"Azpetrol" Qaradağ rayonunda yeni yanacaqdoldurma məntəqəsi açıb
Tarix: 21-07-2017, 10:27 | Çap et
DİA.AZ: - "Azpetrol" Şirkəti iyulun 15-də Qaradağ rayonunda yeni yanacaqdoldurma məntəqəsi açıb. Bu, “Azpetrol”un sayca 88-ci yanacaqdoldurma məntəqəsidir. Şirkətin mətbuat xidmətindən DİA.AZ-a verilən məlumata görə, yeni məntəqənin açılışında Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak ediblər. Məntəqənin açılışı zamanı "Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, Şirkətin yeni yanacaqdoldurma məntəqəsinin bugünkü açılışı “Azpetrol”un yaranmasının 20 illik yubileyinə düşdüyündən daha əlamətdardır. Belə ki, 15 iyul 1997-ci il tarixində Bakı şəhəri Tbilisi (indiki Moskva) prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayan "Azpetrol" həm beynəlxalq standartlara cavab verən müasir iş yerlərinin yaradılması, həm də mütərəqqi texnologiyalara əsaslanan operativ idarəetmə sisteminin qurulması baxımından respublika iqtisadiyyatına, xüsusilə özəl sektora yeni nəfəs gətirən ilk şirkətlərdən olub. "Azpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyət göstərməsi Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı və iqtisadiyyatın tərəqqisi sahəsində görülən işlərin nəticəsində mümkün olub və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Şirkətin Baş direktoru daha sonra vurğulayıb ki, yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə 1999-cu ildə müasir standartlara cavab verən, Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmiş Neft bazası və yanacağın YDM və QDM-lərinə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə yanacaqdaşıyan maşınların Avtoparkı istismara verilib. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır. Şirkət 2001-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ sistemini tətbiq etmiş, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artdığını və 6500-dən yuxarı olduğunu, kartların sayı isə 100.000-dən yuxarı ötdüyünü nəzərə alaraq, tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online” proqramının tətbiqinə başlanılıb. "Azpetrol" şirkəti özündə üç istiqaməti - keyfiyyəti idarəetmə sistemini (İSO -9001:2015), ətraf mühit idarəetmə sistemi (İSO - 14001:2015), İş sağlamlığı və əməyin təhlükəsizliyini (OHSAS - 18001:2007) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirir. Hazırda “Azpetrol“un respublikamızın şəhər və rayonlarında 88 YDM və QDM-i fəaliyyət göstərir. Onların hesabına 3305 nəfərlik iş yeri yaradılıb. Bu gün isə yeni açılan yanacaqdoldurma məntəqəsində 48 nəfər daim iş yeri ilə təmin edilib. "Azpetrol" şirkəti bundan sonra da yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır. Belə ki, Şirkət bu ilin sonunda Siyəzən rayonunda daha bir YDM açacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|