Azad Rəhimov və mənimsənilən milyonlar... - Nazirin şəxsi maraqlara qurban verdiyi öhdəlik
Tarix: 13-05-2016, 10:54 | Çap et
2-ci YAZI
Azərbaycanda bir sıra nazirlərin fəaliyyətinə nəzər salanda məlum olur ki, üst vəzifə sahibi sayılan bu şəxslər ölkədə və xaricdə böyük biznes şəbəkəsinə nəzarət edirlər. Onlar həm gizli biznesmen, həm də nazir olmaqla böyük var-dövlət sahibidirlər. Nazirlərimizin əksərinin biznesdə uğur qazanması təsadüfi deyil. Ölkənin qanunlarına məhəl qoymamaqla dövlətə milyonlarla borclu olan vəzifə sahiblərimiz istənilən halda haqlı tərəf olmaqla, istəklərini Azərbaycanda həyata keçirməkdə hər hansı bir maneə ilə üzləşmirlər. Onlar, sadəcə zənglə digər həmkarlarını da qanunları pozmağa çağırır və buna nail olurlar. Dövlətin ən varlı biznesmenlərindən biri də Gənlər və İdman naziri Azad Rəhimov hesab olunur. Ötən yazımızda nazirin böyük biznes şəbəkəsindən və onun Fətullah Gülənə yaxın şəbəkə ilə sıx əlaqəsindən bəhs etmişdik.
Biznesdəki uğurun idmandakı fəsadları
Azərbaycanın Gənclər və İdman nazirinin biznesdəki uğuru rəhbəri olduğu dövlət sahəsində özünü yaxşı tərəfdən göstərmir. Biznesin bütün çalarlarını bilən Rəhimovun ölkənin idman sahəsində fəaliyyəti, sadə dillə desək, iflasa aparır. İdman sahəsində yaranmış problemlər, idmançıların məşq edib yarışa hazırlaşmaları üçün normal şəraitin olmaması nazirin narahatçılığına səbəb olmur. İdman sahəsini də biznesmen kimi idarə edən Azad Rəhimovun ölkə idmançılarına bir nazir olaraq dəstək verməməsi yaradılan şəraitdən aşkar görünür. Gənclər və İdman nazirinin istər paytaxtda, istərsə də bölgələrdə idmançılara və gənclərin bu sahəyə marağının artmasına çalışmamasının arxasında hansısa maraqların durduğuna inanmaq istəməzdik. Lakin aparılan araşdırmalar göstərir ki, təkcə hər ay rəsmi sənədlərdə yarışların təşkili, nazirliyin tabeçiliyində olan məktəblərdə müxtəlif adlarla tədbirlərin keçirilməsi adı ilə dövlətin milyonlarla vəsaiti mənimsənilir. Azad Rəhimovun nəzarətində baş verən korrupsiyanın gənclərin sosial durumuna, sağlam yetişməsinə və ölkə idmanının inkşafına hansı çətinliklər yaratdığına faktların dili ilə nəzər yetirək.
Şəxsi maraqlara qurban verilən öhdəlik
Ilk öncə qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik yaradılarkan qarşısına bir sıra tapşırıqlar qoyuldu. Həmin tapşırıqlardan biri də Azərbaycan Respublikası bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsidir. Bununla yanaşı gənclərin sosial durumunun yaxşılaşdırılması və onların idman sahəsinə cəlb edilərək bu sahədə inkşafına şərait yaratmaq nazirliyin başlıca vəzifələrindən sayılır. Bu mənada ölkədə onlarla olimpiya komplesləri tikildi və gənclərin idmana cəlb edilməsi üçün dövlət dəstəyi ifadə olundu. AZAD RƏHİMOV VƏ MƏNİMSƏNİLƏN MİLYONLAR Lakin Azad Rəhimovun şəxsi maraqlara xidmət edən idarəetməsi bir zamanlar idmana böyük həvəs göstərən gənclərin indi çayxanalarda vaxt kecirməsinə səbəb olub. Belə ki, nazirliyin qarşısına qoyulan vəzifələrin icra edilməməsi və olimpiya komplekslərində idmançıların məşq etməsi üçün saatlara uygun olaraq rüşvət tələb edilməsi sağlam gəncliyə inanan insanların ümidlərini alt-üst edir. Yarıtmaz fəaliyyət nəticəsində nazirliyin balansında olan idman məktəbləri də baxımsızlıqdan idmançı yetişdirmək öhdəliyini icra edə bilmirlər. Olimpiya komplekslərinin, idman məktəblərinin uçulub dağılmaqda olan binalarının əziyyətini çəkən idmançı gənclərin taleyinə biganə qalmaq qarşıya qoyulan vəzifələrin necə “icra olunduğuna” nümunə ola bilər. Nazirliyin idmana “diqqəti” nəticəsində yaranmış vəziyyət sadəcə Azad Rəhimovun biznes imperiyasının möhkəmlənməsinə xidmət etmədədir.
Yalançı hesabtlardan milyonlar qazanan nazir
Qeyd etdiyimiz kimi, Azad Rəhimov nazir təyin olunandan sonra nazirlyin şəhər və rayonlarında yerləşən idman məktəblərində heç bir müsbət dəyişikliyin şahidi olmadıq. Əksinə rəsmi sənədlərdə və nazirliyin illik hesabatlarında idman məktəblərində təmirdən və yüksək şəraitdən, eləcə də idmançıların ehtiyaclarının ödənilməsindən bəhs edildiyinin şahidi oluruq. Lakin məktəbləri gəzdikcə Azad Rəhimovun verdiyi hesabatların sadəcə yalan olduğunu görmək çətinlik yaratmır. Hətta idman məktəblərinin bərbad vəziyyətdə olan zalları, idmançıların məşq etmək üçün məktəblərdə normal şəraitin olmamasından etdikləri gileyin və narazılığın səsi Gənclər və İdman Nazirliyinin binasının divarlarında keçilməz səddlə rastlaşmaqdadır. Nəzərə alsaq ki, yalançı hesabatlarla ildə küllü-miqdarda dövlət vəsaiti silinir və mənimsənilir, onda cənab nazirin dövlətə necə “sevgi” bəslədiyini anlamaq olur. Təkcə illik tədbirlərin siyahısına baxsaq görərik ki, Gənclər və İdman Nazirliyi və bu qurumun yerlərdəki idarələri böyük fəaliyyət planı həyata keçirirlər. Təəssüf ki, sənədlərdə qeyd olunan bu rəqəmlərə reallıqda rast gəlmirik. Nazirliyin idarələrlə razılaşdıraraq həyata keçirdiyi bu saxtakarlığın yenə böyük vəsaitlərin mənimsənilməsinə şərait yaratdığına şübhə qalmır. Dövlətin milyonları yeyilir, amma gənclər idmanla məşğul olmaq üçün şərait axtarmaq zorunda qalıblar.
Ayda bir görüş və...
Yalançı statistika ilə cəmiyyətdə inkşafdan bəhs edən Azad Rəhimovun şəhər və rayonlara təyin etdiyi Gənclər və İdman idarələrinin rəhbərləri də şeflərinə sadiqdirlər. Hər ay tədbirlər planını sənədləşdirənlər nazirin şəriki kimi dövlətin varını talamaqdadırlar. Bəzi idmançılarla və məşqçilərlə söhbət zamanı məlum olur ki, onlar nəinki ayda, il ərzində belə tədbirlərin şahidi olmurlar. Azad Rəhimovun yerlərdəki gənclər və idman idarələrinə üz tutub yardım istəmək və ya problemlərini ifadə etmək mümkün deyil. İdmançıların taleyinə biganə qalan nazirliyin rayon və şəhərlərdəki balaca rəhimovları ölkədə idmanın məhvinə aparan fəaliyyətə sadiqdirlər. Onlar rayon və şəhərlərdə idmanın inkşafına diqqət ayırmaq əvəzinə, ayda bir dəfə nazirliyə gəlib rəsmi sənədlərdə qeyd olunan “yardım” siyahısına imza atırlar. Özlərinin əlində gətirdiyi tədbirlər planını təsdiq edəndən sonra nazirliyin ayırdığı vəsaitin 30%-ni götürüb otaqlarına geri dönürlər. Azad Rəhimovun bu qaydaları ilə nazirliyə ayrılan və sadəcə sənədlərin dili ilə xərclənən milyonların hara getdiyini görən olmur. Beləcə batmaqda olan idman sahəsi sadəcə sənədlər üzərində inkşafda olduğunu təsdiq edir.
Azad Rəhimovun 3 min manatlıq vəsiqələri
Gənclər və İdman nazirinin bəzi məşqçilərə “Əməkdar məşqçi” adının verilməsində rolu böyükdür. Danmaq olmaz ki, bu gün ölkədə bu ada layiq məşqçilər var və onların bu adı əməkləri ilə qazandığına şübhə yoxdur. Lakin, Azad müəllim “əməkdar məşqçi” adına layiq olmayanları da razı sala bilir. Nazirliyin tələbi ilə 3000 manatı olan məşqçi bu adı qazana bilər. Onun idman sahəsində və ya ad aldığı sahədə uğurunun olması vacib şərt hesab olunmur. Bu mənada nazirin tələblərini icra edənlər çətinlik çəkmədən Azad Rəhimovun mübarək imzası ilə təsdiqlənmiş vəsiqəni əldə edirlər. Bəzi məşqçilərin isə sahələrində uğurlar qazanmasına baxmayaraq kasıb olmaları onları “əməkdar məşqçi” adına həsrət qoyub. Nazirliyin qaydalarına əsasən, digər mükafatlar və ya fərqləndirilmiş adları almaq istəyənlər tələbləri icra etməlidirlər. Bu tələblər qanunlarla deyil, sadəcə Azad Rəhimovun istəkləri ilə irəli sürülür...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|