16 dekabr 2024-cü il saat 11.00-da Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda “Finex Kredit” BOKT ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
"DİA-AZ" xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Nizamnaməyə dəyişiklik edilməsi barədə müzakirə.
2. Səhmin alqı-satqısı barədə müzakirə.
3. Müşahidə şurasının tərkibi barədə müzakirə.
4. Şirkətə maliyyə köməyinin edilməsi barədə müzakirə.
5. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə əlaqədar sənədlərlə hər həftənin çərşənbə axşamı saat 12.00-dək tanış ola bilərlər.