Avtovağzalda yazılmamış qaydalar hökm sürür - Nə bilet alan var, nə də...
Tarix: 6-12-2017, 12:12 | Çap et
Bakı Beynəlxalq Avtovağzalı 2009-cı ilin əvvəllərindən etibarən fəaliyyətə başlayıb. Hazırda Bakıdan respublikanın bütün bölgələrinə, eləcə də Rusiya, İran, Türkiyə və Gürcüstan kimi xarici ölkələrin müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bayram günlərində avtobusların sayında artım olsa da, avtovağzaldan gün ərzində 350-400 nəqliyyat vasitəsi xəttə buraxılır və bu təxminən 8-9 min sərnişinin daşınması deməkdir. Bakı Beynəlxalq Avtovağzalından rayonlara gedən avtobuslara minmək üçün əvvəlcə ticarət mərkəzindən keçmək lazım gəlir. Ticarət mərkəzinə giriş iki hissəli olsa da, adətən, bu yoldan istifadə olunur. Ticarət mərkəzi boyunca avtobuslara çıxış üçün istiqamət göstərilir. Bu ticarət mərkəzində nə istəsən tapmaq mümkündür. Həm kişi, həm qadın və uşaq paltarları, müxtəlif oyuncaqlar, parfümeriya və kosmetika məhsulları satılır, hətta bər-bər xidməti belə göstərilir. Qiymətlər isə təxminən paytaxtdakı “28 may keçid ticarət mərkəzi”, “8-ci kilometr” bazarı və yarmarkalardakı qiymətlərlə eynilik təşkil edir. Bəlkə də bir az bahadır. Görünür o vaxt avtobus dayanacaqlarına yolu qəsdən ticarət mərkəzinin içindən salıblar.. Təbii ki, bu yolu qət edən sərnişinlərdən kimlərsə alış-verişə meyl edir…
Modern.az-ın əməkdaşı reportaj hazılamaq üçün budəfəki ünvan kimi Avtovağzalı seçmişdi.
Ticarət mərkəzinin birinci mərtəbəsində sakitlik olsa da, 2-ci mərtəbədə alver elə də pis getmirdi. Qeyd edək ki, alıcıların əksəriyyəti elə əliyüklü sərnişinlər idi. Dükanların qarşısında cürbəcür səslər çıxaran oyuncaq itlər, pişiklər uşaqların diqqətini cəlb etdiyi üçün valideynlər də yüklərini dükanın yanında yerləşdirib seçim etmək üçün içəri keçirdilər. Satıcıların “2-si 5 manatdan”, “ nə alsan 10 manata” kimi sözləri, oyuncaq səslərinin müşayiəti altında (kassalara və avtobuslara gedən yolla bağlı heç bir səsli tarif yoxdur) “rayona gedən avtobuslara çıxış”ı izləyib 3-cü mərtəbəyə qalxdıq. Avtovağzalda ayrı - ayrı rayonlar üçün xüsusi yerlər ayrılıb ki, uyğun avtobusların yanındakı lövhədə həmin rayonların adları qeyd olunub. Sürücülərdən birinə Ağdaşa getdiyimizi deyib elə sürücü ilə birgə Ağdaş avtobusuna üz tutduq. - Ağdaşa gediş haqqı neçəyədir? - 6 manat - Oldu, çox sağ olun. Bilet alıb gəlirəm. - Ehtiyac yoxdur, xanım. Biz bu marşrutlara bilet qəbul etmirik.
Deməli avtovağzalda həm reysdənkənar, həm də qrafiklə işləyən avtobuslar fəaliyyət göstərir. El arasında “balaca maşın” dedikləri mikroavtobusların əksəriyyəti biletsiz fəaliyyət göstərir. 2013-ci ildən etibarən Bakı Beynəlxalq Avtovağzalında onlayn bilet satışı istismara verilib. Saytda həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərdəki istənilən təyinat məntəqəsinə bilet sifariş verə bilərsiniz. Bundan isə daha çox Naxçıvan Muxtar Respublikasına gedən sərnişinlərin istifadə etdiyi qeyd olunur. Avtovağzalın rəsmi saytında olan qiymətlərlə maraqlananda Ağdaş üçün biletin 4.24 AZN olduğunu gördük. Bir neçə avtobus sürücüsünə yaxınlaşıb gediş haqqını öyrənsək də, heç bir cavab rəsmi saytdakı qiymətlərə uyğun gəlmədi. Ağdaş – 6 AZN (saytda 4.24 AZN) Siyəzən – 3 AZN (saytda 1.60 AZN) Qəbələ - 6 AZN (saytda 5.04 AZN) İsmayıllı – 5 AZN (saytda 4.16 AZN)
Cəlilabad – 5 AZN (saytda 3.28 AZN) Müşahidələrə əsasən belə demək olar ki, sərnişinlərin əksəriyyəti biletsiz gedib-gəlməyə, artıq çoxdan öyrəşiblər. İsmayıllıya yola düşən 65 yaşlı Leyli xala ilə həmsöhbət olduq, deyir bilet almaq üçün çox yaşlıdır: “Ayağlarım ağrıyır, gəlib birtəhər burda özümə yer eləmişəm. Kassaya getmək üçün halım özümdə deyil. İndi 1 manat baha, 2 manat baha, daha neyləyək? Əzəldən belə gəlib-getmişik”. Gənc sərnişinlərdən biri isə sonuncu dəfə 2 il əvvəl kassaya müraciət etdiyini dedi. “Müraciət edəndə qrafiklə işləyən avtobusların çıxışı ilə bağlı vaxtı tənzimləmək olmurdu. Ona görə də, hansı avtobus uyğun olsa, gəlib minib rahatca gedirəm”.
Gediş haqqının saytda yerləşdirilən qiymətlərindən baha olduğunu görüb kassalara üz tutduq.
Bakı Beynəlxalq Avtovağzalında kassalar avtobuslardan bir xeyli məsafədə yerləşir. Avtovağzalın girişindən ta ki avtobuslarda oturan sərnişinlərə qədər bir xeyli adam olmasına baxmayaraq, kassada cəmi 2 nəfər bilet alırdı. Yaxınlaşıb Ağdaşa bilet qiymətini soruşanda kassadakı xanım 4.50 AZN olduğunu, amma bu vaxtdan sonra avtobus olmayacağını dedi. Saat 14:00-ü göstərirdi. Rəsmi saytda da Bakı-Ağdaş avtobusunun eynilə gündə yalnız bir dəfə saat 12:00-da xəttə buraxıldığı qeyd olunur. Kassadan isə 0.50 və ya 1 AZN bahasına elə biletsiz getməyimizi məsləhət görüb bizi əliboş qaytardılar. Belə ki kor-peşman mikroavtobusa qayıdıb, elə biz də digər sərnişinlər kimi biletsiz yola düşməliydik…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
|