“STANDARD İNSURANCE” sığorta şirkətindən müştərisinə qarşı görünməmiş fırıldaq - “Sizi qoruyan sığorta”, yoxsa “Sizi soyan… ?!”
Tarix: 26-03-2018, 09:00 | Çap et
Məlumdur ki, böyük şirkətlərin, kompaniyaların əksəriyyəti öz reklamlarında müəyyən şüarlardan, sloqanlardan istifadə edirlər.
Məsələn: “Bizi birləşdirən dəyər”, “Hər kəsin bankı”, “İşiniz rahat getsin”, “Etibar etdiyiniz ünvan” və sairə.
Böyük və ya balaca olmasını dəqiq bilməsək də, “STANDARD İNSURANCE” adlı sığorta şirkətinin də özünəməxsus sloqanı var: “SİZİ QORUYAN SIĞORTA”. Amma “STANDARD İNSURANCE”nin vətəndaşların başına açdığı oyunlar barədə mətbuatda gedən çoxsaylı yazıları oxuyanda və faktları araşdıranda, istər-istəməz bu şirkətin özünə seçdiyi ”Sizi qoruyan sığorta” sloqanı haqda demək istəyirsən ki: “Yalansa…”
Bu şirkətin bəlkə də əsl iç üzünü açan fakt Rövşanə Qafarlının (Mehtiyeva) öz avtomobilini bu şirkətdə sığortalaması və aldadılması ilə bağlıdır.
Vətəndaş Qafarlı (Mehtiyeva) Rövşanə kreditə avtomobil almaq məqsədi ilə QSC “Bank Standart” KB-na müraciət edir. QSC “Bank Standart” KB Qafarlı (müqavilə bağlanarkən Mehtiyeva) Rövşanə ilə 21.08.2015-ci il tarixdə 120/13/16065/15 №-li kredit müqaviləsi bağlayır. Müqavilədə göstərilir ki, guya bank R.Qafarlıya (Mehtiyeva) kreditə 31.200,00 ABŞ dollar məbləğində pul vermişdir. Əslində isə, müqaviləni imzalatdırdıqdan sonra ona bildirilir ki, guya həmin məbləğ “Toyota Prado Bakı Mərkəzi”nin hesabına köçürüləcək və o, maşını oradan dərhal götürə bilər. Həqiqətən Mərkəzdən “Toyota Prado” markalı, dövlət nömrə nişanı 90-ZS-033 olan avtomaşın R.Qafarlıya (Mehtiyeva) verilir.
Həmin o “guya” sözü ona görə vurğulanır ki, bank müqavilədə kreditə verilən pulu ABŞ dolları ilə göstərmiş olsa da, faktiki olaraq “Toyota Prado Mərkəzi”nə məbləği manatla ödəmişdir. Amma bu başqa bir problemin mövzusu olan bir maliyyə fırıldağıdır ki, banklar bu yolla bir çox vətəndaşları aldadaraq aldıqları avtomobilin dəyərini banka 2, bəzən isə 3 qat artıq ödətdirərək onları müflisdəşdirirlər.
Bundan əlavə, bank R.Qafarlının (Mehtiyeva) qarşısında qanunsuz olaraq şərt də qoyur ki, alınan avtomobili mütləq “STANDARD İNSURANCE” sığorta şirkətində sığortalamalıdır. Əlbəttə ki, məqsədinə nail olmaq istəyən vətəndaş belə şərtin ona heç bir ziyan gətirməyəciyinə əmin olaraq, istər-istəməz bu tələblə də razılaşır.
“STANDARD İNSURANCE” sığorta şirkəti isə öz növbəsində 22.08.2015-ci il tarixdə R.Qafarlıya (Mehtiyeva) şirkətin hesabına 2.547,88 manat məbləğində pul ödətdirərək, alınmış nəqliyyat vasitəsini 3 il müddətinə guya “Kasko sığortası” müqaviləsi bağlayır və ona ABFH-00058 №-li “Nəqliyyat vasitəsinin sığortası şəhadətnaməsi” verir.
Yenə ona görə “guya” deyilir ki, sığorta şirkəti müqavilənin mütləq şərtlərini müştərisindən gizlədərək ona imzalatdırır, yəni faktiki olaraq vətəndaşı aldadır, onun etibarından istifadə edir. Və bu aldatmanın nədə ifadə olunması zərurət yaranarkən üzə çıxır. Aydın olur ki, eyni holdinqə daxil olan QSC “Standard Bank” KB-la “STANDARD İNSURANCE”sığorta şirkətinin ilk əvvəldən məqsədləri vətəndaşı aldadaraq onu hər bir halda asılı vəziyyətə salmaq olub.
Bir çox sığortaçılar kimi, “STANDARD İNSURANCE” sığorta şirkətinin də mütəxəssisləri müqavilə bağlayarkən, dil-dil ötərək, öz şirkətlərinin ən etibarlı-güvənli sığortaçı olduğunu tutuquşu kimi təkrarlamaqla, yağlı vədlər verərək müştərilərini aldadıb pulunu almaq üçün əldən-ayaqdan gediblər.
Bəli, aldadıb məhz pulunu almaq üçün. Çünki, R.Qafarlıya (Mehtiyeva) 2.547,88 manat məbləğində sığorta haqqını öz hesabına ödətdirən “STANDARD İNSURANCE” sığorta şirkəti müştərisini inandırır ki, zəruri hallarda onun imdadına çatacaqlar və vurulmuş zərəri ona dərhal ödəyəcəklər. Reallıqda isə budur:
19.05.2016-cı il tarixdə Masallı rayonu ərazisində R.Qafarlının (Mehtiyeva) sığortalatdırdığı “Toyota Prado” markalı maşınına yol-nəqliyyat qəzası nəticəsində texniki ziyan dəyir. Hadisə yerinə DYP və “STANDARD İNSURANCE” sığorta şirkətinin mütəxəssisləri gələrək sənədləşmə apardıqdan sonra, sığorta şirkətinin mütəxəssisləri qəzalı vəziyyətdə olan avtomaşını evakuatorla, özlərinin deməsinə görə təmir etdirmək üçün Bakı şəhərinə – “Toyota Bakı Mərkəzi”nə aparırlar.
Elə həmin gündən də vətəndaşın “qara günləri” başlayır.
Belə ki, “STANDARD İNSURANCE” sığorta şirkəti sığorta müqaviləsi bağlayarkən vətəndaşa dil töküb onun 2.547,88 manat pulunu qopardarkən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınır və bunun konkret səbəbini ona bildirmir. R.Qafarlı (Mehtiyeva) sığorta şirkətinin bəhanələrindən bezərək Qafqaz Hüquq Mərkəzinə müraciət edir.
“STANDARD İNSURANCE” sığorta şirkəti sorğularımıza və müraciətlərimizə cavabları ləngidir, bəzən isə heç cavab da vermir. Nəhayət, 08.12.2017-ci il tarixdə sığorta şirkəti məktubla bildirir ki (sitat): “…sığorta şəhadətnaməsinə əsasən fayda götürən şəxs QSC “Bank Standard” KB-ı qeyd olunmuşdur ki, 29 iyul 2016-ci il tarixdə tərəfimizdən “Bank Standard”a 847 saylı məktub ünvanlanaraq sığorta ödənişinin kimə ödənilməsi ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur, lakin həmin müraciətə bu günə qədər cavab verilməmişdir.”
Cavabın bu cümləsi ilə “STANDARD İNSURANCE” sığorta şirkəti 2.547,88 manat pulunu mənimsədiyi müştərisinə bildirir ki, avtoqəza hadisəsindən 70 gün sonra özünün əməl şəriki olan “Bank Standard”KB-a “məktub ünvanlayıb”. Və 1 il 5 ay müddətində guya gözlərini yollara dikib gözləyir ki, sonradan “cavab verilməmişdir” deyib müştərisini bir daha aldadaraq yola versin. Bu müştəbehlikdən başqa bir şey deyildir. Çünki, 550 gündən çox bir müddətdə “cavab gözlədiyini” dilinə gətirənlərdən nə desən gözləmək olar.
Daha sonra yenə həmin məktubda bildirilir ki (sitat): “…vurulmuş zərərin dəyərini müəyyən etmək üçün avtomobilin qalıqlarına baxış keçirmək üçün şərait yaradılması xahiş olunur.”
“STANDARD İNSURANCE” sığorta şirkətinin əməkdaşları özləri evakuatora yükləyib apardığı avtomaşının yerini başqasından soruşan və üstəlik: “baxış keçirmək üçün şərait yaradılması xahiş olunur”, deyə bildirən idarə heyətinin sədri Anar Sadıqova sual verilir ki: “22 ay müddətində “STANDARD İNSURANCE” sığorta şirkəti nə ilə məşğul olub?”
Cavab birdir: “Vətəndaşı aldadaraq onun pulunu alıb, əmlakını mənimsəməklə”.
Həqiqət budur ki, “STANDARD İNSURANCE” sığorta şirkəti ilk öncədən, yəni “sığorta müqaviləsi bağlamaq” adı ilə Qafarlı (Mehtiyeva) Rövşanəni aldadaraq 2.547,88 manat pulu aldıqdan sonra, özlərinin istədikləri kimi tərtib etdikləri müqavilənin şərtlərini ona izah etmədən, sonrakı hüquqi nəticələrini gizlədərək sığorta şəhadətnaməsində 3-cü tərəf, yəni sığorta şirkətinin fırıldaq partnyoru olan QSC “Bank Standard” KB-nı “fayda götürən şəxs” qismində göstərməklə sığorta müqaviləni ona imzalatdırmışlar. Yəni, faktiki olaraq sığorta şirkətinin məqsədi Qafarlı (Mehtiyeva) Rövşanənin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə onun pulunu mənimsəmək olmuşdur.
Əgər müştəriyə izah edilsəydi ki, 2.547,88 manat məbləğində sığorta haqqını o ödəmiş olsa da, gələcəkdə zərurət yarandıqda sığorta pulunun müqəddaratı şəhadətnaməyə “fayda götürən şəxs” kimi dürtdükləri QSC “Bank Standard” KB-dan asılı olacaqdır, belə bir aldadıcı, riyakar şərtlə R.Qafarlı (Mehtiyeva) nəinki razılaşmazdı, heç avtomobil də almazdı.
Bu azmış kimi, sığorta şirkətinin əməkdaşları hadisə yerindən “təmirə apardıqları” qəzalı avtomobili elə “itiriblər” ki, indi yadlarına düşüb ki, və dediyimiz kimi 550 gündən sonra canlarını qurtarmaq niyyəti ilə bildirlər ki, “vurulmuş zərərin dəyərini müəyyən etmək üçün avtomobilin qalıqlarına baxış keçirmək üçün şərait yaradılması xahiş olunur”.
“Toyota Bakı Mərkəzi” servisinin rəhbərliyi isə rəsmi olaraq bildirir ki, Mərkəzdə qəbul edilən bütün avtombillərin dərhal foto-video çəkilişi aparılmaqla akt tərtib olunur və bir nüsxəsi qarşı tərəfə verilir. Adı gedən avtomobil onlara “STANDARD İNSURANCE” sığorta şirkəti tərəfindən təhvil verilməmişdir. Əksinə sığorta şirkətinin əməkdaşları təxminən 2 il öncə ağ rəngli qəzalı bir “Toyota Prado” markalı avtomobili evakuatorla gətirib Mərkəzə aidiyyəti olmayan boş sahəyə tullayıb getmişlər. Sığorta şirkətinə dəfələrlə bildirilsə də əhəmiyyət verən olmamışdır. Sonralar isə özləri gəlib avtomobilin hissələrini tamam söküb aparmışlar. Avtomobildən qalan ancaq ban hissəsinin boş“qəfəs”idir ki, onun da şəklini təqdim edirik.
“SİZİ QORUYAN SIĞORTA” deyib aləmə car çəkən “STANDARD İNSURANCE” sığorta şirkətinin əməllərinin nəticəsi göz qabağındadır.
Məlumata görə sığorta pulunu “fayda götürən şəxsə” ödənilməsi sənədləşdirilərək məbləğ mənimsəmişdir. “STANDARD İNSURANCE” sığorta şirkətinin vətəndaş R.D.Qafarlıya (Mehtiyeva) qarşı törətmiş olduğu qanunazidd əməllərlə əlaqədar Baş Prokurorluğa şikayətlə müraciət edilmişdir. Ümidvarıq ki, vətəndaşın etibarından sui-istifadə etməklə onun pulunu mənimsəyən və əmlakını talayan aidiyyəti şəxslər məsuliyyətə cəlb olunacaq və vətəndaşa dəymiş zərər ödəniləcəkdir.
Oxuculara bildirmək istərdik ki, hər hansı bir müqaviləyə imza etməzdən əvvəl onun şərtlərini diqqətlə oxusunlar. Daha yaxşı olardı ki, özlərinin tanıyıb inandıqları hüquqşünasların köməyinə müraciət etsinlər. Çünki bir çox “işbazlar” tərtib etdikləri müqavilələri həddən ziyadə xırda şriftlərlə yazırlar ki, insanları aldatmaq asan olsun. Belə olan halda bilin ki, kələkbazla qarşılaşmısınz və ən yaxşısı imtina edib çarəni başqa yerdə axtarın.
Özünə, öz işgüzar imicinə azca da olsa hörmət edən, reputasiyasının qayğısına cüzi də olsa qalmaq istəyən, ona xələl gəlməsini istəməyən şirkət heç zaman öz müştərisinə qarşı belə fırıldaqçılıq etməzdi. Bu cür münasibət kirayə yer götürüb çoxsaylı vətəndaşların pulunu mənimsəyən və 1 aydan sonra aradan çıxıb başqa ünvanda ofis açaraq dələduzluqlarını davam etdirən “işədüzəltmə şirkətlərinin” əməllərini xatırladır. Ancaq fərq odur ki, bunlar fırıldaqçılıqla məşğul olsalar da, heç yerə qaçmırlar və hətta aldatdıqları qurbanları belə haqsız çıxartmağa çalışırlar.
Vətənadaşın etibarından sui-istifadə etməklə “Standart İnsurance”in törətdiyi bu misli görünməmiş fırıldaq çox güman ki, birinci hal deyil. Bu hadisə “STANDARD İNSURANCE”in çoxsaylı özbaşınalıqlarından yalnız biri, tipik olanı və bariz nümunəsidir. Bu cür addımları ilə “STANDARD İNSURANCE” onsuz da vətəndaşların sığorta şirkətlərinə olan az inamını bir az da azalsaraq, dolayısı ilə dövlətçiliyə zərbə vurmuş olur.
Bütün bunlara görə, “STANDARD İNSURANCE” özünə seçdiyi ”Sizi qoruyan sığorta” sloqanını başa cür, məsələn, “SİZİ SOYAN SIĞORTA”adlandırsaydı daha uyğun gələrdi… “Qafqaz Xəbər” qəzeti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
|