`Kristal Abşeron` TƏFTİŞ OLUNACAQMI? - Narazılıqlar boğaza qədər, amma...
Tarix: 3-04-2023, 10:14 | Çap et
“Kristal Abşeron” şirkətinin tikdiyi “Qobu park 2″ layihəsində binalardan birinin əyilməsi keyfiyyətsizliyi və səhlənkarlığı üzə çıxardı”. Bunu Tribunainfo.az-a prezidentliyə keçmiş namizəd, müstəqil siyasətçi Fuad Əliyev söyləyib. Ekspertin sözlərinə görə, sözügedən tikinti firması ilə bağlı komissiya təşkil edilməlidir. F.Əliyev Fövqəladə Hallar Nazirliyi yanında Tikintiyə Nəzarət İdarəsinin yoxlamalar aparmalı olduğunu vurğulayıb: “Söhbət hər yerdə reklamı gedən, insanlara hərtərəfli vəd verən bir şirkətdən gedir. Vətəndaşlar da inanır, güvənir ki, aldıqları mənzillər keyfiyyətli tikilib. Axı hansı kanalı açırsan, “Kristal Abşeron” reklamı görürsən. Bəs, bu necə olur ki, özünü təriflədən şirkətin tikdiyi bina əyilir və aşma təhlükəsi yaranır? Deməli, insanlar aldadılıb, verdikləri pullarla keyfiyyətli iş görülməyib, vəsaitlər ciblərə axıb. Ona görə şirkətin tikdiyi digər binaların keyfiyyəti araşdırılmalıdır. Bizim haqqımız çatır ki, vətəndaşların üzləşdiyi belə problemləri ictimailəşdirək, dövlətin nəzərinə çatdıraq. Dövlət tikinti şirkətlərinə nəzarəti gücləndirməlidir”.
F.Əliyev hesab edir ki, “Kristal Abşeron” binasının əyilməsi insanlarda şirkətə inamı, etimadı sarsıda bilər: “Bu fakt həm də orada yaşayanların həyatına riskdir. Onlar təhlükə ilə qarşılaşıblar. Biz eşitmişik ki, istismar müddəti bitən, qəzalı bina aşma təhlükəsi ilə üzləşə bilər, burada isə tərsinədir, yeni tikilmiş bina əyilib. Hər halda adıçəkilən şirkətin gördüyü işlərə nəzarət mexanizmi güclənməlidir”.
Bununla bağlı deputat Aqil Məmmədov da çağırış edib. O, pravda.az-a deyib ki, Qobu park – 2” yaşayış kompleksində 16 saylı binanın aşma təhlükəsi ilə üz-üzə qalması, əlbəttə, yaxşı hal deyil. “Heç birimiz vətəndaşların belə hallarla üzləşməsini istəməzdik. Lakin belə hadisə baş veribsə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirməlidirlər. Həmin binada bundan sonra yaşayışın davam etdirilməsinin mümkün olub-olmadığı barədə rəylərini bildirməlidirlər və buna uyğun təcili, operativ qaydada addım atılmalıdır. Təhlükə varsa, aidiyyatı qurumlar vəziyyətə səhlənkar yanaşmamalıdırlar. Qeyri-mütəxəssislərin analizlərinə uyğun fikir söyləməyi düzgün qəbul etmirəm. Türkiyədə baş vermiş hadisələr hər bir ölkə üçün siqnal olmalıdır. Tikinti şirkətləri qarşısında məsuliyyət qoyulmalıdır ki, gələcəkdə pis hal baş verməmiş problemlərin aradan qaldırılması üçün əllərindən gələni etsinlər” – Milli Məclisin deputatı bildirib. Deputat bildirib ki, “Qobu park-2” yaşayış kompleksindəki 16 saylı bina sakinlərinin təhlükə altında qalmasında binanı inşa edən “Kristal Abşeron” şirkəti birbaşa məsuliyyət daşıyır: “Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarəti tikinti başa çatana qədər deyil. Tikintinin yüksək keyfiyyətlə başa çatmasında Fövqəladə Hallar Nazirliyinin də rəyi olmalıdır. Çünki neçə metr məsafədən yuxarı bina tikilirsə, FHN-nin rəyi göstərilməlidir. Bu gün “Qobu park-2”də fövqəladə vəziyyət yaranıbsa, insanlar üçün təhlükə varsa, FHN münasibət bildirməlidir. Belə də olmalıdır. Əlbəttə ki, binanı tikən “Kristal Abşeron” şirkəti də tam məsuliyyət daşımalıdır. Araşdırdıqdan, müvafiq qurumlar binanın tikintisində çatışmazlıqlarla bağlı bütün məsələləri ortaya çıxardıqdan sonra, təbii, mütləq şəkildə “Kristal Abşeron” cavab verməli olacaq ki, niyə belə hal baş verib? İnsanların həyatı üçün niyə təhlükə yaranıb? Əlbəttə, bu, çox ciddi məsələdir. İnşaat şirkətləri bu günə qədər binaları necə tikiblər, özləri bilərlər. Amma son zamanlar baş verən hadisələri nəzərə alaraq məsuliyyətli davranmaları barədə özləri özlərinə hesabat verməlidirlər. Çünki o binalarda yaşayan insan olacaq. Orada körpə uşaqlar, ahıl insanlar, xəstə qadınlar da yaşayır. Onların yaşayışı üçün lazımi şəraitin qurulması tikinti şirkətlərindən asılıdır. Kim təminat verir ki, sabah zəlzələ ola bilməz? Bütün aidiyyəti qurumlar – tikintini təsdiqləyən, razılıq verən, torpaq sahəsi ayıran qurumlar hamısı məsuliyyət daşıyır. Sabah hadisə baş verəndə istintaq işi aparılacaq. İstintaqın nəticəsində hər şey məlum olacaq ki, günhakar kimdir? Şirkət nələri yerinə yetirməyib ki, belə hal baş verib?”
Deputat Razi Nurullayev də demokrat.az-a “Kristal Abşeron” şirkətinin binalarının keyfiyyətsiz olduğunu vurğulayıb (dia-az.life-dan QEYD: Razi Nurullayev sonradan bu açıqlamasından imtina edib): “Bəzi binalar insanların rahatlığı üçün lazım olan keyfiyyətlərə malik deyil. Təbii ki, iş adamı daha çox qazanmaq istəyir, buna görə onu günahlandırmaq olmaz. Çünki iş adamının pulunu alıblar və göz yumublar ki, get, nə edirsən et, təki mənim pulumu ver. Ona görə də, bəzi binalar çox gözəl şəkildə rəngli görünsə də, çox gözəl infrastrukturla əhatə olunsa da, əslində keyfiyyətsizdir. Yəni, şəkillərdə yaşıllıqların içərisində piyada keçidləri, velosiped dayanacaqları və zolaqları, xoşbəxt gülən qadınlar, uşaqlar, nənələr, babalarla əhatə olunub. Amma həmin binaya gedirsən və görürsən ki, bina bərbad gündədir. O şəkildəkindən əsər-əlamət yoxdur. Binanın “podyez”ləri təmirsiz, liftlər pis gündə, yaşıllıq sahələri isə məhv edilib. Əlavə olaraq da, digər rahatlıqlar da yoxdur”. Onu da demək lazımdır ki, Kristal Abşeron” və təmirdən öncə kafel, oboy, daxili qapıların seçilməsi üçün müştərini ofisə dəvət edir. Amma seçim azdır. Məsələn, kafellərin rəngi məhduddur. Binalarda mənzillərin hamam və tualetləri demək olar ki, eyni dizaynda təmir olunur. Adətən, hamam və tualetin təmiri müştərinin fikri öyrənilmədən öncədən aparılır. Otaq qapıları 1 çeşiddə və 2 rəngdədir: ağ və qəhvəyi. Hamam-tualetdən başqa, otaqlara (qonaq, yataq və mətbəx) şüşəli qapı quraşdırılır. Siz şüşəsiz qapı istəsəniz, bu, mümkün deyil. Böyük məbləğdə pul ödəyib mənzil almağınıza baxmayaraq, şirkət bu istəyinizi təmin etmir və “Müştərinin hər istəyini təmin edə bilmərik” cavabı verilir. Şirkət 1 çeşiddə parket təklif edir. Siz divarlarda xüsusilə çərçivələr, tavanda alçipandan işləmələr, spotların quraşdırılmasını və s. istəsəniz əlavə ödəniş olunmalıdır. Şirkət mətbəxdə mebelarxası kafeli vurmur. Mənzil sahibi kafeli özü almalı və ustanın zəhmət haqqısını ödəməlidir. Elektrik, TV, İnternet “yuvaları” ev sahibinin istədiyi yerlərdə olmaya bilər. Əlavə yerlərdə “razetkaların” qoyulması əlavə ödənişdir. Şirkətin ustalarının mənzili keyfiyyətli təmir edib-etməyəcəyi başqa bir narahatlıqdır. 3-5 ildən sonra oboyun, kafelin, parketin qopub-qopmayacağı bilinmir. Artıq sosial şəbəkələrdə sakinlərin etirazlarına rast gəlinir.
Mənzillərdə təmirin çox da səliqəli aparılmadığı diqqəti cəlb edir. Ümumiyyətlə, “Kristal Abşeron” və “Xəzər İnşaat”ın binalarındakı təmirli mənzillər bir-birlərinə çox bənzəyir. İnsan özünü yataqxana şəraitində hiss edir.
Bazar qiymətləri ilə müqayisə etdikdə, “Kristal Abşeron” və “Xəzər İnşaat” 1 kvadrat metrin təmiri üçün təxminən 250-350 AZN ödəniş alır. Mənzil sahibi bu qiymətlərə özü mənzili ürəyi istədiyi kimi təmir etdirə bilər.
Bir mərtəbədə 7-10 mənzil olmasına qarşı, binada sərnişinlər üçün 1 lift quraşdırılır. Bu, gələcəkdə düşüb-qalxmaqda çətinlik yarada bilər. Qeyd edək ki, artıq bir çox şirkətlər 2 sərnişin, 1 yük lifti quraşdırırlar.
Mənzil sahibi damafon almaq üçün əlavə ödəniş etməlidir. Bir çox tikinti şirkətləri kimi “Kristal Abşeron” və “Xəzər İnşaat” da mənzillərin sahələrini çöldən-çölə hesablayır. Yəni, qonşu divarların, şaxtanın tutduğu sahə üçün də alıcı ödəniş edir.
Tribunainfo.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|