Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                 

AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə - SƏNƏDLƏR DANIŞIR
Tarix: 10-06-2021, 11:42 | Çap et
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) uzun illərə dayanan, mahiyyət etibarilə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 12 yanvar 2004-cü il tarixli və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli, çağdaş zamanla səsləşən önəmli SƏRƏNCAMlarının icrasını fiasko edən, mərhum prezidentimiz Heydər ƏLİYEVin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərmanına qəsdən kölgə salan, Azərbaycanda elmi-ədəbi maarifləndirmə adına ən rəzil nöqsanların mühüm detalları bəlli olub. "Demokratik.Az"-ın əldə etdiyi bilgilər və rəsmi sənəd nümunələri inanılmaz ardıcıllıqda və şokedicidir. Söhbət AMEA-nın İşlər İdarəsi ilə “Şərq-Qərb” ASC arasında çeşidli kitab nəşri adı ilə "yoxa çıxarılan" milyonlardan, sənədli cinayət əməlindən gedir.
Hələ ötən ilin Hesablama Palatasının rəsmi hesabatlarından aydın olur ki, Hesablama Palatasının təkcə 2018-2019-cu illər üzrə "AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirinin nəticələri haqqında" palatanın 25 fevral 2020-ci il tarixli Q-24 saylı sərt qərarı mövcuddur. Həmin qərarda gəlinmiş qənaətə görə də, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Şərq-Qərb” ASC-yə ayrı-ayrı vaxtlarda ümumilikdə ödənişlər edilib, lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. (10 milyon dörd yüz min) manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı hüquqpozmalarda cinayət tərkibinin əlamətləri aşkar edilib.
"Demokratik.Az" tənəzzül tempində yürüyən milli ELM OCAĞI barədə Hesablama Palatasının Bakı şəhəri, 25 fevral 2020-ci il tarixli Q-24 saylı QƏRARında ümumilikdə nələrdən, daha hansı maddi maxinasiyalardan bəhs edildiyini olduğu kimi diqqətinizə çatdırmağı vacib bilir.

Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun imzası yer alan sənəddə aşağıdakılar deyilir.

SİTAT: "Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası 2019-cu il 4 noyabr tarixli Q-145 nömrəli Kollegiya Qərarına əsasən "Azerbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri barədə" Auditor hesabatını müzakirə edərək qərara alır:
1. "Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri barədə Auditor hesabati" təsdiq edilsin (elave olunur).
2. Auditin nəticələri üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra-AMEA) Işler İdarəsi tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi zamanı artıq xərc edilmiş 52136,8 manat, AMEA-nin "Qonaq Evi"nin işçilərinə düzgün olmayaraq ödənilmiş əmək haqqı üzrə 34399,6 manat, iaşə xidmətinə görə sərf olunmuş kommunal xidmətlərin haqqının ödənilməsi üzrə 12000,0 manat, xəritələrin hazırlanmasına görə ödənilmiş 4600,0 manat, yerinə yetirilməyən işlərə görə "EMRUS-F" MMC-yə ödənilmiş 18718,0 manat, işçilərin işdən azad olduqları tarixdən sonrakı dövr üzrə ödənilmiş mükafat üzrə 1060 3 manat, yerinə yetirilməyən cari və əsaslı təmir işləri üzrə ödənilmiş 132282,0 manat vəsaitin büdcəyə bərpa edildiyi, eləcə də 16510,0 manat dəyərində "Alimlər şəhərciyi" yaşayış kompleksi maketinin natura formasında təhvil verildiyi nəzərə alınsın.
Təcrübə-Sənaye zavoduna dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan ayrılmış, lakin alınması təmin edilməmiş avadanlıqlar üzrə 378808,9 manat, 2018-ci ildə AMEA-nın "Qonaq Evi"na avans olaraq köçürülmüş 6722,0 manat, 2018-ci ildə Avropanın elmi-tədqiqat müəssisələrində tədqiqat işlərinin aparılmasına görə ödənilmiş 171305,0 manat məbləğdan 46368,9 manat vəsaitin, "Elm ve Texnologiya Parki" MMC ila 1100000,0 manat məbləğində müqavilə üzrə 852202,3 manat qabaqcadan ödəniş məbləğinin bağlanılması nəzərə alınsın;
Avadanlıqların alınması üzrə "Nasyonal Petrol Enerji Makina Elektronik Sanayi ve Diş Ticaret LTD müəssisəsi üzrə 264292.4 manat, "Fubam Group Turizm İnşaat Pazarlama anayi ve Ticaret" LTD üzre 83052,0 manat, "FBM Inşaat Petrol Elektronik Gıda Tarım Sanayi Dış Ticaret" LTD üzrə 24080,5 manat məbləğində yaranmış debitor borcun bağlanılması nəzərə alınsın.
3. AMEA-nın İşlər İdaresi (bundan sonra-İşlər İdarəsi) tərəfindən auditin nəticələri üzrə
3.1. İşlər İdarəsinin İki nəfər əməkdaşına "Xəzər" istirahət mərkəzində və "Bilgəh" sanatoriyasında müalicədə olduqları halda ödənilmiş əmək haqqı üzrə 1105,9 manat, 14 isçiyə məzuniyyət haqqı üzrə artıq ödənilmiş 235,6 manat, kommunal xidmətlərə görə (elektrik merjisi və qaz haqqına görə) artıq ödənilmiş 8827,0 manat, "AMEA Yüksək Texnologiyalar arkı"na icarə və xidmət haqqına görə ödənilmiş ümumilikdə 2018.9 manat (o cümlədən, "Elm Texnologiyalar Parkı" MMC-nin 731.6 manat "DN Technologies" laboratoriyasının 480,2 manat, "Azeltech" laboratoriyasının 807,1 manat) yerinə yetirilməyən cari və əsaslı təmir işləri üzrə 120678,9 manat (o cümlədən, "Strateji Elmi Tədqiqatlar Mərkəzinin "AMEA Yüksək exnologiyalar Parkı"nın ərazisində yerləşən 2 mərtəbəli inzibati binasında təmir işləri" obyekti üzre 21247,3 manat, "Strateji Elmi-Tədqiqatlar Mərkəzinin "AMEA Yüksek Texnologiyalar arkı"nın ərazisində yerləşən 2 nömrəli elmi-tədqiqat laboratoriya binasında təmir işləri" obyekti üzrə 20976,4 manat, "AMEA Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən nəqliyyat-təsərrüfatı binasında təmir işləri" obyekti üzrə 10079,6 manat, "AMEA-nın Bakı ehəri, Hüseyn Cavid prospektində yerləşən əsas binasında təmir işləri" obyekti üzrə 1427,8 manat, "Fizika İnstitutunun kriogen laboratoriya korpusunda temir işləri" obyekti üzrə 14106,0 manat, "İdarəetme Sistemləri İnstitutunun inzibati binasında təmir işləri" obyekti üzrə 44246,5 manat, "AMEA-nın Merkezi Elmi Kitabxanasının inzibati binasında təmir işləri" obyekti üzrə 5310,0 manat, "Neft və Qaz Institutunda temir işləri" obyekti üzrə 3286,3 manat) vəsaitin Düdcəyə bərpası, həmçinin esas iş yeri AMEA-da olmayan AMEA-nın müxbir va haqiqi üzvlərinə (2018-ci ildə 163 nəfərə, 2019-cu ilde isə 162 nəfərə) ödənilən rütbə maaşlarının məbləğindən az tutulmuş 52111,4 manat gəlir vergisinin tutulması təmin edilsin.
3.2. "Şərq-Qərb" ASC tərəfindən təhvil verilməyən çap məhsulları üzrə İşlər İdarəsinin
01.10.2019-cu il tarixə uçotda olan 3101178,94 mana debitor borcunun və həmin tarixə uçotda az göstərilmiş 7308816.06 manat məbləğində debitor borcun uçota götürülməsi təmin edilərək umumilikdə 10409995,0 manat məbləğində debitor borc məbləğinin bağlanılması istiqamətində müvafiq tədbirlər görülsün;
3.3. "Şərq-Qərb" ASC tərəfindən əlavə çap edilmiş kitablara görə 2018-ci ildə yaranmış, lakin uçotda əksini tapmayan 672413,0 manat məbləğinde, kreditor borcun uçota alınması və bağlanılması təmin edilsin;
3.4. "Şərq-Qərb" ASC ilə İşlər İdaresi arasında bağlanılmış müqavilələrdə nəzərdə tutulmadığı halda İşlər İdarəsinə verilmiş ümumilikdə 922587,13 manat dəyərində 18958 nüsxə kitabın "Şərq-Qərb" ASC-yə qaytarılması temin edilsin;
3.5. "CBS-PP" MMC üzrə kitab çapına görə yaranmış 569189,0 manat, 2018-ci ildə Farid Mustafayevə ödənilmiş ezamiyyə xərci üzrə yaranmış 1500,0 manat, "Sair xerclar paragrafından "Elm va Texnologiya Parki" MMC-yə 05 dekabr 2018-ci il tarixdə yaranmış 50000,0 manat debitor borc məbləğinin bağlanılması, eləcə də 2018-ci ildə Avropanın elmi tədqiqat müəssisələrində tədqiqat işlərinin aparılması məqsədile ayrılmış 201720,0 manat vəsaitdən istifadə olunmayan 124936,0 manat qalıq vəsaitinin İşlər İdarəsinin depozit hesabına qaytarılması təmin edilsin;
3.6. 01.10.2019-cu il tarixinə avadanlıqların alınmasına görə "Nasyonal Petrol Enerji Makina Elektronik Sanayi ve Dış Ticaret" LTD müessisəsi üzrə 297571.4 manat debitor borc məbləğindən qalıq qalmış 33279,0 manat, Ren Yapı İnşaat Petrol Elektronik Turizm Gidaazarlama Sanayi ve Ticaret" LTD üzrə 271824,9 manat, cami 305103,4 manat debitor borcun bağlanılması üzrə ciddi tədbirlər görülsün.
3.7. Mühasibat uçotunun təşkili və aparılmasının "Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2018 ci il 25 dekabr tarixli Q-13 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai Sektor üçün Mühasiba Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları"nı tələblərinə ciddi əməl edilməklə 2018-ci ilin maliyyə hesabatlarında və uçot sənədlərində qeyd olunan pozuntular və uyğunsuzluqlar (o cümlədən, xaricdan alınmış avadanlıqlara görə ödənilmiş 311035,4 manat məbləğində gömrük məsrəfinin xərcə silinmasi, 2019-cu ildə 5196, manat məbləğində malların (ehtiyatlar) aktiv kimi uçota alınmayaraq xərcə silinməsi, "Maliyyə fəaliyyətinin nəticələri haqqında" hesabatda 195912,3 manat məbləğində maddi aktivləri əvəzsiz daxil olmasının göstərilməməsi, tabeli təşkilatlara avəzsiz verilmiş avadanlıqları məbləğinin 274551,3 manat çox göstərilməsi, "Maliyyə vəziyyəti haqqında" hesabatda maı- material ehtiyatlarının qalığının 108089,6 manat çox göstərilməsi, nəşr və çap edilmiş kitablar üzrə az göstərilmiş 7308816,06 manat qabaqcadan ödeniş məbləğinin ve 672413,0 manat kreditor borcun uçotda əks etdirilməməsi) üzrə mühasibat yazılışlarında müvafiq düzəlişl edilərək 2019-cu ilin hesabatlarında nəzərə alınması təmin edilsin ve mühasibat uçotunun aparılmasına nəzarət gücləndirilsin;
3.8. "Hesablama Palatası haqqında" Azerbaycan Respublikası Qanununun 27.7 maddəsinə uyğun olaraq bu Qərarın icrası, eləcə də auditin nəticələri üzrə tərtib edilmiş müvafiq hesabatlarda qeyd olunan nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydad məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilsin və görülmüş işlər barədə bir ay müddətində Azərbaycan Respublikasının Hesablama Palatasına malumat təqdim edilsin.
4. Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan çatışmazlıqların aradan qaldırılması məqsədi ilə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 27.6-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasi Hesablama Palatasının Kollegiya Qərarının və bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş Auditor hesabatının sureti AMEA-nın İşlər İdarəsinə göndərilsin.
5. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.4-cü 22.16-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisina aud nəticələri barədə məlumat verilsin.
6. "Hesablama Palatası haqqında" Azerbaycan Respublikası Qanununun 27.9 maddəsində nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq Hesablama Palatası Kollegiyasının Qərarından Qarar çatdığı gündən 30 gün müddətində şikayət verilə bilər.
7. Auditor Firsənd Qurbanova tapşırılsın:
7.1. bu Qərarın 4-cü və 5-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə beş müddətində məlumat layihəsini hazırlayaraq müvafiq qaydada Hesablama Palatasının səd taqdim etsin;
7.2. bu Qərarın icrasına nəzarəti həyata keçirsin!"- sitatın sonu.

Gördüyünüz kimi, Hesablama Palatasının təhlili göstərir ki, AMEA milyonlarla vəsaiti "Şərq-Qərb" ASC-yə ödəsə də, sonuncu tərəf uzun illər ötməsinə baxmayaraq öhdəliklərini icra etməyib və ümumilikdə 10,4 milyon manatı "yox" edib. İş üzrə Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq cinayət işinin açıldığı, istintaq getdiyi bildirilir. Cari ilin aprelində Hesablama Palatasının AMEA-da aşkar etdiyi sözügedən hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq geniş hesabatı Baş Prokurorluğa təqdim etməsi də olayın ciddiyyətindən xəbər verir.

Maraqlı məqam isə, bu işlərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin özünün bilavasitə iştirakı, işdə maraqlı tərəf olmasıdır. Belə ki, sözügedən "Şərq-Qərb" ASC-nin sabiq PA rəhbərinə bağlı olduğunu, təsisçilik hüququnun əslində akademikin oğlu, hazırda FHN-in müavini olan general-mayor Teymur Mehdiyevdə cəmləşdiyini bilməyən çox az adam var.
Təsadüfi deyil ki, son 20 ildə Azərbaycanda çap məhsulları ilə bağlı dövlət sifarişləri üzrə ən iri tenderlərin qalibi məhz "Şərq-Qərb" ASC olub. Nəzərə alsaq ki, ASC-nin bütün parlaq "qalibiyyətləri" və sözügedən 10,4 milyonluq cinayət işi üzrə bütün detallar Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dönəmə düşür, hər şey aydın olur. Cənab Ramiz Mehdiyevin elə son 20 ildə PA rəhbəri kimi subardinasiya qaydalarına və vəzifə yetkisinə uyğun olaraq prezidentin sərəncamları ilə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsində ən üst rol alması, bu sayaq tenderlərə təsir imkanları məntiqi düşüncədə olan hər kəsə istintaqsız da hər şeyi deyir. İddiaya görə, sabiq PA rəhbərinə və "Şərq-Qərb" ASC-yə kitab-nəşr maxinasiyalarında PA-nın Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadə də yardımçı olub.
AMEA rəhbərinin öz mövqeyinə gəlincə, iddia edilir ki, Hesablama Palatasının hesabatının müzakirəsinin ardından, Ramiz Mehdiyevin baş prokurora yazdığı 29 oktyabr 2020-ci il tarixli (01-6/851) məktubla oğlunun olduğu deyilən "Şərq-Qərb" ASC-nin deyil, "Audit yoxlaması ilə müəyyən edilmiş maliyyə pozuntularına yol vermiş AMEA İşlər İdarəsinin sabiq müdiri F.Abdullayev və digər AMEA əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi və barələrində müvafiq tədbir görülməsi"ni istəyib. Özünü bu məktubla sanki "bixəbər" və tərəfsiz göstərib.

Onu da bildirək ki, Hesablama Palatasının yuxarıdakı hesabatında 10,4 milyon manata dair köçürmə və ödəmələrin hansı tarixə dayanması konkret göstərilməyib. Əldə etdiyimiz Qaimə-fakturalarda mənimsəmə faktının 2013-2014-cü illəri də əhatə etdiyi bilinir. Eləcə də AMEA ilə "Şərq-Qərb" ASC arasında bağlanmış 15.07.2011-ci il tarixli, ümumi dəyəri 4 265 423 (dörd milyon ikiyüz altmış beş min iki yüz üç) manat olan müqavilə üzrə qaimə-faktura ilə rəsmiləşdirilən, lakin təhvil verilməyən kitablar olub. Eləcə də digər illərdə də ASC tərəfindən öhdəliklər qəsdən pozulub. Görünür Ramiz Mehdiyevin hər dəfə diqtəsilə, AMEA növbəti illərdə də dəyəri milyonlarla ölçülən kitab sifarişlərini məhz "Şərq-Qərb" ASC-yə verdirib.

Sayın Mehdiyev PA rəhbəri olanda Azərbaycan elminin başına təkcə saxta dissertasiyalarla oyun oyun açmayıb, həm də maddi yükləmələrlə də elmi çökdürüb. Yoxsa, paradoksal deyildimi sizcə də, öhdəliyi pozan naşirə AMEA niyə hər dəfə "etibar" edib ki? Niyə AMEA 10 il ərzində cəngini o şirkətdən qurtara bilməyib, yarıtmaz olduğunu bilə-bilə? Bilmədiyimiz başqa hansı səbəbə bir ASC AMEA-nı 10 il ələ salıb? Bax, bu sualların ən tutarlı cavabı yalnız Mehdiyevlərdədir. Amma cavabı bizə deyil, getsinlər cinayət işi üzrə Baş prokurorluğa versinlər. Ata Mehdiyev isə AMEA kollektivindən və ictimaiyyətdən, prezident cənab İlham Əliyevdən təcili üzr istəsin, hətta prezidentlikdən İSTEFA versin!

Demokratik.Az

AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə
AMEA ilə "Şərq-Qərb" Nəşriyyatı arasında "yoxa çıxan" milyonların izi ilə










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Bu gün, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Bu gün, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Bu gün, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru