Burdakı özbaşınalıqlar ARAŞDIRILARSA... - İTTİHAM DOLU FAKTLAR...
Tarix: 29-07-2021, 12:23 | Çap et
Azərbaycanda "Əmək Məcəlləsi”nin tələblərinin kütləvi şəkildə pozulması dövlət qurumları (ƏƏSMN-nin nəzdində fəaliyyət göstərən Əmək Müfəttişliyi) və Həmkarlar İttifaqları tərəfindən çoxdan adi hal kimi qəbul olunur. Eyni zamanda, bu, işçilərin qanunda təsbit olunmuş hüquqlarını qorumaqla mükəlləf olan qurumların iş prinsipinə çevrilib. Belə olmasaydı, həmin qurumların bu günə qədər kütləvi hüquq pozuntuları ilə bağlı heç olmasa, bir dəfə səslərini qaldırmalarının şahidi olardıq. Lakin Azərbaycanən müstəqillik əldə etdiyi 30 ildə biz bunun şahidi olmamışıq. Hər halda, görüən budue ki, "əl əli, əl də üzü yuyur”…
Qeyd edək ki, Azərbaycanda dövlət qurumlarında çalışanların hüqüqları qaneedici səviyyədə olmasa da, müəyyən şəkildə qorunur. Amma özəl sektora gəldikdə, buradakı dəhşətli vəziyyət sadəcə, təəccüb doğurur. Təəccüb doğuran isə odur ki, özəl sektorda baş verən hüqüq və qanun pozuntuları işçilərin təbii və qeyri-təbii hüquqlarını müdafiə etməklə vəzifəli olan qurumları əsla maraqlandırmır. Açıq deyək ki, bu gün Azərbaycanın özəl sektorunda 19-cu əsrin vəhşi kapitalist qaydaları hökm sürür. Bu qaydalar hansılardır?
Bunları sadalamaq üçün ilk olaraq, Azərbaycanın qida sektorunda xüsusi çəkisi olan və minlərlə insanın çalışdığı "Veysəloğlu” şirkətinin iş prinsiplərinə nəzər salaq. Çünki Azərbaycanda "Əmək Məcəlləsi”nin tələblərinin ən çox pozulduğu şirkətlərin bəlkə də birincisi "Veysəloğlu”dur..
Şirkətdə iş saatı 10-12 saatdır…
Qeyd etdiyimiz kimi, "Veysəloğlu” Şirkətlər Qrupu ölkənin qida sektorunda xüsusi paya sahib olan bir neçə quruluşdan biridir və onlarla zavod və istehsal sahələrinə, o cümlədən, istehlak şəbəkəsinə sahib olan bu şirkət yarandığı gündən monopolist mövqedən çıxış edir. Bu şirkətdə minlərlə insan çalışır və qrupun rəsmi veb-saytında xüsusi qeyd olunur ki, şirkət insan amilinə ciddi önəm verir. Bu, doğrudanmı belədir? Çox böyük təəssüf hissi ilə (təəssüf hissini ona görə keçiririk ki, kaş doğrudan da şirkət insan amilinə azacıq da olsa önəm verəydi) qeyd etməliyik ki, insan amili "Veysəloğlu” şirkətində reklam bannerindən başqa bir şey deyil və əslində bu sahədə vəziyyət o qədər dəhşətlidir ki, 21-ci əsrdə buna görə ancaq utanmaq gərəkir.
Şirkətin ayrı-ayrı istehsal sahələrindən əldə etdiyimiz məlumata görə, "Veysəloğlu” Şirkətlər Qrupunda çalışan işçilər, o cümlədən, mühəndis və texniki heyət minimum 10 saat, bəziləri isə 12 saat işləməyə məcbur edilir. Onlar bu qaydada həftənin beş iş günü deyil, şənbə bazar günləri də işləyirlər. Şirkətin əməkdaşları şənbə günü tam iş saatı, bazar günləri isə yarım iş rejimi əsasında çalışırlar. Yəni şirkətdə çalışanlar, xüsusilə, fəhlələr həftədə minimum 66 saat işləməyə məhkumdurlar.
Bəlkə də düşünəcəksiniz ki, yəqin şirkət əlavə iş saatlarına görə işçilərinə ikiqat ödəmə edir… Əlbəttə ki, yox. Əvvəla, bu halda şirkət işçilərini əlavə işlətməzdi, çünki ikiqat ödəmə etməkdənsə, sabit ödəmə edərək qanunlara uyğun şəkildə fəaliyyət göstərmək şirkətin birbaşa maraqları çərçivəsindədir. Ona görə də şirkət əlavə iş saatlarına görə öz işçilərinə qətiyyən ödəniş eləmir. Sadəcə, insanların işə olan böyük ehtiyaclarından yararlanaraq, onları amansızlıqla istismar edirlər.
Bəs bu amansız istismara görə fəhlələr nə qədər maaş alırlar? 400-500 manat arasında… Və bu maaş gündə 10-12 saat çalışmağın qar.əıəğənda verilir. Lakin şirkət rəhbərliyi işçilərinin bu cüzi maaşına belə göz dikir, işə 5-10 dəqiqə gecikən insanların maaşlarından cərimə tuturlar. Diqqət etdinizmi, şirkət insanları 2, bəzən də 3-4 saat artıq işlətməsinə baxmayaraq, işə 5 dəqiqə gecikdiyinə görə öz işçilərini cərimə edir…
Qeyd edək ki, hazırda Avropa İttifaqı və digər inkişaf etmiş ölkələr həftədə 4 günlük iş rejiminə keçirlər. Azərbaycanın ən böyük istehsal şirkətlərindən biri olan "Veysəloğlu” şirkəti isə 19-cu əsrin istismar qaydalarını daha da "təkmilləşdirir”. Bu zaman şirkət insan amilindən belə dəm vurmaqdan da çəkinmir…
İşçiləri 2-3 ay içində işdən qovurlar
Bizə danışan sabiq və hazırda çalışan işçilər bildirirlər ki, "Veysəloğlu” şirkəti işə götürdüyü insanları 3-4 ay, ən çoxu isə 7-8 ay çalışıdırırlar və ən kiçik etiraza görə işçiləri qovurlar. Bunu isə ona görə rahatlıqla edə bilirlər ki, ölkədə işə ehtiyacı olan insanlar həddindən artıq çoxdur və "Veysəloğlu” şirkəti də bundan ustalıqla yararlanır. Çünki işdən çıxarılan bir işçinin yerinə 3-4, bəzən isə 5-10 namizəd olur. Bu isə şirkətə öz işçilərinə qarşı xüsusi amansızlıqla davranmaq imkanı verir.
Minlərlə insanın çalışdığı şirkətdə Həmkarlar İttifaqı yoxdur
Mənbələr bildirib ki, onlar "Veysəloğlu” şirkətində Həmkarlar İttifaqı barədə heç bir şey eşitməyiblər və bunun üçün onlardan üzvlük haqqı yığan da olmayıb. Bizdə olan məlumata görə isə "Veysəloğlu” şirkətində Həmkarlar İttifaqı yoxdur. Olsa belə, "gizli fəaliyyət” göstərir və yəqin ki, ancaq kağız üzərində mövcuddur. Qeyd edək ki, şirkətin veb-saytında da Həmkarlar İttifaqının fəaliyyəti ilə bağlı heç bir məlumat tapa bilmədik. Ümumiyyətlə, bu problem Azərbaycanın özəl sektorunda xüsusi araşdırılmalı və aydınlaşdırılmalıdır ki, Azərbaycanın özəl sektorunun neçə faizində Həmkarlar İttifaqı fəaliyyət göstərir.
Vergidən yayınma və işçilərin sosial təminatdan məhrum edilməsi
barədə saytımıza danışan "Veysəloğlu” şirkətinin bir neçə əməkdaşı bildirib ki, ənənəvi olaraq işçilərin maaşları iki hissə ilə ödənilir. Maaşların bir hissəsi kartlara köçürüldüyü halda, ikinci hissəni işçilər mühasibatdan nəğd şəkildə alırlar. Bunu isə hamımızın bildiyimiz kimi, şirkət rəhbərliyi vergidən yayınmaq üçün edir. Bizə danışan mənbələr qeyd ediblər ki, bu hal bir neçə il əvvəl kütləvi idi. Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunmasından sonra isə maaşların kartlara köçürülən hissəsində bir qədər artım olub. Lakin buna baxmayaraq, hələ də maaşların bir hissəsi "qara mühasibat”dan verilməkdə davam edir.
Qeyd edək ki, "Veysəloğlu” şirkətinin vergidən yayınması tək bununla bitmir və bu barədə xüsusi araşdırma aparılmasına ehtiyac var. Hələlik isə qeyd edək ki, maaşların bir hissəsini "qara mühasibat”dan ödəyən "Veysəloğlu” şirkəti təkcə dövlətdən vergi yayındırmır, eyni zamanda, əməkdaşların sosial təminatlarına və gələcək qazanclarına da ciddi ziyan vurmaqla məşğul olur. Çünki şirkət maaşların bir hissəsini nağd şəkildə ödəməklə, həm də pensiya fonduna daha az ödəmə edir.
Brend məhsullar saxtalaşdırılır, istehlakçıların hüquqları kütləvi şəkildə pozulur
Mənbələr bizə bildirib ki, "Veysəloğlu” şirkətində təkcə "Əmək Məcəlləsi”nin tələbləri deyil, eyni zamanda istahlakçıların da hüquqları kobud şəkildə pozulur. Belə ki, mənbələr iddia edirlər ki, şirkətə aid satış obyektlərində satılan brend məhsulların böyük əksəriyyəti saxtadır. Çünki şirkətə aid olan supermarketlərdə satılan brend məhsulların böyük əksəriyyəti elə "Veysəloğlu” şirkətində istehsal olunur. Məsələni ört-basdır etmək üçün isə həmin brend məhsulların müəyyən faizi xaricdən gətirilir və bu da şirkətin əlində "inkaredilməz” sübuta çevrilir. Çünki bütün hallarda gömrükdən həmin məhsulların keçməsi ilə bağlı əllərində sənəd olur. Qeyd edilir ki, şirkətin satdığı brend məhsulların təqribən 25-30 faizi xaricdən gətirilir, qalanı isə ölkədə istehsal olunaraq üzərinə saxta bannerlər yapışdırılır. Bu işlər isə əsasən, şirkətin Məhəmmədi qəsəbəsində yerləşən anbarında həyata keçirilir.
Qeyd edək ki, bütün bu sadalanan hüquq pozuntuları özəl sektorda baş verənlərin ancaq bir hissəsidir. Növbəti yazılarımızda digər qanun pozuntularına da toxunacağıq…
Mənbə: Busaat.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
|