyasətə və bölgənin geosiyasi mövqeyinə nəzər salmaq lazımdır.

Məlum olduğu kimi, Abxaziya Qara dənizin şimal-şərq sahillərində yerləşən bir respublikadır. Ölkənin ərazisi 8600 kv. km, əhalisi isə cəmi 220 min nəfərdir. Xeyli balaca olan Abxaziyanın çox mühüm geosiyasi əhəmiyyəti var. Rusiyanın isti dənizlərə açılan qapısı sayılan Qara dənizdə yerləşən Abxaziyanın Oçamçir limanı xüsusilə Ukrayna savaşı başlayandan sonra Moskvanın əsas sığınacağı halına gəldi. Müharibəyə qədər Krım yarımadasında yerləşən Rusiyanın Qara dəniz donanması Ukrayna üçün asan yemə çevrildikdən sonra Moskva hərbi gəmilərini əvvəl Novorossiyski limanına çəkdi. Amma bu liman da zəmin etibarilə güclü infrastruktur qurmaq üçün yararlı olmadığından Abxaziyanın Oçamçir limanı yeganə güvənli hərbi bazaya çevrildi. Məhz bu səbəbdən də Rusiya Abxaziyadakı mövqeyini gücləndirməyə başladı. Nəticədə rus hərbçilərinin və oliqarxlarının Abxaziyada yerləşmək zərurəti yarandı. Və Abxaziyada torpaqların özününküləşdirmək siyasəti daha ciddi şəkildə həyata keçirilməyə başlandı. Bu da abxazlar üçün həyati təhdidlər anlamına gəlirdi”.

Heydər Oğuzun fikrincə, abxazların öz yurd-yuvalarından didərgin salınması əslində 200 il bundan əvvəl başlanmışdı: “Çar Rusiyası tərəfindən 1810-cu ildə işğal olunan Abxaziya 1864-cü ilə qədər azadlıq mübarizəsi aparmışdı. 1864-cü ildə ildə müqaviməti qırılan abxazlar Cənubi və Şimali Qafqazın digər yerli sakinləri kimi soyqırıma məruz qalmış və əhalinin böyük əksəriyyəti ya öldürülmüş, ya da müxtəlif yerlərə sürgün edilmişdi. Abxazların adı soyqırıma məruz qalan digər Qafqaz xalqları, o cümlədən çərkəzlərlə eyni sırada zikr edilir. Təsadüfi deyil ki, Çar Rusiyası zamanı aparılan etnik təmizləmə və başqa xalqların bu diyara köçürülməsi nəticəsində 1886-cı ildə əhalinin 42%-ni təşkil edən abxazlar xüsusilə sovet hakimiyyəti illərində məhv olma təhlükəsi ilə üz-üzə qalıblar. Stalin repressiyalarından sonra keçirilən 1959-cu il siyahıyaalmasının nəticələrinə görə, Abxaziyada əhalinin cəmi 15%-ni abxazlar təşkil edirdi. Bu acınacaqlı vəziyyət SSRİ-nin dağılmasına qədər davam etdi. 1989-cu ildə 500 mindən çox əhalisi olan Abxaziyada cəmi 97 min abxaz var idi ki, bu da muxtar respublika əhalisinin 18%-ni təşkil edirdi. Qalan əhalinin əksəriyyətini gürcülər (45%), ermənilər (15%) və ruslar (14%) təşkil edirdi. SSRİ-nin dağılmasından sonra Gürcüstanda Zviad Qamsaxurdiyanın hakimiyyətə gəlməsi ilə gürcü millətçiliyinin getdikcə güclənməsini abxazlar özləri üçün həyati təhlükə sayaraq ayağa qalxdılar. Sözsüz ki, bu ayaqlanmada Qamsaxurdiya hökumətini zəiflətmək istəyən Rusiyanın da böyük rolu oldu. Başlayan gürcü-abxaz savaşı nəticəsində hər iki tərəfdən 30 mindən çox insan həlak oldu. Savaşın ilk mərhələsində (1992-1993) rusların köməkliyi ilə gürcüləri Abxaziyadan qovmağı bacaran abxazlar demoqrafik vəziyyəti öz xeyirlərinə qismən dəyişməyi bacardılar. Artıq Muxtar Respublika əhalisinin 45%-ni abxazlar təşkil edirdi. Amma bu həssas vəziyyət də uzun sürmədi. Abxaziya psevdo-müstəqillik qazandıqdan qısa müddət sonra ölkənin demoqrafik vəziyyəti bu səfər ermənilərin xeyrinə dəyişməyə başladı. Xüsusilə 44 günlük müharibədən sonra Qarabağ ermənilərinin Abxaziyada məskunlaşmağa başladığına dair ciddi iddialar var. Gürcü araşdırmaçı yazar Aleksadr Zaxaridze bu iddianı irəli sürərək bildirir:

“Suxumidəki işğal administrasiyası və separatçı marionetlər hətta abxaz xalqının yox olması fonunda Abxaziyada konkret bir etnik qrupun nümayəndələrinin - ermənilərin sürətlə məskunlaşdığına dair hər hansı qeydi qəsdən gizlədirlər. Formal olaraq, qondarma separatçı “siyahıya”lara görə, Abxaziyada guya ermənilər abxazlardan azdır. Amma hamı yaxşı bilir ki, bu belə deyil. Abxaziyanın erməni icmasının müvafiq artımı ilə yanaşı (burada doğum səviyyəsi etnik abxazlara nisbətən daha yüksəkdir) Abxaziyaya Rusiyadan, Ermənistandan və Azərbaycanın Qarabağından böyük erməni axını gəlir”.

Müəllifin fikrincə, ermənilərin qədim xülyası olan dəniz kənarında yaşamaq arzusu Rusiya tərəfindən həyata keçirilir. Rusiyanın əslən erməni olan Xarici İşlər naziri Sergey Lavrov (Kələntəryan) bu prosesə rəhbərlik edir”.

Heydər Oğuzun fikrincə, Abxaziyada son zamanlar baş verənlər bu regionun geniş mənada özgələşdirilməsinə, dar mənada isə erməniləşdirilməsinə verilən reaksiyadır: “Əslində abxazların bu etirazları II Qarabağ savaşından dərhal sonra ortaya çıxmağa başlamışdı. İddialara görə, Rusiyanın erməni əsilli Xarici İşlər naziri Sergey Lavrovun da təşviqi ilə Qarabağ ermənilərinin Abxaziyaya yerləşdirmək üçün hələ bir neçə il əvvəl Mənzil haqqında yeni qanun layihəsi hazırlanmış və parlamentdə müzakirəyə çıxarılmışdı. Bunu özlərinin öz yurdlarında sıxışdırılması kimi qiymətləndirən abxazlar müxtəlif sosial şəbəkələrdə vəziyyəti ciddi şəkildə müzakirə edirdilər. 1810-cu ildən indiyədək müxtəlif diskriminasiya siyasətləri ilə yoxoluş sərhədlərinə yaxınlaşan və cəmi 100 min əhalisi qalan abxazlar başqalarının öz yurdlarında məskunlaşmasına olduqca həssas yanaşır, bu reallıqla razılaşmaq istəmirlər. Bu da azmış kimi, Moskvanın təzyiqi ilə Abxaziya prezidenti Aslan Bjaniyanın Muxtar Respublikada fəaliyyət göstərən rus şirkətlərinə xüsusi imtiyazlar verən qanun layihəsini də müzakirəyə çıxarması abxazların xoflarını daha artırır. Onların fikrincə, hazırlanan yeni qanunvericilik aktı Abxaziya torpaqlarının rus iş adamlarının əlinə keçirilməsini legitimləşdirəcək”.

Heydər Oğuz onu da əlavə etdi ki, Abxaziyada yeni torpaqlar alıb özününküləşdirmək istəyənlər əsasən Krosnadar erməniləridir: “Bu isə istər-istəməz Abxaziyada erməni-abxaz savaşını körükləyə bilər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru