Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                 

Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK... - NARAZILIQ VAR!
Tarix: 15-05-2023, 08:40 | Çap et
Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK...
Gah saymazlıqdan cana doymuş qazinin üsyanı, gah səlahiyyətli şəxslərinin yaşıllıqlarına qənim çıxması, gah sakinlərinin susuzluq gileyi və sair ilə "gündəmdəki yerini qoruyub saxlayan" Cəlilabaddan bu dəfə də narazılıq var.

Belə ki, Cəlilabad rayon sakini Xəlil Həsənov "DogruXeber.az"a müraciət edərək, Hamarqışlaq ərazi İcra nümayəndəsi Mədət Nəzərovdan və rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdan xeyli narazılıq bildirib.

Xəlil Həsənov müraciətində bildirir ki, "Adlarını qeyd etdiyimiz bu iki şəxs (Rafiq Cəlilov və Mədət Nəzərov) Qarağac kəndində hektarlarla örüş sahəsini mənimsəyib, hissələrə bölüb, həyətyanı və yaşayış sahəsi kimi satıblar. Hazırda örüş sahəsinin müəyyən hissəsi Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpər alınıb. Kənd camaatının mal-qaranı otarması üçün otlaq sahəsi yoxdur."

Xəlil Həsənovun müraciəti ilə bağlı Hamarqışlaq ərazi İcra nümayəndəsi Mədət Nəzərov ilə telefon əlaqəsi saxlayıb, məsələyə münasibət bildirməsini istədik.

Sən demə bu istəyimizlə Mədət bəyin dərdini təzələdik.
O, "barənizdə şikayət daxil olub" demişdik ki, sözümüzü ağzımızda kəsib, başladı danışmağa ki, "bu barədə başqa saytlar da yazıb, amma heç biri mənim mövqeyimi soruşmayıb. Çox sağ olun ki, məsələyə obyektiv yanaşır, mənim də fikrimi dinləyirsiniz.
Qardaş, vallah bu mənim əlimdə olan məsələ deyil. Əmlak əsələləri üzrə Dövlət Xidməti qazi atası Ağacanov Pərviz Adış oğluna pay torpaq sahəsi verib, bir də həyətyanı torpaq. Kənd təsərrüfatı təyinatlı torpağı örüş sahəsinin düz ortasından onun adına həyətyanı kimi sənədləşdirib, həyətyanı torpaq sahəsini də pay torpaq kimi. Ona görə də Pərviz Ağacanov örüş sahəsinin müəyyən hissəsini şəxsi həyəti olduğu üçün çəpərə alıb.

Bu məsələ tamamilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti əməkdaşlarının yanlışlığıdır. Mənim öz torpağımı da qonşumun adına, qonşumun torpağını da başqa bir qonşunun adına sənədləşdiriblər. Dəfələrlə bu barədə mən özüm də müraciət etmişəm, amma, hələ də bu yanlışlığı aradan qaldıran yoxdur ".

Mədət Nəzərovun söylədikləri nə qədər təəccüb doğuran məsələ olsa da biz qətiyyən təəccüblənmədik. Çünki, xatırlayırsınızsa, bir neçə ay əvvəl Şamaxı rayon Böyük Xınıslı kəndində də örüş sahəsinin keçmiş bələdiyyə sədrinin oğlu tərəfindən özəlləşdirilməsi barəsində də "DogruXeber.az" informasiya portalında və "Kanal14" YouTube kanalımızda məlumatlar yayımlamışdıq. Orada da örüş sahəsinin müəyyən hissəsində yaşayış evləri tikilmiş, bir hissəsi keçmiş bələdiyyə sədrinin oğlunun adına sənədləşdirilmişdi. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı Ağa adlı şəxs əvvəl bizə araşdırmalar aparıldığı, sözügedən torpaq sahəsinin örüş sahəsi olduğu, verilən çıxarışın saxta olduğunu desə də, sonradan orada aparılan yeni əsaslı tikintiyə də göz yumdu və zənglərimizə belə cavab verməkdən çəkindi.

Biz bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova rəsmi müraciət göndərsək də müraciətimizə şablon cavab verməklə, işi yenidən qurumun ərazi üzrə nümayəndəliyinə yönləndirdilər.

Biz eyni zamanda məsələ barəsində ərazi üzrə Bələdiyyə sədri Rövşən Yolçuyevə də məsələyə münasibət bildirməsi üçün müraciət etmişdik. Lakin, Rövşən Yolçuyev isə hər dəfə bizə dilucu "cavablar verir, "araşdırma" adı altında bizi günlərlə - həftələrlə gözlədir, müxtəlif bəhanələrlə suallarımızdan yayınmağa çalışırdı. Bu isə bələdiyyə sədrinin məsələdən ən başından bəri xəbərdar olduğu və hətta, bu işdə özünün də əlinin olduğu anlamına gəlir.

Elə, Cəlilabad rayon Qarağac kəndində də eyni proseslər davam etdirilir. Belə ki, örüş sahəsi üçün müraciət edən kənd sakinlərinin müraciətinə hələ yanvar ayında da cavab məktubu ünvanlayıblar ki, "Cəlilabad rayonunun Qarağac kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı örüş sahəsinin kənd inzibati dairə üzrə nümayəndəsi Mədət Nəzərov tərəfindən zəbt edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (daxilolma qeydiyyatı: IN-D/O- KOL-580/2022, 30.12.2022-ci il) daxil olmuş kollektiv müraciətinizə Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır.

Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar Xidmətin Cəlilabad ərazi şöbəsinin aməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,36 hektar hissəsinin Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpərlənməsi faktı müəyyən edilmişdir.
Bununla bağlı Hamarqışlaq kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən sözügeden çəpərin qısa müddət ərzində sökülərək, ərazinin zəbtdan azad ediləcəyi bildirilmişdir. Həmçinin, tərəfimizdən qeyd edilən hal barədə səlahiyyətləri daxilində müvafiq tədbirlərin
görülmesi məqsədilə Cəlilabad Rayon Icra Hakimiyyətinə məktub ünvanlanmışdır."

Qeyd edək ki, məsələnin həllini tapmadığı üçün təkrar müraciət edən kənd sakinlərinə mart ayında da Xidmət tərəfindən eyni məzmunlu məktub göndərilib. Lakin, hələ də problem olduğu kimi qalır.

Görünür Əmlak Məsələləri Dövlət Xidməti bütün ölkə ərazisində yalnız şəxsi maraqlarına xidmət edir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Dünən, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru