Mikayılov BUNLARI BİLƏRSƏ... - İLGİNC İDDİALAR...
Tarix: 15-02-2023, 15:26 | Çap et
Ötən gün günorta saatlarında Ağsunun Bico kəndinin ərazisində yerləşən, mal-qaranın suvarılması üçün nəzərdə tutulan gölü su ilə təmin edən böyük diametrli dəmir borunu kəsib aparmaq istəyirlərmiş, lakin təsadüfən həmin ərazidə taxıl sulayan kənd sakini Famil Dadşov avtogen qaynaqla borunu doğramaq istəyən, adını söyləməyən Ağsu sakininə mane olub. Bu barədə Bico kəndindən Mediatv.az-a daxil olan müraciətdə deyilir. Müraciətdə bildirilir ki, kənd sakininin müdaxiləsini görən həmin şəxs əraziyə özbaşına gəlmədiyini, onu Ağsu Suvarma Sistemləri idarəsinin müdiri Səfər Məmmədovun oğlanlarının gətirib düşürtdüklərini və borunu doğramağını tapşırdıqlarını söyləyib. Sakinlərin verdiyi bilgiyə görə, qaynaqçı öz telefonu ilə Ağsu SKİ-nin müdiri Səfər Məmmədovun oğluna zəng edərək, F.Dadşovla danışdırıb və məmur oğlu kənd sakininin adını soruşandan sonra, hədə şəklində “Orda gözlə, gəlirəm” deyib və telefonu söndürüb. Müraciətdə qeyd edilir ki, F.Dadaşov kənd bələdiyyəsinin sədri Südabə Mikayılovaya və bir neçə kənd sakininə günün günorta çağı olunan “mədəni oğurluq” barədə məlumat verdikdən sonra telefonla çəkiliş aparmağa başlayıb. Çəkilişi görən qaynaqçı Ağsu sakini oksigen balonlarını hadisə yerində qoyaraq, ərazidən uzaqlaşıb. Mediatv.az-a daxil olan m üraciətdə daha sonra bildirilir: “Əvvəlcə hadisə yerinə kənd bələdiyyə sədri gəldi və borunu doğramaq istəyən qaynaqçını, onun ləvazimatlarını və onları ordan aparmağa gələn ön və arxa dövlət nömrə nişanları açılmış “pikap”ı da gördü. Bələdiyyə sədri dedi ki, sürücünü də, yanındakını da tanıdım, su idarəsinin işçiləridir. Ardınca əraziyə kənd icra nümayəndəsi Bəhlul Mahmudov, müavini, mühasibi və dörd kənd sakini də gəldi. Sonradan gələnlər də dövlət nömrə nişansız ağ rəngli “pikap” maşının ərazidən uzaqlaşdığının şahidi oldular. Kənd sakinləri polisə zəng etməyi məsləhət görsələr də, icra nümayəndəsi B.Mahmudov “Sabah Səfər müəllimlə özüm danışaram” deyərək, hadisə yerini tərk etdi. Lakin sakinlərlə bir yerdə olan bələdiyyə sədri S.Mikayılova Ağsu RİH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Sənan Feyzullayevə zəng edib, hadisə ilə bağlı məruzə etdi. S.Feyzullayevsə maraqlanıb, məlumat verəcəyini söylədi. Sonradan bələdiyyə sədrinə “maraqlanma”nın nəticəsi olub-olmaması barədə heç bir məlumat verilməyib.
Hazırda həm əlimizdə fotoşəkillər, həm video görüntülər var, həm də borunun düz dibinə qədər getmiş “pikap”ın şum üstündəki izləri durur”.
Kənd sakinlərinin icra nümayəndəsinə istinadən sözlərinə görə, sonradan Səfər Məmmədov Bəhlul Mahmudova zəng vurub və onların məsələyə aidiyyatı olmadığını bildirib. Sonda o da qeyd olunur ki, hadisənin qarşısını alan Famil Dadaşova tanımadığı müxtəlif nömrələrdən durmadan zənglər gəlir, lakin tanımadığı üçün zənglərə cavab vermir. Kənd bələdiyyəsinin sədri Südabə Mikayılova saytımıza açıqlamasında su borularının kəsilməsinə imkan verilmədiyini bildirib: “Məlumat gələn kimi dərhal hadisə yerinə getdim və onları sahədən uzaqlaşdırdım. Nömrəsiz maşın idi, bu səbəbdən hələ araşdırma gedir. Su borularını kəsmək istəyən şəxs su-kanal müdiri Səfər Məmmədovun oğlanlarının sifarişi ilə gəldiyini bildiriblər. Mən özüm onların qarşısını kəsdim, sahədə nə üçün gəzdiklərini soruşdum. Dedilər ki, “biz bura öz başına gəlməmişik”. Gələndə özləri ilə su borularını kəsmək üçün qaz balonları gətirmişdilər. Mən onlara yaxınlaşmaq istəyəndə qaçdılar. Kənd icra nümayəndəsi Bəhlul müəllim hadisə yerinə gəldi və telefonla olanları Səfər Məmmədova dedi. Səfər müəllim də hadisədən xəbərsiz olduğunu deyib. Bəhlul müəllimə dedim ki, hadisəni belə qoymaq olmaz, nömrəsiz maşının sahədə nə işi? Məsələ ilə bağlı Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş çöbəsinin müdiri Sənan Feyzullayevə məlumat verilib”. //Mediatv.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|