“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                 

Etibar Pirverdiyevin adamı işə 40 min manata işçi götürür? - İTTİHAM
Tarix: 10-01-2018, 12:09 | Çap et
Etibar Pirverdiyevin adamı işə 40 min manata işçi götürür?
Faiq Ağayevin həyat yoldaşı, barəsində Azərbaycan CM-nin 178.3.2.-ci maddəsi ilə cinayət işi açılmış Rübabə Ağayeva doğrudanmı 143 min manat borca görə xəstələnib?
Tezadlar.az saytının 05.01.2018-ci il tarixli buraxılışında “Etibar Pirverdiyevin adından istifadə edən kimdir?” başlıqlı yazı dərc olunmuşdur. Yazıda Bayıl qəsəbəsi Səlyan şosesi-32 ünvanda yaşayan Cəfər Həsənəliyevin, Lalə İbrahimovanın və Hüseyn Əlizadənin Binəqədi qəsəbəsi 9 mkr. «Bağ park küçəsi» ünvanda yaşayan Rubaba Ağayeva adlı qadın tərəfindən aldadılaraq 143 min manat pullarının mənimsənilməsindən bəhs edilirdi. Təbii ki, «KİV haqqında» Qanunun tələblərinə uyğun olaraq əks tərəf kimi Rubaba Ağayevanın da mövqeyini öyrənmək üçün ona dəfələrlə zəng etmişdim, lakin zəngə cavab verən olmamışdı. Belə olan surətdə oğlu Namiqin mənə verilmiş telefon nömrəsinə zəng etdim. Zəngə qardaşı Rauf cavab verdi. Əlbəttə, onun da deyilənlər barədə fikirlərini işıqlandırdıq.
Bundan əlavə, Raufun bizi calaşdırdığı, anası R.Ağayevanın vəkili Vasif Mirzəyevin də mövqeyi yazıda öz əksini tapdı. V.Mirzəyev mənimlə telefon söhbətində bildirdi ki, görüşüb bu barədə daha ətraflı məlumatlar verəcək. Aydın məsələdir ki, həm Rauf Ağayev, həm də vəkil Vasif Mirzəyev deyilənlərin heç bir əsası olmadığını bildirdilər, amma...
***

…Söhbət Rubaba Ağayevanın və mənə verilən məlumata görə həyat yoldaşı Faiq Ağayevin “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin adından istifadə edərək 40 min manat pulun mənimsənilməsindən gedirdi. O da qeyd olunmuşdu ki, R.Ağayeva həm Lalə İbrahimova, Cəfər Həsənəliyev və Hüseyn Əlizadədən 143 min manat dəyərində qızıl-zinət əşyaları götürüb, lakin pulunu verməyib. R.Ağayeva götürdüyü qızıllar barədə hər üç şəxsə yazılı qəbz də verib. Pulun qaytarılmadığını görən C.Həsənəliyev, L.İbrahimova və H.Əlizadə Səbayil Rayon Polis İdarəsinə müraciət ediblər. Səbail Rayon Polis İdarəsində R.Ağayevanın barəsində 4 dekabr 2017-ci il tarixdə Az. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə 170206079 saylı cinayət işi açılıb və hazırda istintaq gedir.
Hər iki tərəfin mövqeyi nəzərə alınmaqla bütün bunlar dərc olunandan sonra şikayətçilər Lalə İbrahimova, Cəfər Həsənəliyev və Hüseyn Əlizadə bir daha redaksiyamızda oldular. Onlar R.Ağayevanın oğlu Rauf Ağayevin və vəkil Vasif Mirzəyevin söylədiklərinə etirazlarını bildirdilər. Mənimlə telefon söhbətində Rauf Ağayev bildirmişdi ki, anası xəstə olduğu üçün telefona cavab verə bilmir. Mən də buna əsaslanıb şikayətçilərə bildirmişdim ki, bəlkə xəstə qadındır, ortaq məxrəcə gələsiniz. Ancaq hər üçü bildirdi ki, pullarımız qəpiyinə qədər qaytarılmasa, heç bir ortaq məxrəcdən söhbət gedə bilməz.
L.İbrahimova söhbətində çox maraqlı və ciddi məqamlara toxunaraq dedi: “R.Ağayeva faktiki olaraq xəstə deyil. Amma 143 min manat borcu olan təbii ki, xəstələnməlidir. Haqqında cinayət işi qaldırılan adam əlbəttə, xəstə düşəcək. Ötən il dekabrın 8-dən bu günə qədər, olunmuş xəbərdarlıqlara baxmayaraq, istintaqın heç bir çağırışına getməyib. Artıq R.Ağayevanın istintaqa məcburi gətirilməsi haqqında qərar var. Belə qərarı eşidən adamın əlbəttə ki, təzyiqi qalxacaq. Sizə bir maraqlı məqamı deyim. R.Ağayeva 1 sayılı Şəhər Kliniki Xəstəxananın (keçmiş Semaşko) 1-ci korpus, 4-cü mərtəbədə yerləşən Kardiologiya şöbəsinə istintaqdan yayınmaq üçün adını yazdırıb, lakin orada yatmır. Həmin şöbənin müdiri Cəmilə xanımla yaxın münasibətdə olduğundan gündüz oralarda görünür, axşam isə evə gedir. Bu, necə xəstəlikdir ki, heç bir müayinə, müalicə olunmur? Buna istintaqdan yayınma xəstəliyi deyərlər. Bir də ki, R.Ağayevadan soruşmaq lazımdır, əgər günahın yoxdursa, istintaqın çağırışına niyə getmirsən? Sizinlə söhbətində oğlu Rauf deyir ki, anama bizlərdən götürdüyü qızılların siyahısı olan qəbzi yazması güya məcburi olub. Onda belə bir sual yaranır, bizə olan borclarını telefon danışıqlarında da təsdiq edib, bunu da biz məcburi təsdiq etdirmişik? Yaxud, whatsapp yazışmalarında bizdən götürdükləri qızılların pullarını tezliklə qaytaracağını bildirməsini də biz məcbur etmişik? Özləri müstəntiqin zənginə cavab olaraq bildiriblər ki, qısa müddətə borcu qaytaracaqlar. Ancaq qaytarmadılar. Bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm. R.Ağayevanın yaxın ətrafı Facebook-da mənim əleyhimə olmazın sözlərini yazırlar, məni təhqir edirlər. Bizim müştərilərimiz olan insanlar bunları oxuyub təəccüblənirlər ki, axı onlar məni tanıyır, bilirlər mən necə insanam və deyilənlərin mənə heç bir aidiyyəti yoxdur. Onların bu şər, böhtan və təhqirləri mənim işgüzar nüfuzuma ziyan vurur. Bu barədə vəkilimlə məsləhətləşmə aparıram və tezliklə məhkəməyə müraciət edəcəyəm. Qoy gəlib məhkəmədə Facebook-da yazdıqları şər və böhtanları sübut etsinlər.”
Bu yerdə şikayətçi Cəfər Həsənəliyev əlavə edir: “ Maraqlıdır ki, hamıya şər və böhtan atırlar, özləri isə heç bir qanuna tabe olmaq istəmirlər. Çünki müstəntiqə borclu olduğu pulları qaytaracağı barədə konkret müddət göstərib, söz verir, lakin sonradan Bakı Şəhər Baş Polis İdarəsinə bizim günahkar olduğumuz barədə şikayət yazırlar. Bizi ora çağırdılar, məsələdən tam məlumatlı olandan sonra onların şikayətləri rədd edildi. R.Ağayeva hər yerdə bildirir ki, “Azərenerji”ASC-nin prezidenti Etibar Pirverdiyev onun əri Faiq Ağayevin sinif yoldaşı olub və çox yaxındırlar, ona görə də heç kəs onlara heç nə edə bilməz. R.Ağayevanın əri F.Ağayev Sumqayıtda yerləşən Sənaye Texnologiya Parkının (STP) vəzifəli işçisidir. Bildiyimiz kimi STP “Azərenerji” ASC-nin tərkibində olan bir müəssisədir. Elə ona görə də Lalə İbrahimovanın oğlunu işə düzətmək adı ilə 40 min manat pulunu mənimsəyib. Çünki Etibar Pirverdiyevə arxalanır. Mən STP-nin direktoru E.Mirzəyevə də müraciət etmişəm ki, belə bir şəxs barədə tədbir görsün. Həmçinin E.Pirverdiyevə də teleqram vurmuşam ki, mənim pulumu qaytarmağa kömək etsin.”
Hüseyn Əlizadə qeyd etdi ki, R.Ağayeva onların etibarından sui-istifadə edərək külli miqadarda pullarını mənimsəyib: “Bu azmış kimi hələ onları məhkəməyə də vermək istəyir. Sizin saytda oxuduq ki, onlar Binəqədi Rayon Polis İdarəsinə bizim haqqımızda şikayət veriblər. Bu barədə R.Ağayevanın vəkili Vasif Mirzəyev sizə məlumat verib. Mən sizin nəzərinizə çatdırıram ki, Vasif Mirzəyev əvvəllər Cəlilabad Rayon Polis Şöbəsində işləyib. Orada etdiyi qanunsuzluqlara görə haqqında cinayət işi açılıb və işdən qovulub. Biz Azərbaycan Vəkillər Kollegiyasına da müraciət etmişik ki, haqqında cinayət işi olan adam necə kollegiyanın üzvü ola bilər? Hazırda bu yöndə araşdırmalar gedir və yəqin ki, tezliklə hər şeyə aydınlıq gələcək. Onda kimin haqqlı, kimin haqqsız olduğu da bilinəcək. Bu qadın bizdən aldıqları qızılların siyahısı da yazılmaqla öz əli ilə qəbz verib, indi bunu necə dana bilər? Özü də cinayət işini Bakı Şəhər Prokrorluğu açıb və istintaqı Səbail Rayon Polis İdarəsinə həvalə edilib. Bayaq qeyd olunduğu kimi R.Ağayeva istintaqın çağırışlarına getmir və ona görə də məcburi gətirilmə haqqında qərar çıxarılıb. Tezliklə haqq-ədalət öz yerini alacaq.”
Göründüyü kimi ortada çox ciddi ittihamlar var. Yəqin ki, əks tərəfin özlərinin də müəyyən arqumentləri var. Təbii ki, bütün bunlara hüquq mühafizə orqanları aydınlıq gətirəcək. Əks tərəfin də mövqeyini dinləməyə, konkret sənədləri, faktları varsa, onları da dərc etməyə hazırıq.
\\tezadlar.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru