Əhmədzadənin gedişi reallaşır... - İDDİA
Tarix: 8-11-2019, 12:08 |
Çap et
DİA.AZ: - "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə DİA.AZ-a etibarlı mənbədən məlumat daxil olub.
Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşdiriləcəyi gözlənilir. DİA.AZ xatırladır ki, bu barədə xəbər bir neçə gün əvvəl də yaylmışdı. Amma indi bildirilir ki, artıq prosesin start düyməsi basılmaq üzrədir və Əhmədzadə işindən kənarlaşdrılacaq, birləşmiş qurumun rəhbərliyi isə hazırki "Azərsu" şefi Qorxmaz Hüseynova həvalə ediləcək.
Qeyd edək ki, 74 yaşlı Əhməd Əhmədzadənin rəhbərlik etdiyi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin "Azərsu" ilə birləşdirilməsi hələ bir neçə il əvvəl də gündəmə gəlmişdi. Lakin Əhmədzadə o vaxt hökumət dairələrindəki nüfuzundan istifadə edərək, bu birləşmənin reallaşamasına mane ola bilib.