Dələduzluqla məşğul olan tur firmaları peyda olub - İndoneziya, Dubay, Türkiyə...
Tarix: 12-05-2017, 13:11 | Çap et
Bakıda vətəndaşları şirnikləndirərək onları bir həftəlik xaricə istirahətə göndərən turizm firmasının yalanları faş olub. Paytaxtın Süleyman Rəhimov küçəsi 185/1 ünvanında yerləşən "Crown Vacation Club” şirkətinin hədiyyə sertifikatının əsl mahiyyətinin nədən ibarət olduğu üzə çıxıb. Uduş qazanan vətəndaşlardan biri BakiPost.az-a deyib ki, sözügedən firmanın əməkdaşı ona zəng edərək Türkiyəyə 1 həftəlik istirahət hədiyyəsi qazandığını bildirib və mükafatlandırma tədbirinin keçiriləcəyi "Diplomat” otelinin ünvanını verib. Həyat yoldaşı ilə bir həftəlik Türkiyəyə gedəcəyinə sevinən şəxs deyilən tarixdə oteldə olub və burada onun kimi mükafat qazananların gəldiyini görüb. Onlardan kimisi Bakıdakı restoranlardan birində şam yeməyi, kimisi şəhərdəki otellərdən birində istirahət, kimisi İndoneziyaya, kimisi Türkiyəyə, kimisi Dubay tur hədiyyəsi əldə edib. Qaliblərə firma tərəfindən rusca yazılmış "padarıçnıy sertifikat” təqdim edilib və deyilib ki, qərar verdikdə xəbər etsinlər, otel sifariş olunsun. Ancaq çox keçmir ki, "Crown Vacation Club” şirkətinin bu kələyinin üstü açılıb. Həmin hədiyyə sertifikatında qeyd olunub ki, sentyabrın 1-dən oktyabrın 15-dək olan aralıqda istənilən vaxt Türkiyəyə gedə bilərlər. Bunun üçün şirkətə məlumat verilir və onlar oteli sifariş edirlər. Amma işin gülünc tərəfi odur ki, həmin 1 həftəlik tur xərclərinin 95 faizi uduş qazanmış vətəndaşın üzərinə qoyulub. Bura yol xərcləri, günorta və şam yeməyi daxildir. Şirkət isə yalnız gecələməyə yer və səhər yeməyi verir. Sertifikatla tanış olanda o da aydın olur ki, demə, cütlüyə Türkiyədə qalmağa otel də yox, yaşayış binasında mənzil verilirmiş. Sadə bir məntiqdir ki, Türkiyədə bir həftəlik turizm bölgəsinə istirahətə getmək istəyən şəxs pulu varsa "Crown Vacation Club” şirkətinə nə ehtiyacı var?! Hazırda Türkiyədə Antalya, Bodrum, Mersin, Quş adası və başqa dəniz sahilində olan bölgələrdə istirahət təqribən 2 nəfərə bir həftəlik 800-1000 manata başa gəlir. Qiymət fərqi otelin ulduzunun seçimindən asılıdır. Ona görə də vətəndaş adıçəkilən şirkətin verdiyi sertifikatla tanış olanda görür ki, uçuş, yeyib-içmək xərcləri elə təxminən 1000 manata gəlib çıxır. BakiPost.az xəbər verir ki, əslində həmin firmanın nə məqsəd güddüyü başqa məsələdir. Turizm firmalarından birində 10 ildir çalışan təcrübəli menecerin sözlərinə görə, "Crown Vacation Club” adını eşidəndə təccüblənməyib. O bildirir ki, sözügedən firma illər əvvəl başqa ad altında fəaliyyət göstərib və onlarla vətəndaşı aldadıb. Menecer deyir ki, şirkət ifşa olduqdan sonra yeni - "Crown Vacation Club” adda işini bərpa edib: "Bu firma uduş qazanan vətəndaşları Dubaya, Türkiyəyə, Kiprə, ərəb ölkələrinə, yəni müxtəlif kurort zonalarına həqiqətən də göndərir. Amma turist ora çatanda başqa mənzərə ilə qarşılaşır. Ona qaldığı mənzili sırımağa çalışırlar. Psixoloji cəhətdən təsir edirlər ki, imkanın varsa qaldığı bu evi alsın. Hətta ona müxtəlif şərtlər təklif edilir. Turist inandırılır ki, Türkiyədə, ya da Dubayda dənizin yaxınlığında, gözəl mənzərəsi olan bir yerdə mənzil almağın nəyi pisdir?! Təbii ki, firma bunu zorla satmır, amma təsir edə bilir. Hətta seminar təşkil olunur, təbliğat aparılır. Əlqərəz, vətəndaş dəniz kənarında istirahətə adı ilə gedir, amma qabağına seminarlar, "novostroyka”da mənzillər çıxır. Vətəndaş guya, tur paket qazanıb, amma öz cibindən xərcləyir, sonra da ev almağa təhrik olunur. Ümumiyyətlə, bu firmalar illərdir ki, post sovet ölkələrində işləyirlər. Onları Kipr, Türkiyə, ərəb ölkələrinə göndərirlər. Bu daha çox turizm işi yox, marketinq işidir”.
Onu da deyək ki, internetdə axtarış zamanı bu firma barəsində məhdud informasiyalar var idi. Təkcə disput.az-da "Розыгрыш �?ли Мошенничество” və "Афера, Розыгрыш �?ли Нет?” başlıqları ilə yayımlanan yazılarda insanların yazdıqları şərhlərdən firmanın fəaliyyətinin mahiyyəti aydın olur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Dünən, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Dünən, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünən, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Dünən, 14:15 |
|
|
|
|