Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                 

Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...
Tarix: 11-11-2020, 09:48 | Çap et
Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT...
Balakən sakini Şahin Dabaxov oktyabrın 7-də Suqovuşanda yaralanıb. O, doğma rayonunda məmur biganəliyindən narazıdır.

Şahin Dabaxov sentyabrın 21-də ehtiyatda olan hərbi qulluqçu kimi təlimlərə çağırılıb. Müharibənin ilk günündən döyüşlərdə iştirak etməyə başlayıb. 28 yaşlı döyüşçü oktyabrın 7-də yaralanıb. Qəlpə döş nahiyəsinə dəyib. Sonradan onu cərrahiyyə əməliyyati ilə çıxarıblar.

Şahin Dabaxovun bir neçə qabırğası da sınıb. Dediyinə görə, bu üzdən indi nə əyləşə, nə də uzana bilir: “Gəncə hospitalındaydım. Oktyabrın 14-də evə buraxıldım. Müalicə də evdə davam edir. Daha çox ayaqüstə qalmağa, gəzişməyə çalışıram. Qabırğalarım sındığına görə əyləşəndə və uzananda çox ağrı verir”.

Şahin Dabaxov rayon rəhbərliyinin ona heç bir diqqət ayırmadığını deyir. Gəncə hospitalında onun qayğısına qalıblar. Amma Balakəndə eyni diqqəti görməməyindən gileylənir: “Rayonda hörmətsizliklə qarşılaşdım. Ağır vəziyyətdəyəm, amma diqqət görmürəm. Cavan yaşımda ailəmin üstünə yarımcan gəlmişəm. Amma heç kəs mənimlə maraqlanmır. Gəlib soruşmurlar ki, nə kömək lazımdı, hansı həkimə aparaq səni? Heç nə görmürəm”.

Balakənli əsgər yaralandığına görə məzuniyyətə buraxılıb. Müalicəsini doğma yerlərdə davam etdirməli olub. Həkimə gedib, dərman yazılıb. Heç bir gəlir mənbəyi olmayan əsgərin dərmanlarına 47 manat lazım olub ki, onu da ödəyə bilməyib:

“İndiyə qədər heç kimə ağız açıb deməmişəm ki, filan işdə mənə kömək elə. Gedib icra başçısının müavinilə - Mehparə xanımla görüşdüm. Dedi ki, bizim büdcədə yaralı əsgərlərə yardım üçün vəsait nəzərdə tutulmayıb, belə tapşırıq verilməyib. Mənim ailəm var. Atam 60 yaşına çatıb. Gedib haradansa pul qazanıb gətirə bilmir o adam. Sonradan icra başçısı zəng vurub dedi ki, mən sənə o pulu verərəm. Onlara da dedim, məsələ təkcə 47 manatda deyil. Öz dərmanlarına 47 manatı tapa bilməyən adamın ailəsinin vəziyyətini təsəvvür eləsinlər. Mən istəyirəm ki, sağlamlığımla maraqlansınlar”.

Şahin Dabaxov hərbi təlimlərə yola düşəndən cəmi 12 gün idi ki, ailə qurmuşdu. Deyir ki, belə olacağını təsəvvür etmirdi, əvvəldən bilsəydi, ailə qurmazdı: “Əlimdə işim var idi, ev təmiri, inşaat işləri ilə məşğul olurdum. Qızıl taxtımız yox idi, amma ailəmi dolandırırdım. İndi üzüm gəlmir ki, 60 yaşlı atamdan pul istəyim. Siqaret çəkirəm, almaq üçün pul istəməyə utanıram”.

Balakən sakininin pensiya məsələsi hələ müzakirə olunmur. Onun sözlərinə görə, hospitaldan verilən sənəddə “qazi şəhadətləndirilməlidir” ifadəsi yer alıb: “Bir çox adamlara göstərdim. Belə başa düşdüm ki, əlilliyim tanınmalıdı. Amma sənəddə həm də o yazılıb ki, beş gün sonra cəbhəyə qayıtmalıyam. Bütün yaralılar kimi mənim evə buraxılmağım da məzuniyyət sayılır. Mən geri qayıtmalıyam, amma qabırğalarımın ağrısından yata bilmirəm”.

Şahin Dabaxov deyir ki, Balakəndə rayon rəhbərliyi təkcə ona biganə münasibət göstərmir. Başqa yaralı döyüş yoldaşından da xəbər bilən yoxdur: “Biri var, məndən də pis yaralanıb. Maddi baxımdan mənim günümdədir. Nə bələdiyyə maraqlanır, nə icra nümayəndəsi, nə də icra hakimiyyəti. Yazıq bir azyaşlı uşaqla kirayədə yaşayır. Yata bilmir, yuxu dərmanları alır ki, gözünü yumsun. Onun qapısını da açan yoxdu. Təkcə gəlib camaat xəbər bilir. Vəzifəli şəxslərdən heç kim gözə görünmür”.

Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT...


Qeyd edək ki, artıq qarşı tərəf olaraq Balakən RİH məsələyə münasibət verib. Həmin açıqlamanı təqdim edirik:

"DİA.az (Dünya İnformasiya Agentliyi) saytında 11 noyabr 2020-ci il tarixində yerləşdirilmiş “Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT... - NARAZILIQ...” başlıqlı yazı ilə əlaqədar bildiririk ki, Balakən rayon Tülü kənd sakini Dabaxov Şahin Ələddin oğlunun yazıda qeyd etdiyi fikirlər əsassızdır. Belə ki, Şahin Dabaxov Balakən Rayon İcra Hakimiyyətində qəbul olunub, ona maddi və ərzaq yardımı göstərilib, ehtiyacı olan dərman preparatları ilə təmin olunub. RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şahin Dabaxovun evində bir neçə dəfə olmuş, problemləri ilə maraqlanmış və həlli istiqamətində tədbirlər görmüşlər.

Həmçinin bildiririk ki, rayonda səfərbərliyə çağrılmış, müharibədə yaralanmış onlarla əsgərin və 22 şəhid ailəsinin müraciətinə həssaslıqla yanaşılır, onların problemlərinin həlli istiqamətində bütün mümkün tədbirlər görülür.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altındakı ərazilərimizin düşməndən azad edildiyi, Vətən müharibəsində qalib gəldiyimiz bir dövrdə bu cür tam araşdırılmamış yazıların saytınızda dərc olunması dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirə biləcəyini nəzərə almağınızı xahiş edirik. Vətən müharibəsi zamanı sosial media, online media və ümumilikdə Kütləvi İnformasiya Vasitələrində işıqlandırılan, cəmiyyətə təqdim edilən istənilən bu formatda informasiyadan düşmənimiz öz maraqları naminə istifadə edə bilər. Bu gün ən çox oxunan, etimad göstərilən bir xəbər saytı olaraq dia-az.life saytının rəhbərliyindən xahiş edirik ki, yuxarıda qeyd olunanları nəzərə alsın".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru