Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                 

Dövlət büdcəsinə hərtərəfli ziyan vuran MMC-lərin arxasında kimlər durur - İLGİNC FAKTLAR
Tarix: 2-11-2022, 10:46 | Çap et
Dövlət büdcəsinə hərtərəfli ziyan vuran MMC-lərin arxasında kimlər durur
Dünən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində keçirilmiş əməliyyat zamanı bir qrup vəzifəli şəxsin saxlanılaraq istintaqa cəlb olunması barədə məlumatlar yayıldı. Saxlanılanların Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunmaları barədə hələlik ictimaiyyətə heç bir açıqlama verilməyib. Lakin bəri başdan təxmin etmək olar ki, Mədəniyyət Nazirliyinin bu vəzifəli şəxsləri də rüşvət, dövlət vəsaitlərinin mənimsənilməsi hallarına görə saxlanılıblar. Necə ki, DTX 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı həmin vaxt nazir müavini olmuş Rafiq Bayramovu saxlamışdı.

Xatırlatmaq istərdik ki, DTX-nın 2019-cu ildən sonra keçirdiyi ardıcıl əməliyyatlarda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı olmuş İsmayıl Vəliyev, Biləsuvar rayonunun icra başçısı olmuş Mahir Quliyev, Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov, İmişli rayon icra hakimiyyətinın başçısı olmuş Vilyam Hacıyev, 2020-ci ilin dekabr ayında Cəlilabad rayonunun icra başçısı olmuş Namiq Zeynalov da həbs olunmuşdu. Adıçəkilən İcra başçılarının hamısının həbslərinə səbəb isə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, təkrar rüşvət alma, səhiyyə, təhsil və digər yerli dövlət orqanları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq onlara təqdim olunmasını tələb etmələri və almaları olmuşdu. Həmçinin, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmələrinə əsaslı dəlillər də var idi.

Vaxtı ilə İcra başçısı olmuş sözügedən şəxslər həmçinin 2017-2020-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına rayon və şəhərlərdə abadlıq, təmir-tikinti işlərini həyata keçirilməsi adı ilə müxtəlif şirkətlərin hesablarına milyonlarla manat vəsait köçürmüş, bir sıra kosmetik işləri gördükdən sonra pulların çox hissəsi onların tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq şəxsən özlərinə qaytarılmasını istəyərək təkrarən mənimsəmişdilər. Bütün bunları şahid qismində ifadə verən şirkət rəhbərləri məhkəmə zalında səsləndirmişdilər.

Elə sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində dindirilən şahidlər də az fakt ortaya çıxarmadılar. Gözəllik salonunda işləyən xanımın, cənazə daşıyan sürücünün adına yaradılmış saxta şirkətlər vasitəsi ilə köçürülmüş pul vəsaitlərinin 30-40 faizinin qalıq şəklində rəhbərliyə çatdırılması da bu məhkəmədə üzə çıxdı, təsdiqini tapdı.

Bütün bu təsdiqini tapmış faktlar onu göstərir ki, Azərbaycanda bir çox nazirlik və onlara tabeli qurumlar bu gün də dövlət vəsaitlərini saxta şirkətlər vasitəsi ilə mənimsəyirlər. Bir neçə il bundan əvvəl yaradılmış saxta şirkətlər artıq missiyalarını başa vurublar. Onların əvəzinə yeni, ünvanı bəlli olmayan, maddi-texniki bazası, maliyyə imkanları məhdud, saxta şirkətlər vasitəsi ilə eyni əməllər bu gün də davam etdirilir. Beləcə dövlətə hər il hərtərəfli ziyan vurulur.

Aktualinfo.org 2015-2020-cu illərdə bir çox dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda onlarla tenderlərin qalibi olmuş MMC-lərin hazırkı fəaliyyəti ətrafında araşdırmalar aparıb. Dövlət qeydiyyatına alındıqları vaxtda olduğu kimi, indi də həmin şirkətlərin fəaliyyətləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Amma İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında bəzi maraqlı faktlar var.

“PRO-QRUP LTD” (VÖEN 4500669251) MMC 3 saylı Ərazi Vergilər İdarəsində 03.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı QUBA RAYONU, QUBA ŞƏHƏRİ, MƏH 22, qanuni təmsilçisi isə Abbasov Qasım Cəfər oğludur.

“PRO-QRUP LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-2018-ci illərdə bir çox dövlət qurumları tərəfindən, xüsusən də 2018-ci ildə “Azərişıq” ASC ilə 3 tender üzrə ümumi olaraq 20 149 524 manat, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Quba Suvarma Sistemləri İdarəsi, Xızı, Qusar, Siyəzən rayon, Sumqayıt şəhər İcra Hakimiyyətləri tərəfindən müxtəlif lotlar üzrə keçirilmiş 20 Açıq Tender və kotirovka sorğularının qalibi olub. MMC-nin hazırki fəaliyyəti ilə bağlı açıq mənbələrdən heç bir məlumat yoxdu. Hazırki günə MMC-nin dövlətə 3 007 234.26 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 07.03.2019-cu ildə olub.

“GENRL” (VÖEN 2001844011) MMC 26.01.2011-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV, ev 72, m. 17, qanuni təmsilçisi isə Məmmədov Asif Məmmədəli oğludur.

“GENRL” Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-2018-ci illərdə bir çox dövlət qurumları tərəfindən müxtəlif lotlar üzrə keçirilmiş 85 Açıq Tender və kotirovka sorğularının qalibi olub. Əvvəlki illərdə də formal keçirilmiş bir çox tenderlərin iştirakçısı olduğu ehtimalı var. Hazırki günə MMC-nin dövlətə 2 861 276.69 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 19.07.2018-ci ildə olub.

“MKM-T” (VÖEN 1001582111) MMC 4 saylı Ərazi Vergilər İdarəsində 16.02.2009-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 650 020.00 manat olan MMC-nin hüquqi ünvanının ŞAMAXI RAYONU, QIZMEYDAN, qanuni təmsilçisi isə İbrahimov Tural Ədil oğludur.

2019-cu ildə Quba rayon Suvarma Sistemləri İdarəsi tərfindən cari təmir ilə əlaqədar tikiniti materiallarının satın alınması üzrə keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Əvvəlki illərdə də formal keçirilmiş bir çox tenderlərin iştirakçısı olduğu ehtimalı var. Hazırki günə 2 319 697.20 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 27.11.2020-ci ildə olub.

“NİCAT-MŞ” (VÖEN 8600000181) MMC 31.03.2004-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, MƏRDƏKAN ŞTQ, MƏRDƏKAN QƏSƏBƏSİ, ev FIRTINA QUŞU PİONER DÜŞƏRGƏSİ, qanuni təmsilçisi isə Mirzəməmmədov Zaman Nəsir oğludur.

“NİCAT-MŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildə keçirilmiş 1 açıq tenderin qalibi olub. Formal olaraq keçirilmiş bir çox tenderlərin də qalibi olub. Hazırki günə MMC-nin dövlətə 1 667 125.22 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 11.09.2019-cu ildə olub.

“CONCEPT-CO” (VÖEN 2904681991) MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsində 18.12.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, MƏH 25,KOTEC, ev 60/13, qanuni təmsilçisi isə Ağadadaşov İlkin Ağadadaş oğludur.

“CONCEPT-CO” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən az sonra, yəni 2018-ci ildə Gənclər və İdman Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilmiş 3 tenderin qalibi olub. Sonrakı fəaliyyəti barədə açıq mənbələrdə məlumat yoxdur. Hazırki günə MMC-nin dövlətə 1 508 937.11 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 15.01.2018-ci ildə olub.

“İNCİ GROUP OF COMPANİES” (VÖEN 1700311911) QSC 27.11.1995-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 12000 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, NATİQ ŞAHBAZOV, ev 25, m. 10, qanuni təmsilçisinin isə Abbasov İsa Qurban oğlu olduğu göstərilir.

“İNCİ GROUP OF COMPANİES” Qapalı Səhmdar Cəmiyyəti 2019-2022-ci ilin fevral ayına qədər keçirilmiş 107 açıq tender və kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 1 538 118.33 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 05.07.2022-ci ildə olub. 01.11.2022-ci ildə yayılan məlumata görə “İnci Group of Companies” barəsində qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib.

“İNPEKS.N” (VÖEN 1601862631) MMC 06.06.2013-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, TOFİQ ABBASOV, ev 13, m. 34, qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğlu olduğu göstərilir.

“İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-2022-ci ilin fevral ayına Mədəniyyət, Səhiyyə, Təhsil nazirlikləri və onlara tabeli qurumlar tərəfindən keçirilmiş yüzlərlə açıq tender və kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 1 202 433.00 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 18.07.2022-ci ildə olub.

“CON-SOL GROUP” (VÖEN 1901928441) MMC 13.01.2014-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, YAŞAYIŞ SAHƏSİ V (YENİ GÜNƏŞLİ QƏS.), ev 28, m. 61,qanuni təmsilçisi isə İslamov Tural İlham oğludur.

“CON-SOL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-2020-ci ilərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilmiş 15 açıq tenderin qalibi olub. Hazırki günə MMC-nin dövlətə 1 153 243. 48 manat vergi borcu var. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 10.08.2021-ci il göstərilib. Açıq mənbələrdə 2020-ci ildə MMC-nin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 000 manat yardım etməsi barədə məlumat var.

“TİKİNTİ TƏMİR RR” (VÖEN 5000732791) MMC 3 saylı Ərazi Vergilər Baş İdarəsində 14.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı ŞABRAN RAYONU, BOR-BOR, qanuni təmsilçisi isə Əmrahov Hüseyn Nurəddin oğludur.

“TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 3 ay sonra, 2019-cu ilin aprel-iyul aylarında keçirilmiş 3 açıq tenderin qalibi olub. Hazırki günə MMC-nin dövlətə 921 069.55 manat vergi borcu var. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 29.12.2020-ci il göstərilir. Şabran rayonunun Bor-Bor kəndində Əmrahov Hüseyin Nurəddin oğlu adlı şəxsin qeydiyyatda olmadığı bildirilir.

“GLOR-FH” (VÖEN 1603816171) MMC 19.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5,00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Hüseynov Faiq Tahir oğludur.

2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı tərfindən invertalların alınması üzrə keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Formal olaraq keçirilmiş bir çox tenderlərin də qalibi olub. Hazırki günə 601 307.55 manat vergi borcu var. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi, dövlət qeydiyyatına alındığı gün, yəni 19.09.2019-cu il göstərilir.

“ROKSA” (VÖEN 2904689671) MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsində 19.12.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, MƏH 25,KOTEC, ev 60/13, qanuni təmsilçisinin isə Cəfərli Gündüz Xanalı oğludur.

“ROKSA” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 3 ay sonra, 2018-cu ildə keçirilmiş 2 açıq tenderin, 4 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 675 087.14 manat vergi borcu var. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi, dövlət qeydiyyatına alındığı gün, yəni 19.12.2017-ci il göstərilir.

“ORBIT-ST (VÖEN 8100381681) MMC 5 saylı Ərazi Vergilər İdarəsində 13.06.2016-cı il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı HACIQABUL RAYONU, NAVAHİ, qanuni təmsilçisi isə Ələkbərov Vaqif Elmar oğludur.

“ORBIT-ST Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilmiş iki tenderin qalibi və ümumi olaraq 8 295 652 manat məbləğində sifariş alıb. MMC-nin sonrakı fəaliyyəti barədə məlumat yoxdu. Hazırki günə MMC-nin dövlətə 319 957.71 manat vergi borcu var. Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 27.02.2018-ci il göstərilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi, yuxarıda sadaladığımız MMC-lərin əksəriyyəti dövlət qeydiyyatına alındıqdan sonra bir neçə tenderin qalibi olub. Bu MMC-lər vaxtında vergi öhdəliklərini yerinə yetirmədiklərinə görə dövlətə külli miqdarda vergi borcları əmələ gəlib. Bu kimi halllar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Belə MMC-lər yuxarıda qeyd edtdiyimiz kimi maddi texniki bazası olmayan, saxta mühasibat və vergi sənədləri tərtib etməklə, həmin sənədlərə yanlış məlumatlar daxil edərək gəlirlərin və ümumiyyətlə, vergitutma obyektinin gizlədilməsi, işçilərin sayının düzgün göstərilməməsi, işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməməsi, onların real əmək haqlarının gizlədilməsi kimi yollarla mənfəət əldə edirlər. Bu kimi saxta əməliyyatlar isə külli miqdarda vergi borcu ilə nəticələnir ki, hər il dövlət büdcəsinə hərtərəfli olaraq ziyan vurulur.

Göründüyü kimi, yuxarıda adlarını açıqladığımız MMC-lərin son illərdə dövlətə 17 775 483 manat məbləğində vergi borcu yaranıb. Bunlar üzə çıxanların bir qismidir. Belə borcu olan yüzlərlə MMC-lər var ki, növbəti yazılarda onlara da toxunacağıq. Bu vergi borclarının yaranmasının səbəblərini bizim deyil, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin səlahiyyətlərindədir. Nə üçün tədbir görülməməsinin də öz səbəbləri var. Çünki, bu MMC-lərin hər birinin, bəlkə də bir neçəsinin arxasında bir yüksək çinli dövlət məmuru dayanır. Yoxsa Şamaxı, Şabran, Hacıqabul rayonlarının kənd sakinlərinin, bir fəhlənin, sürücünün adına yaradılmış Bu MMC-lərin dövlət büdcəsinə bu qədər ziyan vurmağa cəsarətləri çatmazdı.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Bu gün, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Bu gün, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Bu gün, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Bu gün, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Bu gün, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru