Aldadılan 68 vətəndaş “Əlincə” MTK-dan kompensisiya tələb edir - MÜRACİƏT
Tarix: 5-04-2023, 16:01 | Çap et
Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə MÜ R A C İ Ə T Bir neçə gün öncə Bakı şəhərinin Nərimanov rayon ərazisinbdə Ceyhun Hacıbəyli 30 ünvanda tikintisi 2004-cü ildən Bakı şəhər İcra hakimiyyəti tərəfindən yarımçıq dayandırılmış binan sökülməsinə başlanıb. Bu binada hal hazırda mənzil almaq üçün pul köçürüb və əllərində binanı tikən “Əlincə” MTK ilə bağlanmış müqaviləsi olan 68 vətəndaş var. Bu adamların arasında mənim də yaxın qohumlarım var. Onlar da 2004-cü ilin sentyabr ayında bu binadan, binanı tikən “Əlincə” MTK-ya tam dəyərini ödəyərək iki mənzil alıblar. Onlara vaxtilə bu binada mənzil almağı mən tövsiyyə etdiyimdən (bina şəhərin ən görkəmli yerlərindən birində inşa edilirdi), 18 ildir ki, mən də bu binanın tikintisi üçün onu tikən “Əlincə” MTK-nın təsisçiləri ilə danışıqlar aparıram. Uzun illər ərzində aparılan danışıqlar nəticəsində hər dəfə kooperativ rəhbərliyi bildirirdi ki, binanın tikintisinə yaxın vaxtlarda icazə veriləcək, yox əgər bu baş verməsə, onda hökumət sizlərə ya başqa yerlərdə mənzil verəcək, ya da kompensasiya ödəyəcəkdir. Artıq binanın söküntüsünə başlansa da mənzil almaq üçün “Əlincə” MTK-ya pul köçürüb, müqavilə bağlamış şəxslərə kompensasiya ödənişi ilə bağlı konkret heç nə deyilmir. On səkkiz il mənzil almaq üçün əllərində müqavilə gözləyən adamlar sonda böyük ziyanla üzləşə biləcəklərindən çox narahatdırlar və onlardan bir qrupu (yaxın qohumlarım da daxil) bu məsələnin həlli məqsədilə, onların səsini yuxarılara çatdırmağı məndən xahiş ediblər. Bu durumda mən də “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Qeyri Hökumət Təşkilatının sədri və ziyalı alim kimi bütün hökumət yetkililərinə və ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edirəm. Bu insanların heç bir günahı yoxdur ki, onların mənzil almaq istədikləri binanın tikintisi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 18 il bundan öncə dayandırılıb. Əgər hökumət bu ərazidə dövlət əhəmiyyətli hər hansı bir layihəni reallaşdırmaq istəyirsə (verilən məlumatlara görə bu ərazidə park salınması nəzrdə tutulur), onda, sökülən binadan mənzil almaq üçün “Əlincə” MTK ilə müqavilə bağlamış 68 vətəndaşa kompensasiya ödənilməlidir. Vətəndaşın vaxtilə mənzil almaq üçün ödədiyi pul vəsaiti onun mülkiyyəti olub və deməli vətəndaşın müqavilə bağlayıb, pul ödəyərək almaq istədiyi mənzil də onun mülkiyyətidir. Vətəndaşların mülkiyyət hüququ ölkənin Konstitutsiyası ilə qorunur. Bu insanların mülkiyyət hüquqlarına hörmətlə yanaşmaq hər bir məmurun, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin vəzifə borcudur. Onlar insanların mülkiyyət haqqının tapdalanmasına yol verilməmsi üçün yaranmış vəziyyəti olduğu kimi dövlət başçısına və Birinci vitse-prezidentə məruzə etməlidirlər. Apardığım müşahidələr nəticəsində mənə məlumdur ki, bu günə qədər ölkə rəhbərliyi buna bənzər hallarda bir dəfə də olsun insanların haqlarının tapdalanmasına izin verməyibdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan mülkiyyət hüquqlarının təmin edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin rəhbərliyindən müvafiq tədbirlər görməsini xahiş edirəm. Fikrət Yusifov “Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq Maliyyə naziri, iqtisad elmlər doktoru, professor, P.S. “Əlincə”MTK-nın inşa etdiyi bu binanın tikintisinin davam etdirilməsi üçün kooperativə üzv olan insanların ölkə rəhbərliyinə etdikləri müraciətlərdən birini bu yazıya əlavə edirəm. //moderator.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|