“Muğanbank” özünü “qara zolağa” saldı - GƏLİŞMƏ
Tarix: 24-06-2018, 18:27 | Çap et
“S&P Global Ratings” - beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini "SSS+/S"-dən "V-/V"-yə artırıb. Agentliyin açıqlamasına əsasən bankın reytinqinin proqnozu “sabit”dir:
“Fikrimizcə, 2017-ci ildə Muğanbank”ın cari və hesablaşma hesablarına korporativ fondlar cəlb etməklə likvidlik göstəricilərini yaxşılaşdırması, həmçinin, pərakəndə portfelinin satışı və amortizasiyasından əlavə likvidlik formalaşdırması bankın reytinq artımını şərtləndirən amildir”.
2017-ci il dekabrın 31-nə olan vəziyyətə bankın geniş likvid aktivləri (istifadə hüququ məhdud olan pul vəsaitləri istisna olmaqla) əvvəlki ilin göstəricisindən (11 milyon manat) 63 milyon manatadək (təqribən 37 milyon dollar) artıb və hazırda bankın cəmi müştəri depozitlərinin təxminən 25 faizini əhatə edir.
Agentliyin məlumatında o da qeyd olunub ki, bankın demək olar ki, bütün fondlaşma və likvidlik əmsalları yaxşılaşmış və hazırda likvidlik göstəriciləri “adekvat” qiymətləndirilən regionun analoji banklarının göstəriciləri ilə müqayisəyə gələndir.
“Muğanbank”ın Mərkəzi Bankdan cəlb olunan fondlardan asılılığı azalaraq, əvvəlki ilin göstəricisi (15 faiz) ilə müqayisədə 5 faizədək kiçilib. Bununla bağlı S&P analitikləri hesab edirlər ki, bank, müştəri depozitlərinin bankdan axını ilə əlaqədar əməliyyat şərtlərinin mümkün pisləşməsinə qarşı əvvəlki ilə nisbətən böyük dərəcədə müqavimət göstərə biləcək: “Bankın likvidlik göstəriciləri ilə bağlı verdiyimiz qiyməti “orta”-dan “adekvat”-a dəyişdik. İndi, bu göstərici, neytral reytinq faktorudur”.
Agentliyin qiymətləndirmələrinə əsasən, “Muğanbank”ın kapitallaşma göstəriciləri yüksək deyil. Bunun təsdiqi kimi, 2017-ci ilin sonuna olan vəziyyətə 5 faiz təşkil edən risklər nəzərə alınaraq yenidən hesablanan kapital əmsalı (risk-adjusted capital - RAC) qeyd olunur. Eyni zamanda, agentliyin proqnozuna əsasən, kapitallaşma göstəriciləri daha da pisləşəcək və yaxın 12-18 ay ərzində təqribən 3,5-3,9 faiz təşkil edəcəkdir: “Hesab edirik ki, buna səbəb “Muğanbank”ın 2019-cu ilin sonunadək ötən iki ilə nisbətən az da olsa, xalis zərər nümayiş etdirəcəyidir. Biz, kreditlər üzrə zərərin həcminin kredit portfelinin təxminən 2,3-2,5 faiz səviyyəsində sabitləşəcəyini gözləyirik. Eyni zamanda, korporativ və ipoteka kreditləri kimi aşağı marjalı məhsulların payının artması və Azərbaycanın daha iri bankları tərəfindən rəqabətin davam etməsi səbəbindən xalis faiz marjasının pisləşməyə davam edəcəyini, bankın gəlirləri və rentabelliyinə mənfi təsir edəcəyini proqnozlaşdırırıq”.
Buna baxmayaraq, agentlik, “Muğanbank”ın minimum normativ əmsaldan yuxarı olan kapital ehtiyatının 2018-ci il martın 31-nə olan vəziyyətə 300 bazis punktunu keçdiyini qeyd edərək, növbəti 18 ay müddətində 200 bazis punktundan yuxarı qalacağını proqnozlaşdırır: “2015-2016-cı illərdə müşahidə olunan iqtisadi azalmadan sonra “Muğanbank”ın rentabelliyinin digər Azərbaycan banklarına nisbətən daha az templə bərpa olunduğunu qeyd edirik və artımını dəstəkləmək üçün bankın əlavə kapital formalaşdıra biləcəyini gözləmirik”.
Həmçinin, agentliyin analitikləri hesab edirlər ki, “Muğanbank”ın müştəri bazası volatil olaraq qalır və bu da 2016-cı ildə bankdan müştəri depozitlərinin əhəmiyyətli dərəcədə çıxarılmasının səbəblərindən biridir. Bununla əlaqədar, bankın biznes mövqeyi son iki il ərzində ümumilikdə pisləşərək reytinqlərə mənfi təsir göstərməyə davam edir: “Muğanbank”ın biznes modelinin zəif tərəfləri müəyyən dərəcədə bankın səhmdarının dəstəyi ilə kompensasiya olunur. Son iki il ərzində səhmdar tərəfindən 35 milyon manat məbləğində kapital inyeksiyası həyata keçirilmişdi. Bank, bu il 10-15 milyon həcmində əlavə vəsaitlər əldə edə bilər. Lakin, bu dəstəyi proqnozumuzda nəzərə almırıq. Çünki, hansı müddətə və hansı mənbələrdən cəlb olunacağı, fikrimizcə, qeyri-müəyyən olaraq qalır”.
2017-ci ildə kreditlər üzrə zərərin həcmi “Muğanbank”ın ümumi kredit portfelinin 5,4 faizədək azalsa da, agentliyin bank sektoru üzrə qiymətləndirdiyi orta göstəricilərdən yuxarı səviyyədə qalmaqdadır. Bununla yanaşı, bankın problemli aktivlərinin həcmi kredit portfelinin 19,5 faizni təşkil edir ki, bu da ümumilikdə sektor üzrə orta göstəricilərə uyğundur:
“Azərbaycan iqtisadiyyatının hazırda nəzərə çarpan bərpasını nəzərə alaraq, kreditlər üzrə yeni zərərlərin bankın ümumi portfelinin 250 b.p. səviyyəsində sabitləşəcəyini proqnozlaşdırırıq. Güman edirik ki, bankın öz istiqamətini təminatsız pərakəndə kreditlərin verilişindən ipoteka və korporativ kreditlərin verilişinə dəyişdirməsi aktivlərinin keyfiyyətinin artmasına, eləcə də kreditlər üzrə zərərin azalmasına kömək edəcəkdir. Lakin, yığılmış problemli borcların tənzimlənməsi müəyyən vaxt alacaq və problemli aktivlərin göstəricisi 2019-cu ilin sonunadək 15 faizdən yuxarı qalacaqdır”.
Agentlik hesab edir ki, maliyyə öhdəliklərini yerinə yetirmək üçün “Muğanbank” daha ölkədəki əlverişli biznes, maliyyə və iqtisadi şərtlərdən asılı deyildir. Agentlik, yaxın 12-18 ay ərzində defolt ssenariləri proqnozlaşdırmır. Bunu, bankın yetərli likvidlik və kapital ehtiyatına malik olması, kreditlər üzrə zərərin aşağı düşməsi və Azərbaycanda iqtisadi vəziyyətin sabitləşməsi ilə əsaslandırır. “Muğanbank”ın reytinqlərinə dair “sabit” proqnozu, agentliyin, bankın yetərli likvidlik buferinə malik olması, kreditlər üzrə zərərin aşağı düşməsi və Azərbaycanın bank sektorunda iqtisadi risklərin sabitləşməsi ilə əlaqədar bankın kredit portfelinin yaxın 12-18 ay ərzində nisbətən dəyişməz qalacağı fikrini əks etdirir.
S&P, müştəri vəsaitlərinin volatilliyinin artacağı və likvidlik göstəricilərinə təsir edəcəyi təqdirdə, yaxın 12 ay ərzində “Muğanbank”ın reytinqini aşağı sala bilər: “Problemli kreditlərin həcminin artması və məbləği sektor üzrə orta göstəriciləri keçən yüksək kredit zərəri fonunda bankın aktivlərinin keyfiyyətinin pisləşəcəyi təqdirdə, mənfi reytinq müəyyənləşdirə bilərik. Mənfi reytinqin digər bir səbəbi, biznesin bankın səhmdarı tərəfindən müvafiq kapital inyeksiyası ilə dəstəklənməyəcək və bankın kapital adekvatlığı göstəricisinə təzyiq göstərəcək aqressiv artımı ola bilər”.
Məqalədə qeyd olunur ki, hazırkı qiymətləndirmə üfüqündə müsbət reytinq ağlabatan deyil: “Lakin, bankın rentabelliyində əhəmiyyətli artım, habelə kreditlər üzrə zərər və problemli aktivlərin həcmində mühüm azalma nümayiş etdirəcəyi təqdirdə, müsbət reytinqin mümkünlüyünü nəzərdən keçirə bilərik”. “Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılmışdır və Azərbaycan banklarının birinci 15-liyinə daxildir. Bankın səhmdarları 4 fiziki şəxsdir.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə reytinq agentliyinin bank haqqında verdiyi rəyi şərh edib. O qeyd edib ki, reytinq agentliyinin bank haqqında verdiyi rəy birmənalı olaraq yaxşı deyil: “Qiymətləndirmədə bütün hallarda bankın bəzi problemlərinin qaldığı vurğulanır. Agentlik açıq şəkildə qeyd edib ki, səhmdarları banka 35 milyon əlavə pul qoyub. Bunun sayəsində də bankın vəziyyəti qismən düzəlib. Amma yenə də vurğulanır ki, bankdan əmanət axını var və bunun qarşısını ala bilib. Sadəcə, məqalədə bankın mövcud vəziyyətini bir qədər bəzəyib, düzəyiblər. Aydın məsələdir ki, maliyyə vəziyyəti pis olan istənilən şəxsə gətirib əlavə vəsait verirlərsə, əlbəttə, onun fiskal vəziyyəti düzəlir. Burada da buna bənzər hal baş verib. Təbii ki, bankın idarə edilməsində müsbət dəyişiklik olmayıb. Sadəcə, əlavə vəsait hesabına vəziyyət bir qədər yaxşılaşıb”.
Bu şərhdən sonra əmanətçilərin bankla necə davranmasına gəlincə, hüquqşünas öncədən hansısa qərarı verməyin çətin olduğunu qeyd edib: “Məlumdur ki, 2016-cı ilin martın 2-dən 2019-cu il martın 1-dək banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır. Martın 1-dən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz müəyyən edilib. O da bəllidir ki, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Qanununa müvafiq olaraq, əmanətlər üzrə tam sığorta müddəti 3 ildir. Bu müddətdən sonra həmin əmanətlər üzrə kompensasiyalar əvvəlki məbləğdə, yəni 30 min manat məbləğində ödəniləcək. Əgər əmanətlər üzrə faiz dərəcəsi xarici valyutada 3 faizi ötmürsə və müddəti gələn ilin martın 1-nə qədərdirsə, orada təhlükə yoxdur. Amma müddət gələn ilin martından sonraya düşürsə, təhlükə var. Xüsusən də birinci dərəcəli olmayan banklarda təhlükə var, o cümlədən, “Muğanbank” da məhz belə banklardandır.
Agentliyin bank haqqında dərc etdiyi məqaləsində bir qədər şişirtməyə yol veriblər. Bu sahəni bilməyən adam olsa, elə zənn edər ki, “Muğanbank” Azərbaycanın ən yaxşı bankıdır. Amma qiymətləndirmədə bankın bəzi problemlərinin olduğu qeyd olunub”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
|