MTK rəhbəri ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?
Tarix: 6-04-2023, 16:33 | Çap et
Nəsimi Rayon ( XALQ ) Məhkəməsi kimin hüququnu qorumalıdır: sakinlərin, yoxsa şirkətin..? Sözün düzü, MTK ( Mənzil Tikinti Kooperativi ) mövzusunda yazmaq artıq öz aktuallığını itirib. Nə üçün..? Birincisi, ona görə ki, biz bir media olaraq ilk dəfə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi haqqında, MTK ilə bağlı uzun qanunları qısa və sadə dildə yazıb vətəndaşlara demək istədik ki, MTK-lar adi şirkət-zad deyil, bu siz mülkiyyətçilərin-payçıların qurumudur. Yəni bu binalar barədə ancaq və ancaq siz payçılar qərar verə bilərsiniz. MTK-nın sədri kimdir, binanın komendantı nəçidir..? Bir daha deyirəm ki, bu mürəkkəb qanunu sadə, hətta loru dildə insanlarımıza aydın etməyə çalışmışıq. İkincisi, MTK-ların arxasında böyük dövlət qurumları dayanıb, prokurorluq, məhkəmə, nə bilim polis, FHN, Şəhərsalma və Arxitektura və daha nələr. Yəni biçarə medianın bu boyda dövlət qurumları ilə mübarizə aparması çox çətin məsələdir. Bu anda yadıma bir neçə gün əvvəl rejissorlardan birinin dediyi fikir düşdü: “Cənab Prezidentimiz kino çəkilişi üçün Mədəniyyət Nazirliyinə 7 milyon pul ayırmışdı...hamısını basıb yedilər”. Bunu nə üçün yada salıram. Bu gün telekanallarda o qədər səviyyəsiz, ərə getmə, evlənmə kimi verilişlərə pullar ayrılır. Nə olar ki, o pulun hesabına hər həftə bir neçə mütəxəssis, inşaatçı, hüquqşünas və s. dəvət edilib vətəndaşlara yuxarıda qeyd elədiyim qanunun maddələri sadə dildə başa salınsın. Ki, ay adam, MTK-nın tikdiyi bina, ərazi, zirzəmi və daha nələr...sənə məxsusdur, MTK-nın direktoruna yox. Bilirsiniz, qəzetin, saytın auditoriyası ilə televizya tam fərqlidir. Qoy insanlar öz hüquqlarını bilsinlər. Vəssəlam. Sonra problem tədricən çözüləcək. Ən vacib məsələ insanlara hüquqlarını başa salmaqdır. Bunu istəyirlərmi..? Bəli, bir daha tam məsuliyyətlə qeyd edirik ki, MTK-ların arxasında “dövlət maşını” dayanıb. Nə isə sözün qısası, belə MTK-lardan biri də Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın sakinlərinin hüquqlarını pozan “Sahil-R” MTK-dır. Yazıq binanın sakinləri bu ölkədə şikayət etmədikləri dövlət qurumu qalmayıb. Təkrarçılıq olsa da qeyd etmək istəyirik ki, MTK-ların inşa etdikləri binanın sakinləri Qanunvericiliyə uyğun olaraq binanın sahibləri-payçıları hesab olunur. Qanunvericiliyə uyğun olaraq bina istismara təhvil veriləndən 6 ay sonra binanın idarəçiliyi sakinlərə, yəni payçılara verilir. Sakinlər isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ( MMMC ) yaradaraq idarəetməni öz üzərinə götürür. Bu qədər sadə və bəsit. Amma “Sahil-R” MTK-nın rəhbərliyi qanunvericilik-zad saymır. Təsəvvür edirsiniz, MTK-nın rəhbərliyi binanın zirzəmisini BAZARSTORE-yə icarəyə verib. Bir soruşan yoxdur ki, bu mülkiyyətin sahibi sən deyilsən, axı... Bina sakinlərinin dediyinə görə, daha bir ciddi problem binada quraşdırılan liftlərdir. Belə ki, liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. Bununla bağlı sakinlərin müraciətindən sonra FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verib. Amma bu günədək problem aradan qaldırılmayıb. Bu hələ harasıdır..? Bütün bunlar azmış kimi MTK rəhbərliyi yuxarıda qeyd etdiyimiz kimi binanın zirzəmisini “Bazar Store” və başqa ərazini “SunLab”a icarəyə verib. Və həmin obyektlərdəki avadanlıqların istismar zamanı yaratdığı yüksək səs-küy sakinlərin rahatlığını, istirahətini pozur. Və ən əsası Səhiyyə və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib. Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib. İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Təsəvvür edirsiniz məhkəmə-hüquq sistemi VƏTƏNDAŞI deyil, MTK-nın sədrini müdafiə edir. Yaxşı, bunu qoyaq bir kənara. Bəs, məhkəmə-hüquq sistemi dövlətin iki qurumunu- Səhiyyə Nazirliyini və Ekologiya Nazirliyini niyə vecinə almır..? İndi gördünüzmü, bu MTK-ların arxasında güclü dövlət maşını var. Amma binanın sakinləri də dayanmadan Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər. Ümid edirik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində başlayan islahatlar nəticəsində “Sahil-R” MTK kimi şirkətlərin rəhbərləri yaxın zamanda həbs olunacaq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|