DİA.AZ: - Azərbaycan Beynəlxalq Bankı müştərilərini rəsmən ələ salır. DİA.AZ bildirir ki, hər halda, bunun başqa adı yoxdur. Bu, elə vətəndaş şikayətindən də anlaşılır...
"Şikayətim "ABB bank"dandır". DİA.AZ bildirir ki, bunu "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Saleh Əlizadə adlı istifadəçi gileyində qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "May ayından tam kart proqramları işləmir...
Elə deyrlər ki, təkmilləşdirilmə işləri gedir... 5 aydır problemi həll edə bilmirlər..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...