Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdilər. Cənab İlham Əliyevin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: «Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.» Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhu ilə həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Onu da qeyd edək ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanıb. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldıldı. Aşıq Ələsgərin keçliyi ömür yolundan, yaradıcılığından geniş bəhs edən cənab İlham Əliyev diqqəti bu mühüm məqama da yönəltdi ki, ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmış və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi. Baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir. Dövlətimizin başçısı İlham Əliyev ermənilərin havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirməsindən bəhs etdi. Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir: «İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.» 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərilməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər: «Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.» Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki, həm qısamüddətli, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpa edilməsi Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır. Qərbi Azərbaycana Qayıdış Proqramı uğurla icra edilir. Artıq bu məsələ əsas hədəfələr sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu çağırışı etmişdir ki, əlbəttə, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq: «Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək... biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.»
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı Dia-az.Media
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Bu gün, 17:11 |
|
|
|
• “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Bu gün, 17:06 |
|
|
|
• "Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Bu gün, 17:00 |
|
|
|
• Nazir onları müavin təyin etdi - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Bu gün, 16:54 |
|
|
|
• “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Bu gün, 16:49 |
|
|
|
• Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:45 |
|
|
|
• Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Bu gün, 16:43 |
|
|
|
• “AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Bu gün, 16:35 |
|
|
|
• Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Bu gün, 16:33 |
|
|
|
• Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Bu gün, 16:31 |
|
|
|
• Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Bu gün, 16:22 |
|
|
|
• İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Bu gün, 16:14 |
|
|
|
• Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Bu gün, 16:09 |
|
|
|
• Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Bu gün, 16:04 |
|
|
|
• ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Bu gün, 16:02 |
|
|
|
• Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Bu gün, 16:00 |
|
|
|
• İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Bu gün, 15:55 |
|
|
|
• Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Bu gün, 15:49 |
|
|
|
• Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Bu gün, 15:45 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Bu gün, 15:43 |
|
|
|
• Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36 |
|
|
|
• BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33 |
|
|
|
• "Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32 |
|
|
|
• İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20 |
|
|
|
• Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Bu gün, 15:18 |
|
|
|
• Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00 |
|
|
|
• “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58 |
|
|
|
• Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56 |
|
|
|
• NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51 |
|
|
|
• Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44 |
|
|
|
• Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30 |
|
|
|
• "Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14 |
|
|
|
• "Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10 |
|
|
|
• Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05 |
|
|
|
• “Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02 |
|
|
|
• Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00 |
|
|
|
• Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59 |
|
|
|
• İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56 |
|
|
|
• "Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54 |
|
|
|
• "Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52 |
|
|
|
• “Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35 |
|
|
|
• “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32 |
|
|
|
• Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29 |
|
|
|
• Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27 |
|
|
|
• Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23 |
|
|
|
• Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18 |
|
|
|
|