Qazax-Tovuz Ərazi Məşğulluq Mərkəzi niyə Gədəbəylə maraqlanmır..? - ÖZBAŞINALIQ!
Tarix: 3-03-2023, 12:27 | Çap et
Şöbə müdiri Zaur Məcidli məşğulluq adı altında özü üçün qoyun-quzu, mal-qara, toyuq-cücə biznesi qurub Məlumdur ki, bu gün dünyada ən ciddi problemlərdən biri də işsizlik problemidir. Hətta bir çox ölkələrdə seçki öncəsi gələcək dövlət başçıları işsizliyi nə qədər azaldacağını, nə qədər iş yerləri açacağı barədə vədlər verir. Sözün qısası məşğulluq məsələsi bütün dünyada ciddi problemdir. Məhz buna görə də, cənab Prezident İlham Əliyev hələ illər öncə “Neft kapitalını insan kapitalına çevirək” şüarını irəli sürdü və yeni iş yerlərinin açılmasını özünün başlıca məqsədi elan elədi. Məlumdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstərir. Əvvəllər hər rayonda məşğulluq idarələri var idi. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin təşəbbüsü ilə Məşğulluq Xidmətində islahatlar aparıldı və nazirin əmri ilə 22 şəhər və rayon üzrə Ərazi Məşğulluq filialı ləğv olundu və bunların yerində 14 ərazi üzrə yeni qurum yaradıldı. İqtisadi rayonlar üzrə bölgünü təqdim edirik: Bakı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Bakı şəhəri); Naxçıvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); Abşeron-Xızı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); Qarabağ iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); Qazax-Tovuz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); Quba-Xaçmaz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); Lənkəran-Astara iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Mərkəzi Aran iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); Mil-Muğan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); Şəki-Zaqatala iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); Şirvan-Salyan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları). İndi isə gələk əsas mövzumuza. Deməli, nazirin yaratdığı yeni qurumlardan biri də Qazax-Tovuz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzidir (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları). Bu mərkəzə, yəni Qazax-Tovuz Regional Məşğulluq filialına Gədəbəy rayon xidmət şöbəsi aiddir. Şöbə müdiri Məcidli Zaur Əliflam oğludur. Onu qeyd edək ki, məşğulluq üçün dövlətimiz kifayət qədət vəsait ayırır. Məsələn məşğulluq üçün vətəndaşlara mal-qara saxlamaq üçün vəsait ayrılır. Amma Gədəbəy məşğulluq şöbəsində işsiz vətəndaşlara inək, qoyun vermək adı altında külli miqdarda dövlət vəsaitini mənimsəyirlər. Guya əmək yarmarkaları təşkil etmək, işsizlərə iş yeri təklif etmək adı ilə dövlət vəsaitini basıb yeyirlər. Bu mərkəzlər işlərini AR-nın “Məşğulluq haqqında” Qanunu ilə tənzimləməlidirlər. Amma… Gədəbəy Məşğulluq mərkəzi burada əsl bazar açıb. Vətəndaşlara verilən mal-qaranın kağız üzərindəki qiyməti ilə real bazrdakı qiyməti arasında 3-4 dəfə fərq var. Aradakı fərq isə müdirlərin cibinə gedir. Hətta güya kağız üzərində məşğulluq üçün torpaq ayrılır, əkilir, biçilir və s, amma hamısı kağız üzərində, pullar isə mənimsənilir. Şöbə müdiri Zaur Məcidli məşğulluğun hesabına özü üçün qoyun-quzu, mal-qara, toyuq-cücə biznesi qurub. Bir sözlə, vətəndaşların məşğuliyyətinə ayrılan pulların hesabına milyonçu olub. Daha doğrusu, imkansız şəxsləri deyil, öz qohum-əqrəbalarını işsiz kimi qeydiyyata alıb dövlət vəsaitini qohumlarına verir. Bir məsələ maraqlıdır ki, görəsən, cənab nazir Sahil Babayev bu boyda əməlləri görmür…? Görürsə yəgin ki, Sahil Babayevlə şərik işləyirlər. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|