"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                 

Masallı sakininin pay torpağını KİM MƏNİMSƏYİB? - İTTİHAM VAR!
Tarix: 18-10-2022, 12:03 | Çap et
Masallı sakininin pay torpağını KİM MƏNİMSƏYİB?
“Bir neçə il qabaq Sabail rayonunda "Qaçkınkom”un sədri işləyən Bəyverdi Novruzov bizə verilən pay torpaqlarını və gölü zəbt edərək orada ev tikdirdi. O, korrupsiya, dövlət əmlakını mənimsəmə faktına görə vəzifəsindən azad edilib və hətta həbs olunmuşdur. Sonradan həbs müddəti pul ilə əvəz olundu və azadlığa çıxdı”.

Bu barədə Masallı rayon Ərkivan kənd sakini İbrahimov Əlimərdan Əzim oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına göndərilən şikayət məktubunda qeyd olunur. Ə.İbrahimov deyir ki, B.Novruzov ona və digər vətəndaşlara aid pay torpağını qanunsuz yollarla ələ keçirib:

“Bəyverdi Novruzov mənə zəng vurdu ki, sənin, bir də qonşunun torpağını mən sənədlə almışam. Dedim ola bilməz, bu mənim pay torpağımdır. Həmin vaxtdan etibarən Bəyverdi Novruzov vətəndaşların pay torpağını mənimsəməklə məşğuldur. Torpağını vermək istəməyən vətəndaşlara isə hədə-qorxu gəlir. Ərkivan kəndində, bizim pay torpaqları olan ərazidə böyük bir göl var. Gölü də sənədsiz bir şəkildə hasarlayıb, mənimsəyib. Kəndin heyvanları oradan su içərdi, artıq bu mümkün deyil.

Bir neçə qonşumun və qardaşım oğlunun torpağını da zəbt edib. Bununla bağlı 8 ildir məhkəmə gedir. Məhkəmə davam etdiyindən qardaşım oğlunun torpağından hələlik əl çəkib, gəlib mənim və digər insanların torpaqlarını zəbt edir. Gətirib armatur basdırır, mən çıxardıb atıram, yenə gətirir basdırır. Təhqir, təhdid baş alıb gedir. DİN-in 102 xidmətinə dəfələrlə müraciət etmişik, amma şikayətimiz cavabsız qalıb”.

Ə.İbrahimov B.Novruzovun oğlundan da şikayətçidir:

“Oğlu Zaur Novruzov vəzifəsindən sui-istifadə edərək, mənim qazi oğluma dil uzadır. Oğlum müharibə iştirakçısıdır, qazidir. Mənim oğlum 37 gün torpağın altında qalıb ki, bunun kimi vicdansız, qansız insanlar dil uzatsın?! 37 gündən sonra torpağın altından çıxarılıb, o, ölə də bilərdi”.

Masallı sakini zəbt olunan torpağının geri qaytarılması üçün müvafiq qurumlara müraciət edir:

“Bəyverdi Novruzov deyir ki, mənim sənədim var. Onun sənədi varsa, bəs mənim sənədim nədir, görəsən?! Torpağı vermirəm deyə ərazinin qapısını balta ilə parçalayır, ziyan vurur, söyüşlər edir. Mən o insanın ailəmdən, torpağımdan əl çəkməsini istəyirəm. “Hürriyyət” vasitəsilə dövlət orqanlarına müraciət edirəm. Mənim pay torpağımı geri qaytarın. Kənd sakiniyəm, əkinçiliklə, heyvandarlıqla dolanıram”.

Əlimərdan İbrahimov deyir ki, Bəyverdi Novruzovun polkovnik olan qaynatası da məlum məsələylə bağlı ona təzyiq göstərir:

“Bəyverdi Novruzovun polkovnik rütbəsi daşıyan qaynatası da bizim üstümüzə hücum çəkir. Dincliyimiz yoxdur. Əlimizdə şəkillər, videolar var. Hansı qanunda yazılıb ki, kəndliyə verilən pay torpağını kimsə özbaşına ala və yaxud da qanunsuz sənədləşdirə bilər”?

Qeyd olunan iddialarla bağlı Bəyverdi Novruzovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Oğlu Zaur Novruzov isə deyir ki, sözü gedən torpaq sahəsi ilə bağlı atasında olan sənədlər tam qanunidir. Onun sözlərinə görə, əksinə, Əlimərdan İbrahimovun bələdiyyədən aldığı sənəd saxtadır: “3000 AZN-ə sənəd alıblar. Müraciət etdiyimiz orqan və məhkəmələrdən hələ sənədlərimizin saxta olduğu haqqında cavab almamışıq. Lazımi orqanlara müraciət etmişik, edəcəyik də. Deməli, həmin ərazilər 25 il qabaq qanuni şəkildə bələdiyyə torpaqları kimi bizə icarəyə verilib. Bizdən şikayətçi olan şəxslər 25 il ərzində orada ağac əkməkdən və butka qoymaqdan başqa heç bir iş görməyiblər. Yəni hal-hazırda bizim torpaq sahəsini zəbt ediblər. Əlimizdə Masallı Rayon Məhkəməsinin qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin qərarı var. Biz o torpağa heç bir müdaxilə etməmişik. Sadəcə, öz sahəmizi qorumaq üçün mühasirəyə alıb, kamera sistemi quraşdırmışıq. Bizim torpaq sahəsinə aid bütün hüquqi sənədlərimiz yerindədir. Bunu hüquq mühafizə orqanları və rayon rəhbərliyi də dəfələrlə araşdırıb və onlar bilirlər ki, qanunsuz heç nə yoxdur”.

Z.Novruzov həmçinin qeyd etdi ki, torpağın bir hissəsini şəhid olan qohumunun oğlunun adına keçirəcək: “Şikayətçilər hara istəyirlər müraciət edə bilərlər. SSRİ dövründən qalan pay torpağı sənədini gətirib, bizim şəxsi torpağımızı əlimizdən almaq istəyirlər. Mən onları ancaq savadsız tələbkarlar adlandıra bilərəm”.

Mövzu ilə bağlı tanınmış vəkil Bəhruz Bayramovla da əlaqə saxladıq. O xatırlatdı ki, Nazirlər Kabineti “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”ni təsdiq edib.

Qərara əsasən, bu mexanizm pay torpaq sahələri üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin plan və ölçülərinin) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.

Müvafiq torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı xərclərin hesablanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.

Dövlət büdcəsində bu məqsədlər üçün proqnozlaşdırılmış illik vəsaitin bərabər hissələrlə müvafiq sifarişlər əsasında rübdə bir dəfə olmaqla, hər rübün ilk ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xəzinə hesabına köçürülməsi təmin edilir.

Xidmət müvafiq bölgüyə uyğun ayrılmış vəsaitin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesablaşma hesabına köçürülməsini təmin edir. Müvafiq il üzrə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər, onlara verilən hüquqmüəyyənedici sənədlər, habelə göstərilən xidmətlərə görə hesablanmış vəsait barədə illik icmallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

İllik icmalda aşağıdakı məlumatlar öz əksini tapır: hər bir rayon və yaşayış məntəqəsi üzrə pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmiş mülkiyyətçilərin adı, soyadı, atasının adı; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış pay torpaqlarının ölçüsü (hektarla); hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların reyestr və qeydiyyat nömrələri, qeydiyyat tarixi, plan və ölçülərin nömrəsi və tarixi.

Vəkil Adəm Məmmədov isə deyir ki, pay torpaqlarını mülkiyyətçinin özündən başqa heç kəs sata bilməz: "Əgər şikayətçinin əlində pay torpağını təsdiq edən sənədlər varsa, o, məhkəmə orqanına müraciət edərək torpağını geri qaytara bilər. Məkəmə də qanuna uyğun olaraq pay torpağını vətəndaşa qaytara bilər. Əlbəttə, pay torpağını təsdiq edən sənədlər varsa. Ümumiyyətlə götürdükdə isə, pay torpaqları xüsusi mülkiyyət hesab edilir".

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev də qeyd etdi ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi ilə bağlı hər iki tərəf qarşılıqlı şəkildə polisə müraciət edib: “Masallı Rayon Polis Şöbəsində araşdırma aparılaraq onlara izah edilib ki, mülki məsələ olduğu üçün bununla bağlı mülki qaydada məhkəməyə müraciət olunmalıdır. Eyni zamanda, tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı qanunazidd hərəkətlərin qarşısının alınması üçün ictimai təhlükəsizlik bölməsinə profilaktik söhbət aparılması üçün qərar qəbul edilərək göndərilib”.

Jalə FAMİLQIZI

P.S. Aydın olur ki, burada tərəflərdən birinin mübahisəli torpaq sahəsinə dair əldə etdiyi sənəd saxtadır. Əlimərdan İbrahimov deyir ki, ona verilən sənəd SSRİ-dən qalma deyil, müstəqillik dönəmində alıb. Buradan isə anlaşılan odur ki, rayonun gölü və pay torpaqları 2-ci dəfə satışa çıxarılıb. Belə olduğu halda, məhkəmə Əlimərdan İbrahimovun sənədini hansı əsasla qeyri-qanuni sayıb. Hər halda növbəti instansiyanın bu suala aydınlıq gətirəcəyini güman edirik…
//hurriyyet.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru