Masallı məhkəməsinin hakimindən prezidentə şikayət... - "İşimlə bağlı keçirilmiş məhkəmə prosesi..."
Tarix: 12-05-2016, 10:54 | Çap et
Masallının Rudəkənar kənd sakini Rəhimov İkram Rafiq oğlu rayon Məhkəməsinin hakimi Anar Alməmmədovun və katib Emin Teymurovun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Məhkəmə-Hüquq Surasının sədri Fikrət Məmmədova və Məhkəmə-Hüquq Şurasının üzvlərinə müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik: “Hörmətli Prezident və hörmətli cənab sədr! Keçən ay Masallı rayon məhkəməsinə müraciət edib iddia qaldırmışdım. Həmin iddiama Masallı rayon məhkəməsində 19 aprel və 2 may tarixlərində baxıldığını zənn etmişdim. Hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən proseslərdən öncə Masallı rayon məhkəməsində katib işləyən Teymurov Emin tərəfindən mənə tələb irəli sürüldü. Həmin tələbdə bildirilirdi ki, hakim Anar Alməmmədova mənim iddiamı təmin etmək üçün 500 manat verməliyəm. Mən ilk öncə heç bir cavab vermədim və hakimlə görüşüb söhbət edəndə məlum oldu ki, tələb yerinə-yetirilməlidir. Bundan sonra prosesi gözlədim və irəli sürülən tələbləri yerinə-yetirməkdən imtina edəcəyimi gizlətdim. Məhkəmənin may ayının 2-si saat 14-00-a təyin olunmuş prosesində hakim Anar Alməmmədov iddiamı təmin etdiyini elan etdi. Ayın 3-ü isə katib Emin Teymurov mənə zəng edərək iddiamın qismən təmin etdiyini və digər tələblərimin rədd edildiyini bildirdi. Hörmətli cənab Prezident və hörmətli cənab sədr! Məhkəmənin hakiminin qərar qəbul edib sonra onu dəyişməsi məni narahat etdi. Apardığım araşdırmalar və əldə etdiyim sənədlər göstərir ki, işimlə bağlı keçirilmiş məhkəmə prosesi heç bir qanuna əsaslanmayan özbaşınalığın göstəricisidir. Belə ki, hakim Anar Alməmmədov mənim imzamla olan iddia ərizəmi yox etmiş və özü mənim yerimə ərizə yazmışdır. Həmin yazdığı iddia ərizəsinə mənə məxsus olmayan imza da atmışdır. İndi əlimdə olan və baxılıb qərar qəbul edilən iddia ərizəsində imzanın və yazılan tələblərin mənə məxsus olmadığının şahidiyəm. Mənim imzamla təsdiq edilməyən iddia ərizəsinə Hakim Anar Alməmmədovun və ya kimin imza atdığını deyə bilmirəm. Lakin əminliklə deyirəm ki, iddia ərizəsi hakim tərəfindən dəyişdirilmiş və bu qanunsuzluq mənim iddiamın təmin edilməməsi üçün həyata keçirilmişdir. Bundan əlavə iddia ərizəmə əlavə vəsadət əlavə edən və imzalayan hakim qarşı tərəflə razılaşdıqdan sonra zalda elan etdiyi qərarı bir gün sonra dəyişmişdir. İlk dəfə elan etdiyi qərara cavabdeh tərəfin etiraz etdiyini görən hakim aldığı rüşvəti geri qaytarmaq istəmədiyi üçün bu addımı atmışdır. Qəbul olunmuş qərarı dəyişdirəndən sonra hakim Anar Alməmmədovla əlaqə saxladım. Anar müəllim mənə bildirdi ki, “burda sən heçnə itirmirsən. Ver Apelyasiya məhkəməsinə qoy iddianı təmin eləsinlər. Mən qorxuram”. Bəs dediyiniz tələbi etsəydim necə qorxmazdınız? Mənim iddia ərizəmi dəyişib yerimə iddianı və imzanı kim təşkil edib suallarıma hakim “bilmirəm dedi” Hörmətli cənab Prezident və hörmətli cənab sədr! Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədovun və məhkəmənin katibi Emin Teymurovun qanunsuz əməllərindən bu gün mənəvi sarsıntı keçirirəm. Bir hakimin mənim iddia ərizəmi dəyişdirərək adımdan xəbərim olmadan iddia ərizəsi yazması və yerimə imzalaması qanunun kobud şəkildə pozulması deməkdir. Lakin, mənə aid olmayan iddia ərizəsinə imza atması görünür hakim və onun əlaltılarının qanundan qorxmadığını göstərir. Yuxarıda qeyd etdiklərimi və hüquqlarımın kobud şəkildə pozulmasını nəzərə alaraq Sizdən hakim Anar Alməmmədovun və katib Emin Teymurovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün tapşırıq verməyinizi xahiş edirəm. Sizə öncədən təşəkkür edirəm. Hörmətlə: Rəhimov İkram Rafiq oğlu Masallı rayon, Rudəkənar kəndi
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|