Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

Daha bir BÜDCƏ TALANI... - Dövlət malına elə daraşıblar ki...
Tarix: 14-07-2022, 11:54 | Çap et
Daha bir BÜDCƏ TALANI...
Dünən elektron kütləvi informasiya vasitələri Azərbaycanda mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkəti “Azərsu” ASC-nin 2021-ci ildəki zərərinin daha da böyüməklə yarım milyard manatı ötməsi barədə məlumat yaydı. Məlumatda həm də qeyd olunur ki, “Azərsu” ASC-nin ümumi gəlirlər xərcləri nəinki qarşılamış, hətta 552.23 mln. manat həcmində xalis zərər etməklə kapitaldan “yeməli” olub. İllərdir “Azərsu” zərər edir və üstəlik builki zərər onun illərin yığılmış zərərini 7 milyard 855.69 mln. manata çatdırıb.

Göründüyü kimi bu zərər bir və bir neçə ildə yaranmayıb. Təbii ki, bu zərərin çoxu 2011-ci ildən “Azərsu” ASC-yə sədirlik edən Qorxmaz Hüseynovun dövrünə düşür. Əvvəlki sədr, Oqtay Əsədovun rəhbərliyi dönəmində respublika ərazisində su və kanalizasiya sistemlərinin yenilənməsinə o qədər də böyük vəsaitlər ayrılmadığı hamıya məlumdur. Amma, Prezident İlham Əliyevin 2021-ci il imzaladığı sərəncama əsasən Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildikdən sonra bu məlumatların ortaya çıxması heç də o demək deyil ki, burada indi hər şey qaydasındadır.

Məlum olduğu üzrə, “Azərsu” ASC respulika ərazisində əhalini içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkəti kimi, böyük bir qurumdur. ” ASC-nin bütün rayon və şəhərlərdə yerli idarələri ilə bərabər tebeli qurumları da var. Onlardan bii də “Sutikinti” Müəssisəsidir. Bu müəssisə “Azərsu” ASC-yə tabeli qurumların bəlkə də ən kiçiklərindən biridir. Buna baxmayaraq, dövlət tərəfindən, yəni “Azərsu” ASC tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi məqsədi ilə hər il buraya milyonlarla manat vəsait ayrılır. Burada baş verənlərlə yaxından tanış olduqdan sonra “Azərsu” ASC-nin nə üçün milyardlarla manat zərərlə işlədiyi barədə az da olsa təəssürat yaranar.

“Sutikinti” Müəssisəsi “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirir. Müəssisə həmçinin elmin və texnikanın yeni nailiyyətlərindən istifadə, tikinti işlərinin kompleks mexanikləşdirilməsi, istehsalat və tikinti texnologiyasının yaxşılaşdırılması, yeni texnikanın, mütərəqqi material və konstruksiya növlərinin tətbiqi digər texniki-təşkilati işlərlə məşğuldur.

Bu müəssisənin fəaliyyət sferasına nələrin daxil olduğunu yuxarıda diqqətinizə çatdırdıq. Göründüyü kimi müəssisə “Azərsu” ASC-yə tabeli ixtisaslaşdırılmış bir qurum olaraq və su və kanalizasiya qurğularının təmiri və yenidən qurulması işləri üzrə Səhmdar Cəmiyyətin tələbatlarını yerinə yetirməlidir. Amma məlum olduğu kimi “Azərsu” ASC su və kanalizasiya qurğularının təmiri və yenidən qurulması işlərini həyata keçirmək üçün tenderlər keçirir. Bu tenderlərin qaliblərii də Səhmdar Cəmiyyətin rəsmilərinə və ya oların yaxınlarına məxsus şirkətlər həyata keçirir. Yəni, “Sutikinti” Müəssisəsi birbaşa “Azərsu” ASC-nin sifarişlərini yerinə yetirdiyindən, buraya ayrılan vəsaitlər, tenderlərdə olduğu kimi açıqlanmır.

Bəs onda “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi nə kimi işlər görür? Bəri başdan xatırlatmaq istərdik ki, müəssisə heç də balaca deyil və əvvəllər “Sutikinti” Tresti kimi fəaliyyət göstərib. Kifayət qədər işçi qüvvəsi, texniki imkanları olan bir müəssisədir. Bun baxmayaraq “Azərsu” ASC-nin keçirdiyi irihəcmli layihələrin heç birində adı keçmir. Yalnız məhəllə daxili su və kanalizasiya qurğularının təmiri işlərinə baxırlar. Müəssisənin rəisi Natiq Mirzəyevdir. Nə vaxt təyin olunduğu bəlli deyil. “Azərsu” ASC-dəki hansı qruplaşmaya daxil oluduğu da məlum deyil. Amma əvvəlki sədr Qorxmaz Hüseynovun qohumu onun birinci müavinidir. Nurəli Cəbrayılov bu vəzifəyə Qorxmaz Hüseynov “Azərsu” ASC-yə sədr təyin olunduqduqdan sonra gətirilib və bir neçə rəis dəyişməsinə baxmayaraq hal-hazırda da o vəzifədə çalışır.

Qeyd etdiyimiz kimi, “Sutikinti” Müəssisəsi “Azərsu” ASC-nin tələbatlarını yerinə yetirir. Həm də gizlin şəkildə. Bunu bizə Xocəsən qəsəbəsindən verilən məlumatlardan müəyyən etdik. Belə ki, bir-iki ay bundan əvvəl “Sutikinti” Müəssisəsinin mühəndisi Nail adlı şəxsin rəhbərliyi ilə Xocasən qəsəbəsindəki beton zavodun yaxınlığındakı neft quyusunun yanından “Ay işığı” restoranının yanına qədər olan ərazidən üç cərgə, 600, 400, 250 mm su borularını ekskavatorların köməyi ilə torpağın altından çıxarıb, ağır tonnajlı yük maşınların vasitəsi ilə Biləcəridə, DSK yolu deyilən ərazidəki metalloma daşımışlar. Əldə etdiyimiz məlumatlara görə Nail burada çalışan 10-dan çox fəhlənin hər birinə gündəlik 120 manat zəhmət haqqı verib.


“Azərsu” ASC-nin səlahiyyətlilərinin Nailin keçirdiyi belə bir “əməliyyatdan” xəbərləri varmı, bilmirik. Öyrənməyə çalışdıq. “Sutikinti” Müəssisənin rəis müavini Nurəli Cəbrayılov belə bir şeyin olmadığını bildirdi. Sonra isə bayramla əlaqədar iş günü olmadığından, bayramdan sonra əlaqə saxlayacağına söz verdi. Sonra isə telefonlara cavab vermədi.

“Sutikinti” Müəssisənin ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, Abşeron yarımadasındakı kəndlərə sovet dönəmindən çəkilmiş su boruları artıq istifadəyə yararasız adı altında vaxtaşırı sökülərək metalloma daşınır. Buradan əldə olunana gəlirlər kimlərin arasında bölüşdürülür, bu işlərə başçılıq edən Nail daha yaxşı bilər. Amma xüsusilə qeyd etmək istərdik burada heç də az pullar olmur.

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsinin daha bir gizlini isə tenderlərlə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, “Sutikinti” Müəssisəsi “Azərsu” ASC-nin tələbatları ilə yanaşı, digər təşkilatlarla bağlanmış müqavilələr əsasında mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirir. Bu isə təbii ki,“Sutikinti” Müəssisəsinə əlavə gəlirlər gətirir. Lakin araşdırmalarımız zamanı “Sutikinti” Müəssisəsinin heç bir tenderin qalibi olmadığını müəyyən etdik. Əksinə onu müəyyən etdik ki, “Sutikinti” Müəssisəsinin özü zəruri malların və xidmətləri satın alır və bu işləri də gizlin keçirir.Məlumatlara görə bu işlərin başında isə idarənin texniki təchizat şəbəsinin müdiri Əhəd Həsənov dayanır. Məsələn Oğuz-Qəbələ-Bakı su kəmərində yaranmış qəzaların aradan qaldırılması, Binəqədi rayonu, I Mədən-15 ünvanında yerləşən kanalizasiya xəttinin tikilməsi, avadanlıqlar üçün tələb olunan müxtəlif növ ehtiyyat hissələrinin satın alınması, müxtəlif növ mal-materialların satınalınması üzrə keçirilmiş tenderlərdə müqavilə bağlanımış şirkətlərdən Əhəd Həsənov nə qədər “otkat” alıb, ümumiyyətlə 2021-ci ildə nə qədər tender keçirib? Bütün bunlar barədə sorğuya cavab gözləyirik.

Göründüyü kimi “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsində torpağin altından boru çıxarıb satan bəllidi, tender yolu ilə keçirilən satınalmalardan “otkat” alan da bəllidi. Bəs onların bu işlərdə şərikləri kimlərdir? Keçmiş sədr Qorxmaz Hüseynovun qaynı Nurəli Cəbrayılov , müəssisənin rəisi Natiq Mirzəyev, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov? Tezliklə “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsində baş verən bir çox gizlin işlərin üstü açılacaq. “Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənovun bütün bunlara münasibəti necə olacaq, əvvəlcədən təxmin edirik.
Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru