"Vip Style"də daha bir biabırçılıq... - Əliyevanı necə qaradəriliyə çevirdilər...
Tarix: 16-10-2017, 12:15 | Çap et
“VİP STYLE” özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib.
Bu şikayətlə virtualaz.org-un redaksiyasına paytaxtın tanınmış xəstəxanalarından birində baş mühasib işləyən Səidə Əliyeva müraciət edib. Şikayətçinin sözlərinə görə, bu müddət ərzində ona 3 min manatdan artıq müxtəlif kosmetik vasitələr aldırıblar. Əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb.
Səidə Əliyeva danışır ki, ilk dəfə bu klinikaya 2017-ci ilin fevralında iş yoldaşı ilə birlikdə gedib. Klinikadan onun mobil telefonuna zəng edərək deyiblər ki, “VİP STYLE” MMC-dən nömrəsi “kupona düşüb”, ona görə də nömrə sahibini pulsuz kosmetik müayinə üçün klinikaya dəvət edirlər. Üstəlik bildiriblər ki, ilk prosedur pulsuzdur.
“Mənim nömrəmi onlara klinikada pulsuz prosedur keçən, lakin təklif etdikləri kosmetik vasitələri almağa imkanı olmayan tanışım vermişdi. Ona şərt qoyublar ki, əgər bizim satdığımız kosmetik vasitələri almırsansa, azı 15 tanışının nömrəsini verməlisən. Mən də fikirləşdim ki, əgər o gedibsə, mən də üzümün dərisini müayinə etdirə bilərəm. Elə ilk müayinədən proseduraya dəvət etdilər və bildirdilər ki, üzümün dərisində problem var. Mənə dedilər ki, üzümün dərisindəki bütün problemlər aradan qaldırılacaq, bütün lazımi prosedurlar həyata keçiriləcək”, - deyə S. Əliyeva bildirir.
850 manatlıq “Salvador Dali kursu”: başlayıb üzü qaralmağa
Razılaşdıqdan sonra S. Əliyeva ilə 850 manatlıq müqavilə bağlayıblar və o da deyilən məbləği dərhal ödəyib. Bundan sonra ona müalicə metodu və qəbul günləri təyin edilib. Beləliklə beş gündən bir klinikaya gedərək prosedurları qəbul edən şikayətçinin üzündə elə ilk həftənin tamamında qızartı və qaşınma əmələ gəlib.
“Əvvəlcə “Salvador Dali” kursu keçdilər. Sonra məni özünü həkim kimi təqdim edən Fidan adlı xanım müayinə etməyə başladı. O, mənə təklif etdi ki, üzümdəki qaralma və qaşınmanı aradan qaldırmaq üçün onların 2 min manat dəyərində olan kosmetikalarını almalıyam. Məni əmin etdi ki, həmin kosmetik vasitələr üzümdəki bütün problemləri aradan götürəcək. Guya bütün lazımi proseduralar aparılıb, artıq üzümün dərisi kösmetik vasitələrdən istifadəyə hazırdır. Onlara izah etdim ki, mənim dərim həssasdır, kosmetik vasitələrdən, özü də tez-tez istifadə zamanı problem yarana bilər. Ancaq heç bir müayinə aparmadan əmin etdilər ki, təklif edilən kosmetik vasitələr üzümün dərisinin sağalmasına kömək edəcək. Mən də razılaşıb təklif olunan kosmetik vasitələri aldım”-qadın danışır.
Əliyeva bir müddətdən sonra görür ki, sifətində əməlli-başlı qaralma baş verib. Təzədən həkimə müraciət edəndə resepti dəyişib yeni ona yeni dərmanlar yazıblar. Üstəlik bir aparat da veriblər ki, evdə özü proseduru davam etdirsin. Qadın ona təklif olunan bütün dərmanlardan və prosedurlardan istifadə edib. Lakin üzünün dərisi sağalmaq əvəzinə daha da qaralmağa başlayıb.
“Salvador Dali-2” kursu: üzü daha da bərbad hala düşdü
Şikayətçinin sözlərinə görə, klinikada 4 aya yaxın prosedurlardan keçdikdən sonra üzündə ciddi problemlər əmələ gəlib. Artıq üz dərisinin rəngi o qədər qaralıb ki, onu kosmetik vasitələrlə də örtmək mümkün olmayıb. May ayında isə ona yenidən “Salvador Dali -2” kursu yazılıb. Ümumilikdə bu keyfiyyətsiz dərmanlara 3300 manat pul xərcləyib və əvəzində isə nəinki dərisi gözəlləşməyib, hətta üzü bərbad hala düşüb.
“Müalicədən imtina etmək qərarına gəldim, çünki artıq onlara inamım qalmamışdı. Nə baş verdiyinin araşdırılması məqsədilə klinikaya gedəndə mənə dedilər ki, “siz sifətinizi gündə yandırmısınız, bizim burada nə günahımız var?” Guya mən çimərliyə gedib sifətimi yandırmışam. Qəbul etmək istəmirlər ki, üzümün dərisini onların baha qiymətə satdıqları kimyəvi dərmanlar yandırıb”-S.Əliyeva deyir.
Klinikada qadına onu da deyiblər ki, kökdür və yəqin şəkərli diabeti də var. Hətta qara ciyərində problem ola biləcəyi haqda da xəbərdarlıq ediblər.
Buzlu su ilə limon şirəsi
“Mən isə irad bildirdim ki, əvvəldən sadalanan xəstəliklərin olub-olmadığını, baha qiymətə satdığınız dərmanların belə xəstələrə necə təsir edəcəyini müştəriyə bildirməli idiniz. Halbuki məndə sadalanan xəstəliklərin heç biri yoxdur. Əgər doğrudan da yaranan problem sadalanan xəstəliklərlə bağlıdırsa, nədən ancaq üzümün krem çəkilən hissəsi qaralıb? Bundan sonra mənə soyuq prosedura təyin etdilər. Artıq 500 manatlıq müalicəyə başladım. Müxtəlif kosmetik vasitələrdən istifadə etdilər. Yenə xeyri olmayanda təklif etdilər ki, bütün kosmetik prosedurları dayandırıb, yalnız buzlu su ilə limon şirəsinin qarışığından istifadə edim. Əgər üzümün dərisinin müalicəsi üçün buzlu su ilə limon suyu lazım idisə, nədən mənə təzədən 500 manatlıq dərman satırdılar?”, - deyə şikayətçi bildirir.
Bunun da xeyri olmadığını görəndə S.Əliyeva başqa bir klinikada müayinədən keçmək qərarına gəlib. Məlum olub ki, onun üzünün dərisini kosmetik vasitələr yandırıb. Qadın Klinikanın tibbi rəyi ilə “VİP STYLE” MMC-nin rəhbəri Aydın Cəfərova müraciət edib. Onu dinləyəndən sonra öz həkim heyətləri ilə ayrıca məşvərət aparıblar. Klinika rəhbəri deyib ki, dərinin qaralması onların təyin etdiyi kosmetik vasitələr üzündən olmayıb.
Şikayətçi daha sonra bunları nəql edir: “Dedilər yəqin siz üzünüzə başqa nəsə eləmisiniz. Sonra mənə təklif etdilər ki, 2 min manat qaytarırlar və məsələ bitmiş hesab olunur. Hansı ki, mən onlara 3300 manat pul ödəmişəm. Təbii ki, onların təklifi ilə razılaşmayıb, ödədiyin pulların hamısını geri tələb etdim. Vermədilər. Sonradan onların 2 min manat təklifi ilə razılaşdıqda bildirdilər ki, o pul da mənə çoxdur, mənə yalnız 1100 manat verə bilərlər”.
Şikayətçi deyir ki, klinikada bisavad və çox böyük ehtimalla ixtisasca həkim olmayanlar işlədiyindən onun dərisinin xüsusiyyətləri müəyyən edilməyib. Şikayətçinin sözlərinə görə, üz dərisinə edilən qızıl maska da belə problemə səbəb ola bilərdi: “Mənə qızıl maska edirdilər və onu dərimdən maqnitlə çıxarırdılar. Əslində heç bir metal mənim üzümə dəyməməli idi. 4 ay sanki hipnozda olmuşam…”
Maykl Cekson kimi...
S.Əliyeva başına gələnlərlə bağlı prokurorluğa müraciət edib. Deyir ki, ekspertiza ona “demodeks”, “foto dermatit” diqanozu qoysa da, bundan narazıdır. O, bir çox tanınmış dermatoloqların qəbulunda olub və üzündə “post inflamator hiper pigmentasiya” olduğu aydınlaşıb. Bu problemin həlli isə demək olar ki, mümkün deyil. Üzün əvvəlki vəziyyətini bərpa etmək bəlkə də illərlə sürən uzun müalicədən sonra mümkün ola bilər. Həkimlər ona bildiriblər ki, üzünü bir də müğənni Maykl Ceksonun dərisi kimi ağartmaq mümkündür ki, bu halda gərək ümumiyyətlə gün işığına çıxmasın.
Şikayətçi klinikanın ona dəyən maddi və mənəvi ziyanın ödəməsini istəyir. O bildirir ki, fırıldaqçılıqla məşğul olan klinika bağlanmalı və camaatın aldadılmasının qarşısı alınmalıdır: “ Mən təzədən ekspertiza keçirilməsini istəyirəm. İstəyirəm ki, bu tibb mərkəzinin lisenziyası əlindən alınsın. Çünki orada qadınları aldadıb prosedurlara razı salırlar. Bu klinikada istifadə olunan kosmetik vasitələr bura necə gətirilir, gömrükdən keçirmi, bunların arxasında kim dayanır? Mən klinika bağlanana qədər etirazımı davam etdirəcəyəm”,-, deyə şikayətçi bildirir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
|