İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                 

Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI... - İTTİHAM VAR!
Tarix: 7-03-2023, 12:33 | Çap et
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Əliheydər oğlu Şükürov ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov tərəfindən qanunsuz olaraq işdən azad edildiyini iddia edib.

"Sabiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşe Üfüq Tərlanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi"

2019-cu ilin may ayında ezamiyyətə göndərildiyini deyən Hikmət Şükürovun sözlərinə görə, o, 2 ay pulsuz çalışıb, yəni bu müddət ərzində ona əməkhaqqı verilməyib: "Mən 1998-ci ildən Xarici İşlər Nazirliyində ştatdankənar işçi kimi çalışırdım. Bu müddət ərzində Pakistan İslam Respublikası, Azərbaycanın YUNESKO-dakı Nümayəndəliyi və Azərbaycanın Fransadakı Səfirliyində uzunmüddətli ezamiyyətdə olmuşam. Lakin 15.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə ezam olunmuşam. 15.07.2019-cu il tarixdən etibarən isə əmrlə səfirlikdə təsərrüfat müdiri-komendant vəzifəsinə işə qəbul edilmişəm. Beləcə, 2 ay pulsuz, əmək haqqı ödənmədən çalışmışam. İşlədiyim müddətdə sabiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşe Üfüq Tərlanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi. Əlində maliyyə resursları olduğundan kollektivi mənə qarşı qaldırıb. Məsələn, əməkdaşların uzunmüddətli məzuniyyətə gedib-gələrkən şəxsi əşyalarının daşınmasını istədiyi adamdan kq-ın 9 avrodan qəbul edir və ya diplomatlara ayrılmış təmsilçilik vəsaitinin silinməsi üçün saxta qaimələri qəbul edir".

"Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfüq Tərlanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və məni özündən asılı vəziyyətə salmışdır"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin maliyyə məsələləri üzrə attaşesi Üfüq Tərlanovun qanun və təlimatlara əməl etməməsinə dair faktları açıqlayan Hikmət Şükürov bildirib ki, adıçəkilən şəxs təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib: "Bundan başqa, o, yəni Üfüq Tərlanov pandemiya ilə əlaqədar konsulluğa tikilən qəbul otağının tikintisində iştirakıma izn verməyib. Sübut olaraq nə tender keçirilən aktda, nə də təhvil-təslim aktında imzam olmadığını və daxili izləmə kameralarında tikinti vaxtı əsasən kimin nəzarət etdiyini göstərə bilərəm. Təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib. Sübut kimi mənə heç bir sənəd göstərmədiklərini və imzalatdırmadıqlarını qeyd edə bilərəm. Bundan başqa, hər ay əsas və azqiymətli invertarların cədvəlini mənə təqdim edib imzalatdırmalı olduğu halda Üfüq Tərlanov buna əməl etməyib. Sabiq səfir Xəzər İbrahim uzunmüddətli ezamiyyətini başa vurub gedərkən ona təhvil-təslim aktını tərtib etməyi tapşırsa da o, bunu etməyib. Ancaq o zaman mənim cənab səfir Xəzər İbrahimdən iqamətgahdakı invertarları təhvil verməsini tələb etdiyimdən Üfüq Tərlanov yalnız əsas vəsaitin qeydiyyat cədvəlini təqdim edib. Onun əsasında iqamətgahda olan, yalnız İPHONE-12 mobil telefonundan başqa bütün əsas vəsait invertarlarını təhvil almışam. Həmin telefonu sonradan poçtla səfirliyə göndərmişdir. Amma azqiymətli invertarları təhvil ala bilməmişəm. Onu da bildirim ki, sabiq səfirin işlədiyi dövrdə heç bir xidməti qeyd yazmağa imkan verməmiş və ancaq hesabat vaxtı imza səhifəsini göstərib imzalatdırıb. Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfüq Tərlanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və məni özündən asılı vəziyyətə salmışdır".

"2022-ci ilin fevral ayının 2-də Üfüq Tərlanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzalatdırdı"

Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI...

Hikmət Şükürov qeyd edib ki, bu vaxtadək lazımı orqanlara şikayət etməməsinin səbəbi əlində heç bir sənədin olmaması ilə bağlıdır: "Lakin 2022-ci ilin fevral ayının 2-də Üfüq Tərlanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzalatdırdı. Həmin gün mənə təhkim olunmuş 06 CD 5378 nömrə nişanlı avtomobili servisdən götürərkən servis sahibi, Türkiyə vətəndaşı Hasan Aksoy Üfüq Tərlanova çatdırmağa sənəd verdi. Baxdıqda sənədin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinə hazırlanmış saxta təmir qiymətləndirməsi qaiməsi olduğunu gördüm. Halbuki, həmin avtomobillər saz vəziyyətdə idi. Kamera görüntüləri də bunu təsdiq edə bilər. Bundan başqa, təmir zamanı səfirlikdə su borusunun sayğacdan kənar qoşulduğunu aşkarlamışam və xidməti qeydlə müraciət etmişəm, lakin hələlik heç bir nəticəsi yoxdur. Onu da əlavə edim ki, 11.02.2022-ci il tarixdə saat 14:40, 14:50 radələrində Üfüq Tərlanov onun qanunsuz əməlləri haqda səfirlik qrupunda mesaj yazdığım üçün otağıma hücum edib. O, müqavimət göstərdiyimi görüb otaqdan bayıra çıxıb, otağı üzərindəki açarla bağlayıb, məni hədələyib və sonra açarı atıb gedib. Bunu otağımın qarşısında olan kamera görüntüləri ilə sübut edə bilərəm. Onu da nəzərinizə çatdırım ki, Üfüq Tərlanovun rotasiyaya əsasən 4 illik müddəti 2022-ci ilin fevral ayında bitib və o, 2021-ci ilin yanvarında məzuniyyətə gedərkən övladlarının Ankaradakı NATO məktəbindən sənədlərini onun xahişi ilə mən almışam. Sonradan necə oldusa övladlarını yenidən məktəbə yazdırdı. O, məndən sonra işə qəbul olunmasına baxmayaraq, Xarici İşlər Nazirliyinin ştatına alınıb. Ona səfirlikdə 4 ildən artıq işləməyə icazə verildiyi halda, mənə 3 il işləməyə imkan vermədilər".

Azərbaycanın Türkiyə Səfirliyinin invertarların qeydiyyat cədvəlində aşkarlanan qanun pozuntuları...

Şikayətçinin sözlərinə görə, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı üzrə əsas və azqiymətli invertarların qeydiyyat cədvəlini araşdıran zaman bir sıra qanun pozuntuları aşkarlayıb: "Belə ki, səfirliyin qarajında invertar siyahısında qeydiyyatda olmayan 06 CD 3362 nömrə nişanlı avtomobil olduğunu aşkar etdim. Bundan başqa, 2011-ci ilin iyun ayında alınmış 200 avro qiymətində olan "Şərq şəhəri" adlı rəsm əsəri, 350 avro qiymətində olan "Oxatan" adlı rəsm əsəri, 250 avro qiymətində olan "İstanbul gümbəzləri" adlı rəsm əsəri, 2015-ci ilin yanvar ayında alınmış 400 avro qiyməti olan "Makedoniya" adlı rəsm əsəri, 27.02.2018-ci il tarixdə alınmış 129,32 avro qiymətində Çay dəsti, 12.07.2018-ci il tarixdə alınmış 116 avro qiymətində H.Əliyevin 95 illik yubileyinə həsr edilmiş kitab mövcud deyildi. 2013-cü ilin may ayında alınmış 51345,98 avro qiymətində olan X-RAY test cihazı mpvcud olsa da, qiyməti məndə şübhə doğurur. Hələ bu, harasıdır. 2015-ci ilin noyabr ayında alınmış azqiymətli inventarların qeydiyyat cədvəlindəki ümumi dəyəri 1961,81 avro olan 400 ədəd "Sözdə böyük Ermənistan.Faktlar və sübutlar" kitabı, həmin vaxt alınmış ümumi dəyəri 615,38 avro olan 200 ədəd "Dağlıq Qarabağ" kitabı və dəyəri 738,46avro olan 200 ədəd "İrəvan şəhəri" kitabı mövcud deyildi. 12.03.2021-ci il tarixdə səfirlikdəki döşəmələrin laminat lövhələrlə dəyişilərkən alınmış ümumi dəyəri 1311,13 avro olan 27 ədəd otaq lampalarının qiyməti şübhəli görünür".

"Qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Şükürov bildirib ki, inventar cədvəlində qeydiyyatda olmayan səfərliyin qarakına yığılmış yeni alınmış 6 ədəd "Altus" markalı soyuducu, 3 ədəd "Altus" markalı paltaryuyan, 1 ədəd "Singer" markalı paltartikən maşın və 1 ədəd meyvə şirəsi maşını da aşkar edib: "Həmçinin, səfirliyin 27 nömrəli otağında yığılmış və yeni alınmış, lakin inventar cədvəlində qeydiyyatda olmayan6 ədəd "Baymak" markalı kondisioner, 2 ədəd "Fuji Plus" markalı kondisioner, 2 ədəd "Altus" markalı kondisioner aşkar etdim. Səfirliyin əvvəllər ibadət otağı, hazırda isə hədiyyə anbarı kimi istifadə olunan otağında çoxlu şərab və digər spirtli içkilər aşkar etdim. Eşitdiyimə görə, qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb".

Hikmət Şükürov sonda əlavə edib ki, bütün bu qeyd olunan qanunsuzluqlarla bağlı Xarici İşlər Nazirliyinə yazılı şikayətlə müraciət etdikdən sonra Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov kollektivdən böhtan xarakterli izahatlar alaraq, heç bir məhkəmə qərarı olmadan onun cinayət işləri ilə məşğul olduğunu elan edib: "Səfir bunu əsas gətirərək, 04.02.2022-ci il tarixdən işə buraxılmamam haqda saxta əmr verib. Hazırda bu əmrə əsasən mühafizə dəstəsinin əməkdaşları məni işə buraxmırlar. Odur ki, mən də sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan məsələnin araşdırılmasını, mənə qarşı edilən qərəzli hərəkətlərə son verilməsinə köməklik göstərmələrini xahiş edirəm".

Hurriyyet.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Dünən, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Dünən, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Dünən, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Dünən, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru