“Ana Kür” MTK-nın sədri Vahid Abdullayev və oğlanları vətəndaşların əmlakını mənimsəyib - GİLEY
Tarix: 18-05-2021, 12:07 | Çap et
Keçmişdə deyərdilər ki, kabuslar daha çox meşələrdə, qəsrlərdə və insan ayağı dəyməyən yerlərdə olurlar. İndi isə onları ticarət mərkəzlərində, parklarda, hətta mənzil tikinti kooperativlərinin inşa etdikləri yüksək mərtəbəli yeni yaşayış binalarının həndəvərində də görmək olur. Yeni yaşayış binalarında mənzil almaq istəyən vətəndaşların diqqətinə! Qorxmayasınız, qorxsanız şəkər ola bilərsiniz. Tamamilə yaşayış tərziniz dəyişər, bax beləcə. Özümə rəva bilmədiklərimi sizlərədə rəva bilmirəm...
Söhbət nədən və kimdən gedir? Hansı kabusdan gedir? Səbirli olun, axıra kimi oxuyun. Bildirirəm ki, düz 23 il bundan qabaq, 1998-ci ildə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Aparatına ərizə ilə müraciət etdim. Xahiş etdim ki, ailəmin maddi təminatını az da olsa yaxşılaşdırmaq, alqı-satqı ilə (ticarətlə) məşğul olmaq məqsədi üçün mənə Yeni Günəşli “D” yaşayış sahəsində ticarət cərgəsində mağaza tikmək üçün yer ayırasınız. Mənə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 23.09.1998-ci il tarixli 1637 saylı sərəncamı ilə qeyd etdiyim ünvanda mağazanın tikintisinə icazə verilmiş və yer ayrılmışdır.
1998-ci ilin oktyabr ayında yenidən Suraxanı Rayon İcra Hakimiyyəti Aparatına müraciət etdim. Bildirdim ki, əhaliyə daha keyfiyyətli ticarət xidməti göstərmək və mal ehtiyatlarını saxlamaq məqsədi ilə mağazanın sahəsinin genişləndirilməsinə icazə verin. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı 23.09.1998-ci il tarixli 1667-saylı sərəncamına dəyişiklik edib mağazanın sahəsinin genişlənməsinə və rekonstruksiya olunmasına dair 29.10.1998-ci il tarixli 1877 saylı Sərancam vermişdir. Sərəncamlar əsasında icazəsi verilmiş mağazanı tikib başa çatdırdıqdan sonra, 23.03.2000-ci il tarixdə aidiyyəti üzrə müraciət etdim, Dövlət Tikinti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mağazanın mövcudluğunu təsdiq edən (kimlik) Texniki Pasportu verilmişdir.
Uzun sözün qısası, 23 ildən sonra “Ana Kür” MTK-nın sədri Vahid Abdullayev və onun oğlanları Vüqar və Vüsal Abdullayev gecənin birində əmlakımızı zorla əlimizdən alır, zəbt edir, ailəmi-uşaqlarımı və məni öldürtdürəcəyi ilə hədələyir.
23 ildən sonra məni əmlak hüquqlarımdan məhrum edir və bir ailəni ac qoyurlar, çörəyini kəsirlər. Bu adamların qanunsuz hərəkətləri ilə bağlı prezident
İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə çoxlu sayda şikayətlər etmişəm və üzləşdiyimiz qanunsuzluqları internet kanallarında, KİV-də ictimailəşdirmişik.
İstədim bu şəxslərin kimliyi barəsində özüm axtarış edim, görüm bunlar kimlərdir. Ara adamlarının dediklərinə görə, bunların arxasında hansısa deputat və hansısa iri məmur durmuşdur. Adamlar iri məmur dedikdə onun boy-buxununu nəzərdə tutmurlar, onu rüşvətxor, korrupsioner məmurun yekəsi kimi nəzərdə tuturlar. Nəhayət, axtarışımı davam etdirməkdəyəm. Ancaq deyirlər ki, indi keçmişdəki kimi deyil. Kabusları meşələrdən, qəsrlərdən, insanların əl ayağı dəyməyən yerlərdən ticarət mərkəzlərinə, parklara, mənzil tikinti koorporativlərinə və Bakı şəhərinin mərkəzinə gətirib çıxaranlar korrupsioner məmurlardır. Və qanunvericilik hakimiyyətində olan qanundan başı çıxmayan, ona görə də qanunsuz hərəkətlərə əl atan biçarə millətin vəkilləridirlər. Bu əsaslara görə də adıçəkilən şəxslərin qanunsuz hərəkətlərinin qarşısını ala bilmirlər.
Bir az da araşdırma apardıqda məlum oldu ki, bu adamlar tərəfindən əmlakları əllərindən zorla alınmış, onların hərbə-zorbalarına, hədə-qorxularına məruz qalmış təkcə biz deyilik, onlar bizim kimi 10-larla , 100-lərlə insanların əmlakını zorla əllərindən almışlar. Maraqlısı odur ki, bu kəslərin barəsində hələ “Ədalət” qəzetinin 21.11.2019-cu il tarixli sayında Suraxanı rayonu, Yeni Günəşli “D” yaşayış massivində 13 nömrəli binada yaşayan bu ata-oğullar tərəfindən əmlakları əllərindən zorla alınmış, zəbt edilmiş, zərər çəkmiş 22 nəfər sakin bir araya gəlib 144 ailənin adından hüquq-mühafizə orqanlarına şikayət etdiklərini bildirmişlər. “Ədalət qəzetində “Ana Kür” MTK-nın sədri qanunları saya salmır” başlıqlı material dərc edilmişdir. Bundan başqa, “Ədalət” qəzetinin 07.01.2020-ci il tarixli 31263 saylı tirajında sözügedən massivin 30-a yaxın sakininin şikayəti əsasında “”Ana Kür” MTK qanunları pozmaqda davam edir” başlığı altında material dərc edilmişdir. Həmçinin, ata və oğulların qanunsuz hərəkətləri barəsində “Ədalət” qəzetinin 06.05.2021-ci il tarixli tirajında “”Abad etmək istədilər, bərbad oldu” başlıqlı material dərc edilmişdir. İnsanların əmlaklarını zor tətbiq etməklə, hədə -qorxu gəlməklə əllərindən alan, qanunları saya salmayan, qanunları pozmaqda davam edən, abad etmək əvəzinə bərbad edən bu ata və oğulların arxasında duran məmur və deputat görəsən kimlərdir?
Diqqətinizi baş vermiş başqa bir olaya cəlb etmək istəyirəm. Baxın, vətəndaş Abbasov Rövşən Qəşəm oğlu bildirir ki, o da “Ana Kür” MTK-nın sədri Vahid Abdullayevin və onun oğlanları Vüqar və Vüsal Abdullayevlərin hədə-qorxularına, hərbə-zorbalarına məruz qalmışlar. Ata və oğulları onun da əmlakını zorla əlindən almışlar. Abbasov Rövşən ortaya rəsmi sənəd qoyur ki, 20 ildən artıqdır ki, ona məxsus əraziyə qanuni elektrik enerjisi, su çəkdirmişdir, istifadə etdiyi enerjinin və suyun sərfiyyatına görə hər ay işıq pulu, su pulu ödəmişdir. Abbasov Rövşən ortaya rəsmi sənəd qoyur ki, 20 ildən artıqdır ki, sözügedən əmlakına görə Suraxanı Rayon Qaraçuxur Bələdiyyəsinə əmlak vergisi və əmlak haqqı ödəmişdir. Necə olur ki, 20 ildən sonra gecənin birində bu ata və oğulları tərəfindən əmlakım əlimdən alınır, yerlə yeksan edilir, haqqımı tələb edəndə, haqsızlığa dözməyib səsimi çıxardanda isə məni öldürtdürəcəkləri, ya da tutduracaqları ilə hədələyirlər. Abbasov Rövşən öz növbəsində onu da qeyd edir ki, bu ata və oğulları tərəfindən haqqı tapdalanan, zorla əmlakları əlindən alınan, şiddətə məruz qalan təkcə o deyil, belələri 10-larla, 100-lərlədir.
Bundan başqa, Səmədov Zaur Məmməd oğlu və 70 yaşlı ağbirçək Abbasova Simuzər Hüseyn qızı da eynilə mənim kimi “Ana Kür” MTK-nın sədri Vahid Abdullayevin hərbə-zorbasına tuş gəlmişlər, əmlakları əllərindən alınmışdır və əmlak hüquqlarından məhrum edilmişlər. Bu ata və oğulları deyir ki, gedin kimə deyirsiniz deyin, hara gedirsiniz gedin, o yol, o da siz… Ancaq biz düşünürük ki, qanunlarımızı pozanlar gec-tez qanun qarşısında cavab verəcək, cəzalandırılacaqlar. Odur ki, bu şəxslərin də məsuliyyətdən kənarda qalmayacaqlarına inanırıq. İnanırıq ki, aidiyyatı qurumlar bu yazıdan sonra məsələ ilə bağlı müvafiq ölçü götürəcəklər.
Sonda qeyd edək ki, biz – Abdullayev Böyükağa Abdulla oğlu, Abbasov Rövşən Qəşəm oğlu, Səmədov Zaur Məmməd oğlu və 70 yaşlı ağbirçək Abbasova Simuzər Hüseyin qızı ölkə başçısı İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan köməklik istəyirik. Ümid edirik ki, məhz onların yardımı ilə üzləşdiyimiz haqsızlıqlar, problemlər aradan qaldırılacaq, ədalət bərqərar olacaq.
Böyükağa Abdullayev
Rövşən Abbasov
Zaur Səmədov
Simuzər Abbasova //hurriyyet.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Dünən, 16:21 |
|
|
|
|