Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunda NƏLƏR BAŞ VERİR... - Prezidentə müraciət olundu
Tarix: 12-12-2022, 11:44 | Çap et
DİA.AZ: - Tədqiqatçı, tarixçi Səbuhi Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya Açıq məktubla müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:
"Çox hörmətli, cənab Prezident və çox hörmətli, xanım Birinci vitse-prezident.
Mən və həyat yoldaşım Gülüstan İsayeva 10 ildən çox idi ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışırdıq. Uzun müddət idi ki, institutumuzda baş alıb gedən korrupsiya faktları bizi narahat edirdi. Bunu hər kəs bilirdi, lakin hər zaman biz danışır və etiraz edirdik. Biz 2021-ci il 13 iyul tarixində AMEA-nın sabiq rəhbərinə bununla bağlı müraciət etdik. AMEA-nın sabiq prezidentinin sərəncamı ilə institumuza yoxlama gəldi və bəlli oldu ki, böyük yeyinti faktları mövcuddur. Lakin tərtib olunan arayış heç bir yerə göndərilmədi. Nəticədə, institutun direktoru öz ərizəsi ilə işdən azad edildi. Lakin olduqca maraqlı bir hadisə baş verdi. AMEA RH-nin qərarı ilə şikayətçinin də işdən azad edilməsi yeni rəhbərliyə tapşırıldı. Əslində bu qanunvericiliyə zidd idi. Lakin AMEA RH-i belə bir səlahiyyəti olmadığını sonradan anladığı üçün qərarı yoxa çıxarmağa çalışdı. Bu tarixdən, o zamankı AMEA rəhbərliyi və institutun yeni rəhbərliyi bizimlə mübarizəyə başladı. Həyat yoldaşım Gülüstan İsayeva şər və böhtanlarla, tamamilə əlaqəsiz məsələlərlə ittiham olunaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad edildi. Çox keçmədən, AMEA-nın sabiq prezidenti bu instituta öz adamı olan Abbas Seyidovu təyin etdi.
Bu dövrdən, mənə qarşı da hücumlar başlandı. Tədqiqatlarıma maneələr törədildi. Qarabağda işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən məhv edilmiş arxeoloji abidələrimizin müəyyən edilməsində XX əsrin 80-90-cı illərinin peyk görüntülərinin müasir peyk görüntüləri ilə müqayisəli təhlili əsasında dağıntının miqyası və dəymiş ziyanın müəyyən edilməsinə həsr edilmiş araşdırma tamamilə dayandırıldı. Buna qədər Şuşa şəhərinin abidələrinin müəyyən edilməsində bu metodologiyadan istifadə etmişdim. Həmin dövdə, Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı araşdırma işimin dayandırılması istənildi. Bu məqsədlə, Türkiyə Cümhuriyyətinin Osmanlı arxivinə ezam olunmağım ilə bağlı məsələdə əngəllər törədildi. Yalnız, müəyyən qurumlar işə qarışandan sonra icazə verməli oldular. Bunun nəticəsində, Osmanlı arxivində də araşdırma apara bildim və ölkəmizə lazımı sənədləri gətirməyi bacardım. Lakin yeni institut rəhbərinin və onun adamlarının mənə qarşı apardığı şər böhtan fonunda araşdırma aparmağın mümkün olmadığını anladım. Bunun üçün öz ərizəmlə illər öncə araşdırma aparmaq üçün gəldiyim doğma institutu tərk etməli oldum. Bununla da kifayətlənməyən rəhbərlik mənim bir daha AMEA binasına buraxılmamağımla bağlı tapşırıq verdi. Sonradan, Tarix İnstitutunun baş direktoru araşdırmalarıma dəstək oldu və məni institutda işə götürdü. Hal-hazırda, olduqca güclü elmi mühit formalaşmış Tarix institutunda çalışıram. Həyat yoldaşım Gülüstan İsayeva isə Yasamal rayon məhkəməsinə müraciət edərək qanunsuz işdən azad edilməsinin mübahisələndirilməsini istədi. Məhkəmə qərarı ilə ona qarşı atılan şər böhtanların yalan olması aydın oldu və onun işə bərpa olunması barəsində qətnamə verildi. Bu, qarşı tərəfi daha da özündən çıxardı və bizə bu yoldan geri çəkilməyi bildirdilər. Əgər, Gülüstan İsayeva instituta geri dönərsə, hər ikimizi həbs etdirəcəkləri ilə hədələdilər. Lakin biz haqlı olduğumuzu bildiyimiz üçün geri çəkilmədik. Bir müddət sonra, hər ikimiz haqqında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və yeni baş direktoru Abbas Seyidov, onun elmi katibi Akif Quliyev hər ikimizdən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə guya mənim "yeyintilər" etməyimlə bağlı şikayət etdilər. Özü də, bunu istər maliyyəyə və istərsə də istənilən işə cavabdeh sabiq direktor edirdi. Mən isə sadəcə elmdə ən aşağı iki pillədən ikincisi olan elmi işçi idim. Yoxlama vaxtı ilə bu insanların neçə illər institutu dağıtmasını sübut etmişdi. Bir müddət sonra, biz də korrupsiya idarəsinə çağırıldıq. Bizə bildirildi ki, artıq nəinki mən, hətta həyat yoldaşım haqqında "fakta görə, cinayət işi" açılmışdır. Həmin dövrdə, apardığım araşdırmaya da başım qarışmışdı. Müstəntiq isə tez-tez sorğuya çağırırdı. Lakin araşdırmamı başa çatdırmalı idim. Bu "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi üzrə araşdırma" idi. Bu araşdırma, mənə qarşı aparılan şər böhtan fonunda hazırlansa da, olduqca uğurlu alındı. Özü də, AMEA rəhbərliyi də daxil olmaqla, Arxeologiya , Etnoqrafiya və Antropologiya institutunun baş direktoru da mənim bu araşdırmanı apardığımı bilə-bilə, mənimlə bu mübarizəni aparırdılar. Araşdırma uğurlu alındı. Gülüstan sarayında 2022-ci ilin iyul ayının 5-da bütün mətbuat nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim edildi. Ssenari müəllifi olduğum eyni adlı sənədli film də ictimaiyyətə təqdim edildi. Araşdırma sübut etdi ki, İrəvanda hələ də Azərbaycan xalqına məxsus böyük abidələr kompleksi qalır. Araşdırma sübut etdi ki, İranın İrəvanda özününküləşdirməyə cəhd etdiyi Göy məscidimizə istər hüquqi, istərsə də tarixi baxımdan heç bir ixtiyarı yoxdur. Bütün araşdırma Türkiyə, Rusiya, ABŞ-ı, Ermənistan və Gürcüstan arxivlərində saxlanılan sənədlərə istinadla hazırlanmışdı. Bu tədqiqatdan sonra məndən kütləvi şəkildə şikayətlər edənlərə də yuxarıda adlarını çəkdiyim qüvvələr rəhbərlik edirdi. Hal-hazırda, Qərbi Azərbaycanla bağlı böyük tədqiqat işi üzərində çalışmaqdayam. Bu ermənilər tərəfindən Qərbi Azərbaycanda XXI əsrdə dağıdılmış yüzlərlə qəbiristanlıqların müasir texnoloji metodlarla müəyyən edilməsidir. Tədqiqata 450-dən çox sovet dövrünün xəritələri və arxivlərdə olan 700-dən çox peyk görüntüləri də cəlb olunmuşdur. Bu xəritələrin böyük əksəriyyəti ABŞ arxivlərində yerləşir və ilk dəfə tədqiqata cəlb edilir. Apardığım tədqiqat metodları Azərbaycan Arxeologiyasında bir ilk olsa da, bunu qəbul etmək istəməyən, elə həmin institutun rəhbərliyidir. Belə başa düşürəm ki, bu araşdırmama mane olmağa müəssər olacaqlar. Hələ də mənə aydın deyil ki, gördüyüm işlərin dövlətimiz və xalqımız üçün önəmli olduğunu bilə bilə bu "alimlər" nə üçün mənə maneələr törədir.
Haqqımızda şikayətçi olanların özləri haqqında tutarlı faktları Baş prokurorluğa təqdim etsək də, biz özümüz də həmin insanlardan şikayət versək də, heç bir cinayət işi başlanmadı. Onlar haqqında heç bir ölçü götürülmədi. Artıq, mənə və həyat yoldaşım Gülüstan İsayevaya qarşı qaldırılan "fakta görə cinayət işi" də yekunlaşmaq üzrədir. Görünən odur ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun həm sabiq direktoru Maisə Rəhimova, həm də indiki baş direktoru Abbas Seyidovun şikayəti ilə başlanan bu iş mənim həbsimlə yekunlaşacaq. Yoldaşımla bağlı məhkəmə qətnaməsini də artıq Bakı Şəhəri Appelyasiya Məhkəməsinə verərək hansısa yollarla ləğv edilməsinə nail olmuşdular. Maraqlısı bu idi ki, məhkəmə mənə aid olmasa da, hakim mənim haqqımda qarşı tərəfin şər böhtanlarını əsas götürmüşdü. Hər yerdə bu adamları dəstəkləyən insanlar mövcuddur. Hal-hazırda, Gülüstan İsayeva tərəfindən Kassasiya şikayəti də verilmişdir. Açıq məktubla Sizə müraciət etməyimin səbəbi Sizin həlledici söz sahibi olduğunuza bəslədiyim böyük inamdır. Elə bu inam da Sizə, bir başa bu məktubu yazmağa təkan verdi. Xahiş edirəm ki, bizə qarşı aparılan bu işi nəzarətə götürəsiniz, ciddi və ədalətli araşdırma aparılmasına göstəriş verəsiniz. Xahiş edirəm ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunda korrupsiya maşınına, sisteminə rəhbərlik etmiş və edən hər kəs məsuliyyətə cəlb edilsin".
Müraciətdə iddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|