TƏBİB və Nazirlik savaşır - Arada insanlar və ümidlər ölür
Tarix: 25-12-2020, 12:35 | Çap et
Ölkədə koronavirus pandemiyası bütün kəskinliyi ilə davam edir. Hər gün onlarla adam bu virusdan ölür. Hər gün mediada, sosial şəbəkələrdə virusa yoluxan insanların saysız-hesabsız şikayətləri ilə tanış oluruq: xəstəxanalarda yer yoxdur, təcili yardımlar ya zənglərə cavab vermir, ya da çağırışlara çox gec reaksiya verirlər, testlərin qiyməti çox bahadır, apteklərdə dərmanlar tapılmır, saxta dərmanlar isə od qiymətinə satılır, sadə və aztəminatlı vətəndaşlar virusla mübarizədə taleyin ümidinə buraxılıb. Yumşaq desək, Azərbaycan səhiyyəsi koronavirus qarşısında aciz qalıb. Səhiyyə nazirinin üzünü bir ilə yaxındır ki, görən yoxdur. Nazirliyin başı həmişəki işlərə qarışıb- tender oyunları, dərman maxinasiyaları, biznes maraqları... TƏBİB isə ... ümidləri doğrultmadı, nə işlə məşğul olduğu bilinmir, hətta çox zaman özünü "ərgən cocuqlar" kimi aparır. Məsələn, ötən həftəsonu ARB telekanalının efirində qurumun ünvanına səslənən yüngül və haqlı iradlara TƏBİB-in "saçyoldu" janrında reaksiyasını oxuyanda adam heyrətlənir. Kanalda səslənən tənqidlər uzun müddətdir ki, ictimai rəydə dolaşan haqlı suallardan cəmi bir neçəsi idi: - Niyə hansı xəstəxanada nə qədər boş yerin olması barədə məlumatlar gündəlik açıqlanmır? - Niyə insanların ev şəraitində hansı dərmanlarla müalicə oluna biləcəyi söylənilmir? - Hanı pulsuz testlər? və s. Bəs bu sadə, ütülü, yumşaq suallara TƏBİB-in cavabı necə oldu? Qurum ARB kanalını şantaj etdi! Bəli, düz oxudunuz, məhz şantaj! TƏBİB telekanalı "şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaqda" ittiham etdi! Absurd! Telekanal vətəndaşları narahat edən, düşündürən çoxsaylı haqlı suallardan cəmi bir neçəsini yumşaq şəkildə səsləndirməklə şəxsi maraqlarınımı güddü? Burada dövlət maraqları ilə ziddiyət təşkil edən nədir? Bəs, ümumiyyətlə, TƏBİB dövlət maraqları dedikdə nəyi nəzərdə tutur? Bəlkə - xəstəxanalarda boş yerlərin hərraca çıxarılması, - bazarda saxta dərmanların od qiymətinə satılması, - koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə məhz TƏBİB-in logosu altnda satılması... dövlət maraqlarına xidmət edir? Bəlkə TƏBİB ilə Səhiyyə Nazirliyi arasında baş verən və davam edən kəskin maraqlar müharibəsi dövlət maraqlarıdır? Bəllidir ki, Azərbaycan səhiyyəsinin bir nömrəli yarası, xəstəliyi elə bu Nazirliyin özüdür! Bu yaranı-düyünü kəsmədən, bütün Nazirliyi buraxıb tam yeni bir struktur və idarəetmə forması yaratmadan səhiyyəmiz sağalmayacaq! Bəs yeni yaranan TƏBİB? Qurumun qeyd etdiyimiz açıqlamasından sitatlara baxaq: "Sahə üzrə poliklinikalarda və təcili tibbi yardım vasitəsilə testlərin götürülməsi müvafiq olaraq Səhiyyə Nazirliyinin səlahiyyətindədir." "Bakı şəhəri üzrə 103 - təcili tibbi yardım xidməti və ambulator yardım xidməti müvvəqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin nəzarətindədir". "Brifinqləri TƏBİB yox, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil edir"... ... Diqqət etdinizmi? Səslənən tənqidləri cavablandırmaq əvəzinə, məsuliyyəti digər dövlət strukturlarının üstünə yönəldən telekanal deyil, TƏBİB özüdür! Budurmu dövlət maraqları? Elə isə həmin açıqlamanın sonundakı "gəlin "Biz Birlikdə Güclüyük" devizinə sadiq qalaraq həmrəy olaq!" çağırışını necə səmimi qəbul edək? TƏBİB və Səhiyyə Nazirliyi savaş aparsın, arada sadə vətəndaçlar ölsün, günahkar da media olsun? Lap elə günahkar Səhiyyə Nazirliyidir! Bunun üçün TƏBİB bizə- sadə vətəndaşlara niyə şikayətlənir? Niyə ölkə rəhbərliyi qarşısında məsələ qaldırmır, hesabat vermir? Məsələn elə bu sualları cavablandırmaqla başlaya bilər: - Modul tipli xəstəxanaları oksigen balonları ilə təmin edən firma kimindir? - Bəs onları gündəlik qidalarla təmin edən şirkət? - Bəs saxta dərmanlara satışına lisenziya verənlər? və s... ... Ya da yox, Səhiyyə Nazirliyi kimi, elə TƏBİB də başdan-ayağa yenidən qurulmalıdır! Görünür heç öz rəsmi saytını düz-əməlli işlədə bilməyən bu qurumdan çox şey gözləməkdə biz də çox ümidlənmişik! Bu yerdə TƏBİB doğrudan da haqlıdır: ümid etmək dövlət maraqlarına ziddir! P.S: Bu gün TƏBİB koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə onun logosu altnda satılması ilə bağlı bir açıqlama verib. Daha doğrusu, 1 saat aralıqla iki açıqlama. Birinci açıqlamada yer alan "... ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir" cümləsi ikinci açıqlamadan çıxarılıb! Yəqin bu da dövlət maraqlarına zidd imiş! Zahir R. //hit.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|