“Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                     İranda həbsdə olan Fəridin anası danışdı: .....                     Gözlənilən əməliyyat və məntiqi nəticə: .....                     Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı .....                     İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı .....                     "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA .....                     Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi .....                     Xalq artistindən illər sonra ETİRAF: .....                     Əvəz Zeynallının şikayətinə .....                     Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... .....                     "Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim" .....                     İsrail “cin ordusu”ndan istifadə edir .....                     Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... .....                     Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb .....                     "Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim" .....                 

Azercell 2018-ci ilin nəticələrini açıqladı - VİDEO
Tarix: 27-02-2019, 12:25 | Çap et
Azercell 2018-ci ilin nəticələrini açıqladı
DİA.AZ: - Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmağı qarşısına məqsəd qoyan, Azərbaycanın ilk GSM operatoru Azercell, ölkə əhalisinin 99,8 %-ini, ərazisinin isə 99,1%-ini (işğal olunmuş ərazilər xaric) əhatə edərək, ölkənin telekommunikasiya sektorunda 49% bazar payı ilə lider mobil operator mövqeyində qərarlaşmağa davam edir.

DİA.AZ xəbər verir ki, ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi kimi Azərbaycan iqtisadiyyatına hər zaman öz töhfəsini verən Azercell şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat, 22 il ərzində isə 1 milyard 732,3 milyon manat həcmində vəsait ödəyib. Azercell ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, 22 il ərzində 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 min ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.

4G istifadəçilərinin sayı 1 milyonu keçdi

Abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək, rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm təkmilləşdirmə layihələri müvəffəqiyyətlə icra olundu. Nəticə olaraq, ötən ildə Azercell şəbəkəsi üzərindən mobil internet trafikinin istifadəsi 2017-ci il ilə müqayisədə artaraq, 13 petabayta çatdı. İl ərzində 3 dəfə artan Azercell-in 4G istifadəçilərinin sayı 1 milyonu keçdi. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell daha 30 şəhər və rayonda 4G şəbəkəsini qurdu. Ümumilikdə, il ərzində 5889 Radio Baza Stansiyası Azercell abunəçilərini mobil rabitə ilə təmin edib ki, bunların 828-i 4G stansiyaları olub.

İstifadəçilərin LTE xidmətindən rahatlıqla yararlanması üçün HSS (Home Subscriber Server) layihəsi istifadəyə verildi. Bu texnologiyanın sayəsində abunəçilər 4G şəbəkəsinə qoşulmaq üçün Müştəri Xidmətlərinə müraciət

etmədən, mobil cihaz ayarlarından LTE rejimini seçməklə sərbəst şəkildə 4G şəbəkəsindən istifadə etmə imkanı qazandılar.

Rominq siyahısını daha da genişləndirərək, ötən il Azercell 19 yeni ölkə ilə saziş bağladı. Eyni zamanda mobil internet xidmətini ölkə hüdudlarından kənarda daha münasib və əlçatan etmək üçün səyahət edən müştərilərə rominqdə istifadəyə nəzərdə tutulan xüsusi internet paketləri təqdim olundu. Bu paketlər 50 ölkədə fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində istifadə edilə bilər.

4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət il boyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim etdi. Bunun sayəsində Azercell müştərilərinin 60%-dən çoxu smartfon istifadəçisi oldu. İl boyunca abunəçilərə internet paketləri, danışıq dəqiqələri hədiyyə olundu, müxtəlif həvəsləndirici kampaniyalar keçirildi.

Azercell-Müştərilər tərəfindən ən çox tövsiyyə olunan operator

Hər zaman abunəçilərinin rahatlığını düşünən şirkət 2018-ci ildə 16 yeni konsepsiyalı Azercell Eksklüziv mağazalarını istifadəyə verdi. İl ərzində ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərildi. Bakı və Bölgə Müştəri Xidmətləri mərkəzləri tərəfindən 1 milyon 286 min 929 abunəçiyə, Bakı və Gəncə telefon mərkəzləri tərəfindən 4 milyon 515 min 727, Azercell-in rəsmi internet səhifəsi üzərindən onlayn çat vasitəsilə 45 min, Sosial Media vasitəsilə 60 min-dən artıq abunəçiyə xidmət göstərildi. Qeyd edək ki, ötən il Azercell-in 24/7 rejimində xidmət göstərən peşəkar Telefon Mərkəzi fəaliyyətinin 20 illiyini qeyd etdi. 20 il ərzində Telefon Mərkəzi tərəfindən 50 milyondan artıq abunəçi müraciəti qəbul olunub.

Təsadüfi deyil ki, ötən il müştəri loyallığını ölçən NPS indeksinin ölkə üzrə ən yüksək göstəricisi – 82% Azercell-ə məxsus olub. Şirkətin Müştəri Məmnuniyyəti Sorğusunda əldə etdiyi nəticə 93% -ə bərabər olub.

Müasir texnologiyalar insan həyatının keyfiyyətini artırmaq üçündür

Azercell-in Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsasını yeni texnologiyalar və mobil telekommunikasiya xidmətləri vasitəsilə insan həyatının keyfiyyətinin artırılması, gündəlik həyatın asanlaşdırılması ideyası təşkil edir.

Azercell internetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların üzləşə biləcəyi təhlükələri aradan qaldırmaq uğrunda “Internet Təhlükəsizliyi və Rəqəmsal Vətəndaşlıq” kimi mühüm əhəmiyyət kəsb edən bir layihəyə rəhbərlik edir. Təhsil Nazirliyinin dəstəyi ilə Bakı və regionların orta təhsil müəssisələrində “Azərbaycan Müəllim İnkişafı Mərkəzi”-nin mütəxəssisləri tərəfindən 400-dən çox şagird, müəllim və valideyn bu mövzuda bilgiləndirilib.

Ölkədə onlayn mütaliə mədəniyyətini ilk tətbiq edən şirkət məhz Azercell olmuşdur. Azercell müştəriləri arasında istifadəçi sayı 18 mini keçən və 1 milyona yaxın kitabı mobil cihaza sığdırmış Bookmate tətbiqi indi daha zəngin oldu. Noyabr ayında Azercell Bookmate tətbiqi çərçivəsində Audio kitab xidmətini mütaliəsevərlərin istifadəsinə verdi. Qısa müddət ərzində istifadəçi sayı 5000 nəfərə çatan bu xidmət ilkin olaraq 60 klassik əsəri Azərbaycan dilində səsləndirdi. İl boyu doğma dilimizdə səsləndirilmiş kitabların sayı artırılacaq.

KSM proqramlarının daimi təşəbbüskarı və iştirakçısı olan Azercell-in Azərbaycan əhalisi arasında pulsuz müayinə təklifindən minlərlə insan yararlanıb. 2018-ci il ərzində Azercell “Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib, “Mobil Diş Klinikası”nda isə 628 nəfər pulsuz diş müayinəsi və müalicəsi alıb. Azercell-in “Mobil Qan Klinikası” “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasında məskunlaşan uşaqları pulsuz müayinə edib.

Uşaqların problemləri və ehtiyaclarına xüsusi həssaslıqla yanaşan Azercell şirkətinin dəstəyilə ötən il Göygöl Regional “Uşaq Qaynar Xətt” xidməti fəaliyyətə başlayıb. Ümumilikdə, il ərzində Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət (fəaliyyət göstərdiyi 8 il ərzində isə 32.865 müraciət) daxil olub. Azercell-in dəstəyi ilə keçirilən IV Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan 140 sağlamlıq imkanları məhdud uşaq 8 idman növündə 19 medal uğrunda mübarizə aparıb.

Şirkətin dəstəyi ilə icra olunan gənclərin inkişafına yönəldilmiş layihələri qeyd etmək də yerinə düşərdi. Azercell aparıcı ali təhsil müəssisələrində il boyu təşkil olunan karyera günlərinin fəal iştirakçısı olub.

Tələbələrin fərdi və akademik inkişafına hər zaman öz töhfəsini verən Azercell-in ötən il elan etdiyi Tələbə Təqaüdü proqramına 1400-ə yaxın müraciət qeydə alındı və onların arasından 25 qalib seçildi. Azercell Akademiyası tərəfindən il boyunca ümumilikdə 30 təlimçi tərəfindən aparılan 231 təlim sessiyası təşkil olundu.

Rəqamsal sahibkarlığın inkişafına dəstək

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində il ərzində texnoloji, qrup çalışmaları, forumlar, təlimlər, görüşlər, müsabiqələri əhatə edən 80 tədbir və 5 beynəlxalq toplantı keçirilib. Bölgələrdə və ali məktəblərin nəzdində Barama mərkəzlərinin filialları açılıb. Mərkəz tərəfindən 20 startap layihəsi dəstəklənib.

“Azercell Telekom” MMC müxtəlif dövlət qurumları və biznes təşkilatları ilə birlikdə bir sıra layihələrə, təlimlərə dəstək verib, tərəfdaş qismində iştirak edib. Bunlar sırasında Heydər Əliyev Fondu tərəfindən təşkil olunan və 18 min nəfəri bir araya gətirən "Bakı Marafonu” yarışmasını, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi və regionlardakı gənc sahibkarları üzə çıxaran “İdeyadan Biznesə- İ2B” layihəsini, “Global İnfluencer Day” tədbirini, "Science via Media" layihəsini, Buktreyler

Festivalını, “Əlilliyi olan tələbə və məzunların 1-ci əmək yarmarkasını”, “Barama Hackathon 2018” və "Seedstars World" müsabiqələrini, “A’Startap Sammiti 2018” intensiv seminarını və digər tədbirləri qeyd etmək olar.

MDB məkanında Qızıl IIP sertifikatı alan yeganə şirkət

Ötən il “Azercell Telekom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatını qazandı. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Azercell beynəlxalq aləmdə nüfuzlu qəbul edilən "Stevie” Beynəlxalq Biznes Mükafatında “İlin Telekommunikasiya Şirkəti” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc “Stevie” mükafatına layiq görülüb. Həmçinin qürurverici haldır ki, ötən il bu mükafatlar siyahısına “İnsanların Seçimi üzrə Stevie Mükafatı”-ı da əlavə olundu. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell-ə telekommunikasiya sahəsi üzrə “İlin Ən Sevilən Şirkəti” adını qazanmağa əsas verdi.

Azercell-in nailiyyətləri bununla kifayətlənməyib. Belə ki, Azercell “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi mükafatlandırılıb.

Azercell Telekom bu il də öz missiyasına sadiq qalaraq, abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək, onlara ən yaxşı müştəri təcrübəsi yaşatmaq, rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan etmək istiqamətində fəaliyyətini tam gücü ilə davam etdirəcək.

“Azercell Telecom” MMC-nin prezidenti, cənab Vahid Mürsəliyevin 2018-ci ilin yekunlarına dair video müraciətini bu keçiddən izləyə bilərsiniz:










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:38
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Bu gün, 12:33
İsrail “cin ordusu”ndan istifadə edir – Molla
Bu gün, 12:27
Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... - AÇIQLAMA
Bu gün, 12:19
Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb - KİV
Bu gün, 12:16
"Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim"
Bu gün, 12:15
“Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb - SİYAHI
Bu gün, 12:11
2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - DETALLAR
Bu gün, 12:09
"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB
Bu gün, 12:04
“89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” - Osman Gündüz
Bu gün, 11:59
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... - hər şey QURAMA İMİŞ...
Bu gün, 11:57
ADY beynəlxalq standartlara cavab vermir... - "Adını eşidirik ki, “sürət qatarları” var, tısbağa kimi gedirlər..."
Bu gün, 11:53
"Tıxac başqa, yolu konkret bağlamaq başqa..." - ETİRAZ VAR...
Bu gün, 11:48
Azərbaycanlı milyarder Rusiyadan deport edilir - SƏBƏB
Bu gün, 11:40
“Azərsun Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 11:34
İki milyon mənimsəyən “falçı” yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru