Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                 

Günəş və külək enerjisi istehsalı azalıb, bəs Akim Bədəlov hara baxır?
Tarix: 18-11-2017, 14:42 | Çap et
Günəş və külək enerjisi istehsalı azalıb, bəs Akim Bədəlov hara baxır?
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 35,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
Dövlət Statistika Komitəsindən "Təzadlar"a verilən məlumata görə, bu, illik müqayisədə 32% azdır.
Son 1 ildə küləklə işləyən stansiyalarda istehsal 20,5% azalaraq 10,5 mln. kVt/saata enib.
Əvəzində istilik elektrik stansiyalarında istehsalın həcmi 1,5% artaraq 16 384,3 mln. kVt/saata yüksəlib, su elektrik stansiyalarında isə 8,5% azalaraq 1 526,3 mln. kVt/saat təşkil edib. Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 18 751,4 mln. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur. Bunun da 17 957,0 mln. kVt/saatı əmtəəlik olub və bu, illik müqayisədə 0,5% çoxdur.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində nə baş verir?
"Təzadlar" hələ ötən il Azərbaycanda alternativ enerjidən istifadə sahəsində ciddi problemlərin olduğunu yazmışdı. Həmin yazını təkrar dərc etməyə ciddi lüzum gördük:
...Azərbaycan Tarif Şurasının enerji daşıyıcıların qiymətlərini qəflətən diferensiallaşdırması günəşli və küləkli bir ölkədə-Azərbaycanda alternativ enerji mənbələrinin tapılması, bu enerjidən yararlanmağımızı bir daha aktuallaşdırdı... Bütün dünya yaxın gələcəkdə neft ehtiyatlarının tükənəcəyini nəzərə alaraq alternativ enerjiyə önəm verməkdədir, bu sahədə iri layihələr həyata keçirilir. Azərbaycanda isə bu sahəni nizamlı vəziyyətə gətirəcək dövlət qurumu statuslu agentlik olsa da, hələ də, necə deyərlər, yerin altından çıxarılan, od qiymətinə olan neft məhsullarını yandıraraq enerji almaqla məşğuluq.
Bəs Prezident Fərmanı ilə yaradılaraq geniş status verilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nə üçün yaradılıb? Bu dövlət qurumu niyə mürgülü vəziyyətdədir?
Ən gülməlisi: tez-tez xəbər agentliklərinin məlumatında eşidirik ki, külək Azərbaycanın filan bölgəsində dağıntılar törədib, filan bölgə işıqsız qalıb və sair... Hərdən düşünməli oluruq ki, külək, sanki Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fərsizliyinin acığını bizlərdən çıxır. Niyə? Əgər Agentliyin rəhbərliyi büdcədən ayrılan pulların hara gəldi xərclənməsindən baş açıb həmin küləyin o cürə güclü enerjisini elektrik enerjisinə çevirərək təbiətin bu sirli qüvvəsinin tükənməz enerjisini vaxtında cilovlayıb ram etsəydi, yəqinki külək də bu qədər qəzəbli olmazdı... Bunu sözgəlişi dedik... Ona görə ki, Azərbaycan ilboyu külək və günəş enerjisi ilə zəngin bir məkandır. Allah-Təala bizə neft kimi, bu havayı enerjini də pay göndərib. Bəs biz niyə neft məhsullarını yandırıb enerji əldə edir və insafsızcasına ekologiyamızı korlamaqla məşğuluq, amma havayı enerji mənbələrindən isə istifadə etmirik?

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nə üçün yaradılıb?

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin sərəncamda deyilir: “1.1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri (bundan sonra - ABOEM) üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır”.
Bəs ötən müddətdə Agentliyin direktoru Akim Bədəlov nə iş görüb? Hansı alternativ enerji mənbələri aşkar olunub, bu enerjilərdən nə qədər mənfəət əldə edilib?
“Təzadlar” redaksiyaya daxil olmuş bu məzmunlu sorğu ilə bağlı araşdırma aparıb. Məlum olur ki, Agentlik hər il Dövlət büdcəsindən milyonlarla vəsait alsa da, ortada səmərəli və üz qızardan bir iş yoxdur? Niyə? Bu suala aşağıdakı araşdırma yazısında cavab tapa biləcəksiniz...

Hesablama Palatası Agentlikdə ciddi maliyyə pozuntularını aşkarladı və...

Azərbaycan Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) həyata keçirdiyi audit yoxlamanın nətcələrini artıq Milli Məclisə göndərib. Beləliklə, yoxlama zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. Kollegiyanın məlumatında deyilir ki, yoxlama Dövlət Agentliyində və onun tabeliyində olan , “Azalternativenerji” MMC-də həyata keçirilib (Bu MMC barədə az sonra maraqlı fakt açıqlanacaq). Qeyd edək ki, audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat vəsaiti əhatə edib. Məlum olur ki, Agentliyin rəhbərliyi Müşahidə Şurasını, hətta Əsasnamədə nəzərdə tutulmuş Elmi metodiki Mərkəzi belə yaratmayıb, nəticədə müvafiq nəzarət təmin edilməyib. Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib. Təsəvvür edin, məsuliyyətsizlik o dərəcədə olub ki, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib. Axı tədbirlər necə görülməli idi, başı büdcə vəsaitlərini necə gəldi xərcləməyə qarışmış Akim bədəlovun buna vaxt ayırmağa vaxtımı var idi?

Akim Bədəlov vəzivəsinin öhdəsindən gələ bilməyib, büdcə vəsaiti dağıdılıb...

Onu da deyək ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əvvəllər tərkibində olduğu Sənaye və Energetika Nazirliyindən alınaraq müstəqil dövlət qurumuna çevrilmişdi, Prezidentin 2013-cü il 1 fevral tarixli Fərmanı ilə Əsasnaməsi təsdiqlənmişdi... Görünür Dövlət başçısı Azərbaycanda kifayət qədər alternativ enerji mənbələrinin olduğunu nəzərə alaraq belə bir agentliyin müstəqil dövlət qurumu kimi fəaliyyətinə etimad göstərmiş, yaşıl işıq yandırmışdı... Amma artıq bəlli olur ki, qurumun günahı yoxdur, sadəcə rəhbərliyi işini düzgün qurmamışdır... Bu da Hesablama Palatasının məlum yoxlaması ilə bir daha təsdiqini tapmış oldu...

Prezident sərəncamı ilə təsdiqlənmiş Əsasnamə niyə işləmədi?

Agentliyin Əsasnaməsinin 3-cü bəndində “Agentliyin vəzifələri” yer alıb. Prezidentin mübarək Sərəncamında da yazılır: “ 3. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək, dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlamaq və onların həyata keçirilməsini təmin etmək;
3.1.2. Azərbaycan Respublikasının ayrı-ayrı zonaları üzrə bərpa olunan enerji resurslarının, o cümlədən günəş, külək, biokütlə, termal sular, su axınları, müxtəlif növ tullantılar və bu kimi digər mənbələrin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirmək” və sair... Özü də nə az, nə çox-düz 30 vəzifə!
Bəs bu vəzifələrin hansı yerinə yetirilib? Yaxud, niyə indiyə kimi bircəciyi orta səviyyədə belə yerinə yetirilməyib?

Agentliyin hüquqi statusu niyə dəyişdirildi?

Təsəvvür edirsinizmi, iş o yerə çatdı ki, hər il dövlət büdcəsindən on milyonlarla (qrantlar, kredit resursları da daxil) vəsait qapazlayan bu dövlət qurumu heç 3 il də olsun Əsasnaməyə və adına uyğun fəaliyyət göstərə bilmədi. Nəticədə bu yaxınlarda-24.11.2016-cı il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirildi. Belə ki, Prezidentin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılması qərara alındı. Fərmanda Nazirlər Kabinetinə yaradılan publik hüquqi şəxslərin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlanması, eləcə də publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Bu da o boyda agentliyin fərasətsiz idarə edilməsinə dövlət başçısı səviyyəsində verilən hüquqi qiymət!

Prezident etimad göstərir, Akim Bədəlov isə...

Araşdırmamız həm də bir maraqlı faktı üzə çıxartdı. Məlum olur ki, hələ bu ilin əvvəlində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman da imzalayıb. Fərmanın adından da görünür ki, məqsəd Agentliyin alternativ enerji istehsalçılığı sahəsində daha geniş təcrübəyə malik olan Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu hüquqi statusa malik olsun, həyata vəsiqə alsın... Yenə də ötən müddətdə faydalı bir işin şahidi deyilik. Halbuki Xəzəryanı bölgələrimiz il boyu həm külək, həm də günəş enerjisi ilə zəngindir. Elə sinoptiklərimizin ilboyu hava proqnozlarına diqqət yetirmək kifayətdir. Azərbaycanda ilin ən azı 10 ayı günəşli və il boyu isə küləkli olur. Naxçıvan MR, Yevlax, Kürdəmir, Hacıqabul, Şirvan, Siyəzən, Ağsu, Zərdab, Bərdə, Tərtər, Qazax, Tovuz, Bakı, Sumqayıt... əhalisi yay olanda kondisionerini ən azı 3-4 ay fasiləsiz işlətməli olur. Çünki yay aylarında havadan od tökülür... Bəs niyə orta temperaturu 40-50 olan bu bölgələrdəki günəş enerjisi alternativ enerjiyə çevrilmir? Nədir mane olan? Xəzərboyu güclü küləkli hava da bu qəbildən... Bu qədər zəngin və tükənməz, havayı enerji mənbələri isə o boyda dövlət agentliyinin gözündən uzaq, könlünə isə yaddır...

Dövlət Agentliyi sədrinin başı hansı işlərə qarışıb ki...

Problemin kökünü bu dəfə Hesablama Palatası tapdı... Budur, “Təzadlar”ın Araşdırma Qrupu aydınlaşdırdı ki, Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “Azalternativenerji” MMC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı auditin nəticələrini ortaya qoyub. Acı nəticədir. Əhalimiz bu agentlikdən xeyirli fəaliyyət gözləyir, Akim Bədəlov isə himayəsində olan “Azalternativenerji” MMC-nin nazı ilə oynayıb, dövlətin vəsaitini istədiyi kimi dağıtmağa şərait yaradıb... Bunu biz demirik, Hesablama Palatası yoxlama hesabatları iə təsdiqləyib. Məsələn, “Təzadlar” aydınlaşdırdı ki, audit yoxlamalar dövlət büdcəsindən ayrılmış və Agentliyin aparatının və onun saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə edib. Bir daha deyirik ki, Akim Bədəlovun rəhbəri olduğu bu Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasəti və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsi və dövlət nəzarətini həyata keçirir.

“Azalternativenerji” MMC nə məqsədlə yaradılıb?

...Və Agentliyin tabeliyində olan “Azalternativenerji” MMC tərəfindən 17 obyektdə (günəş, külək və kiçik su elektrik stansiyası) bütün qurğularla alternativ enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı 2015-ci ildə 8157799,0 kVt.s, 2016-cı ilin birinci rübündə isə 1949889,0 kVt.s təşkil edib. Agentlik isə imkanların niyə yalnız 46%-ni istifadə edir? 2015-ci ildə elektrik enerjisi istehsalı ümumi istehsalat gücünün 46%-ni təşkil edib. 4 obyektin layihə gücündən 10%, 5 obyektin layihə gücündən 20%, 4 obyektin layihə gücündən 50%, cəmi 2 obyektin layihə gücündən 90% və 2 obyektin layihə gücündən də 90%-dən çox istifadə olunub. Audit olunan obyektlər tərəfindən istehsal edilmiş elektrik enerjisinin 88,1%-i satışa ötürülüb, 11,9%-i daxili istehlaka və itkiyə yönəldilib.
Ən pisi, məlum olur ki, Dövlət Proqramında nəzərdə tutulan tapşırıqlara əməl edilməyib. Yenə də sual yaranır: niyə? Kim və nə mane olub? Səbəb bəllidir: belə ki, audit zamanı məlum olub ki, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib, “Azalternativenerji” MMC-nin idarəetmə orqanlarından olan Müşahidə Şurası və Elmi metodiki Mərkəz bu günə kimi yaradılmayıb, Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib, Proqramda qoyulan məqsədlərin bəzilərinə, ümumiyyətlə, nail olunmayıb, “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası” layihəsinin müvafiq direktiv orqanlarında təsdiq edilməsi təmin edilməyib.
Ən dəhşətlisi: layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir. Bu nə qanunsuzluqdur? Agentlik tərəfindən bu, həmin ərazilərdə infrastruktur işlərinin müxtəlifliyi ilə əlaqləndirilsə də, eyni güclərin yaradılmasına çəkilən xərclərin əhəmiyyətli fərqlənməsi obyektlərin layihələndirilməsi işinin təkmilləşdirilməsinin və əlaqələndirilməsini zəruri edir.

Maliyyə əməliyyatlarındakı maxinasiyalar gözə girir...

Hesablama Palatası onu da müəyyən edib ki, əksər hallarda enerji satışı üzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi, sadəcə, təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi heç uçota da alınmayıb, yaxud, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib. Beləliklə, Hesablama Palatasının Kollegiyası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Azalternativenerji” MMC tərəfindən yol verilmiş ciddi nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlbi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Palataya məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti və müvafiq təqdimat Agentliyə göndərilib. Amma kimə qarşı tədbir görülməlidir? Agentliyin sədri Akim Bədəlova qarşı?

Akim Bədəlov niyə Dövlət proqramını icra etməkdə maraqlı olmayıb?

Sual olunur: dövlət başçısı Agentliyin fəaliyyəti üçün bütün mümkün olanları edir ki, təki Azərbaycan zəngin alternativ enerji mənbələrindən səmərəli istifadə edən və bəhrələnən ölkələr sırasına çıxsın... Amma edilən etimadlar özünü doğrultmur! Niyə? Diqqət edin: Akim Bədəlovun rəhbərlik etdiyi Agentliyin 2012 - 2020-ci illəri əhatə edən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təmin edilməsi üçün lazımi hüquqi sənədlər və maliyyə təminatı birmənalı olaraq ortaya qoyulub. Proqramda da nəzərdə tutulub ki, 2020-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin miqdarı azı ümumi faktiki tələbatın 12 faizi həcminə çatdırılmalıdır. Akim Bədəlovun komandasının isə hərəkətsizliyi onu sübut edir ki, əksinə, dövlət proqramında nəzərdə tutulmuş işlərin heç yüzdə biri də görülməyib... Elə isə, bu məqsədlə ayrlan yüz milyonlarla manat vəsait niyə səmərəsiz istifadə olunub???

Akim Bədəlovun “ailə podratı”?

Agentliyin “dərdi” tapılıb-jurnalist araşdırmamız nəticəsində. Məlum olur ki, Akim Bədəlov agentlikdə əməllicə “ailə podratı” yaradıb və... Elə bir müddət əvvəl Akim Bədəlovun adı həm də mərhum akademik Tofiq İsmayılovun ailəsinə qarşı etdiyi haqsızlıqla da diqqətdə qalıb.
Budur, 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə Akim Bədəlovun sədri olduğu agentlikdən “Xəzər Konsaltinq Agentliyinə” adı çəkilən QSC-yə 1.250.000 (bir milyon iki yüz əlli min manat) vəsait ötürülüb. Kim bilmir ki, bu QSC Akim Bədəlovun ailəsinin nəzarətində deyil və “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə də sədrin yaxın qohumu Asif İsmayılov rəhbərlik edir. Bunu isə bir sıra elektron media açıq yazıb və hələ də təkzib edilməyib... Hansı ki, bu şirkətin səhmdarı isə onun həyat yoldaşı və oğludur, bəs belə olan halda həmin şirkət Akim Bədəlovun sədri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində podratçı ola bilərdimi? Axı qanun bunu birmənalı olaraq yasaq edir.

Akim Bədəlovu nə gözləyir?

Hesablama Palatasının məlum yoxlamaları, bir müddət əvvəl isə Akim Bədəlovun rəhbəri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəsmi statusunun əlindən alınaraq Energetika Nazirliyinin tərkibinə qatılması çox mətləblərdən xəbər verir... “Təzadlar”ın əməkdaşları hələ 2009-cu ildə Xızının Şurabad kəndi yaxınlığında (Xəzər dənizinin sahilboyu) külək enerjisindən elektrik enerjisi istehsal etmək üçün yaradılmış pilot layihənin vəziyyəti ilə maraqlanıb, Mərəzə qəsəbəsində-dağın döşündə quraşdırılmış günəş batareyaları sisteminin və yenə də bu ərazidəki küləkdən elektrik enerjisi istehsal edən qurğuların, Bakı-Yevlax avtomobil yolunun Sahil qəsəbəsindən keçən hissəsində (Sement zavodunun qarşısı) günəş enerjisindən elektrik enerjisi istehsal edən kompleksin... vəziyyəti ilə maraqlanıb... Əməkdaşlarımıza adının çəkilməsini istəməyən mütəxəssislər deyiblər ki, bu pilot layihələrə ayrılan vəsaitin silinməsi üçün hər ay saxta sənədlərlə guya enerji istehsal edilməsi barədə hesabatlar hazırlanıb, aidiyyəti qurumlara təqdim edilib, bu olmayan enerjilərin alıcılarından saxta hesabatlar götürülüb... “Pripiska”nın yeni variantıdırmı bu? Hələ 2010-cu ildə Qobustanda eksperiment olaraq poliqon və tədris mərkəzi yaradıldı, külli miqdarda vəsait xərclənərək 30 hektarda külək elektrik stansiyası, günəş elektrik stansiyası və s. quraşdırıldı. 2010-cu ildə həm də Sumqayıt Texnologiyalar Parkında “Günəş kollektorları və qazanları” zavodu fəaliyyət göstərməyə başladı. Bəs niyə bu enerjilərdən bəhrələnənləri görmürük? Problem niyə bu qədər qəlizdir?
***
Vacib olan budur ki, dövlətin etibar və etimadını doğrultmayan, nəinki doğrultmayan, əksinə, dövlətin xoş niyyətlərlə ayırdığı vəsaitlərinə xəyanət edilən bir Agentlikdən hansı faydanı gözləməyə dəyməzdi! Axı, Azərbaycan ucuz enerji imkanlarına, o cümlədən su elektrik stansiyalarına, külək enerji mənbələrinə, günəş batareyaları imkanlarına və sair malikdir... Bir daha xatırladırıq ki, Azərbaycan Prezidentinin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bu istiqamətdə əsas fəaliyyət sənədidir. Və Dövlət proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması, ətraf mühitin qorunması üçün konkret məsələlər qarşıya bir məqsəd kimi qoyulmuşdur. Amma yuxarıda Hesablama Palatasının məlum yoxlaması və digər direktiv sənədlər təsdiqləyir ki, sahədə ciddi provlemlər və qanunsuz fəaliyyətlər vardır. O sahədə ki, onun inkişafı Akim Bədəlova etibar edilmişdir. Amma Akim Bədəlov çox təəssüflər olsun ki, bu etimadı doğrultmadı, fəaliyyəti korrupsiya ilə inkişaflı istiqamətli oldu...
Mövzuya qayıdacağıq.
“Təzadlar”ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru