«Neftqaztikinti» Trestinin müdirinə ağır ittihamlar - Belə deyirlər...
Tarix: 28-04-2016, 10:33 | Çap et
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin 12 mart 2007-ci il tarixli 51 nömrəli və 14 mart 2007-ci il tarixli 61 nömrəli əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış «Azərdənizneftinşaat» və 7 may 1979-cu ildə yaradılmış «Xəzərdənizneftqaztikinti» trestlərinin bazasında formalaşdırılan «Neftqaztikinti» Trestinin nöqsanlı fəaliyyəti ölkə büdcəsinin böyük bir hissəsini təşkil edən neft-qaz sektorunun inkişafına mənfi təsir göstərir. Belə ki, Mirkazım Abbasovun rəhbərlik etdiyi trestin Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması, neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən obyektlərin tikintisi ilə məşğul olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyaya görə, «Neftqaztikinti» Trestinin işçiləri rəhbərliyin əməllərindən təngə gəlib. Adıçəkilən müəssisənin ölkənin bütün regionlarında, o cümlədən «Günəşli» və «Neft Daşları» yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda, həmçinin onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərdiyini qeyd edən mənbə bildirir ki, hazırda trestin tərkibinə daxil olan 7 müəssisə və Gürcüstan Nümayəndəliyində çalışan işçilər Mirkazım Abbasovun nöqsanlı fəaliyyətinin əziyyətini çəkirlər: «Nəzərinizə çatdırım ki, trestin tərkibinə 1, 2, 3, 4 və 5 saylı tikinti quraşdırma idarələri, o cümlədən Dəmir Beton Məmulatları Zavodu, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti, Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir. Ümumiyyətlə, «Neftqaztikinti» Tresti dənizdə və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi, dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi, yeraltı qaz saxlama anbarlarının tikintisi, dəniz estakadalarının tikintisi, liman və liman qurğularının tikintisi, neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi, dənizin dayaz və dərin hissələrində stasionar özüllərin tikintisi, yataqların elektrik təchizatı sisteminin qurulması, yüksək gərginlikli sualtı kabel xətlərinin çəkilişi, yüksək gərginlikli kabel və hava elektrik ötürücü xətlərin çəkilişi, metal konstruksiyaların korroziyadan mühafizə işləri, dəmir-beton məmulatlarının istehsalı və digər işləri həyata keçirir. Təbii ki, bütün bu ağır və məsuliyyətli işlər trestin əməkdaşlarının, əsasən də fəhlələrin gərgin əməyi hesabına başa gəlir. Lakin trestin müdiri Mirkazım Abbasov işçilərə yetərincə diqqət və qayğı göstərmir, hətta bəzi məqamlarda onların hüquqlarını tapdamaqdan belə çəkinmir». Bununla bağlı konkret misal göstərən məlumatlı şəxs «Neftqaztikinti» Trestinin işçilərinin bir müddət öncə üzləşdikləri problemlərlə bağlı ARDNŞ rəhbərliyinə, eləcə də digər müvafiq qurumlara şikayət xarakterli müraciət ünvanladıqlarını qeyd edib. Məlumat üçün bildirək ki, adıçəkilən trestin fəhlələri həmin müraciətlərində konkret olaraq Mirkazım Abbasov, trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılov və direktor müavini Həmif Qurbanovun əməllərindən gileyləniblər. Belə ki, «Məlumunuz olsun ki, trestin müdri Mirkazım Abbasovun, trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılovun, həmçinin trestin direktor müavini Həmif Qurbanovun başı özlərinin MMC-lərinə qarışıb, dərdimizi eşitmirlər» deyən fəhlələr iddia edirlər ki, «Neftqaztikinti» Trestinin müdirinin Qusardakı mülkü, Bakıda restoranı və mağazası var. Əldə etdiyimiz informasiyada həmçinin o da deyilir ki, Mirkazım Abbasov bu yaxınlarda paytaxtın «Vorovski» adlanan ərazisindəki dəbdəbəli imarətini 10 milyona satışa qoyub. Bu və digər önəmli məqamlarla bağlı Gundelik-Baku.com-u bilgiləndirən məlumatlı şəxs vurğulayır ki, «Neftqaztikinti» Trestinin müdiri Bakının mərkəzində yerləşən bir neçə butiki də artıq fəaliyyətini dayandırıb: «Deyilənlərə görə, Mirkazım Abbasov sahib olduğu daşınmaz əmlakın böyük bir hissəsini satışa çıxarıb və əldə olunan kapitalı ölkədən kənara çıxarmağı planlaşdırır. Bildirilir ki, o, bu məqsədlə «Azərbaycan Hava Yolları» QSC-nin sədri Cahangir Əsgərovun yardımlarına baş vurmaq üçün AZAL rəhbəri ilə görüşüb. Beləliklə, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən «Neftqaztikinti» Trestinin müdiri kapitalını Cahangir Əsgərovun yaxın adamlarından birinə təhvil verməli və AZAL rəhbərindən cavab gələnədək sakit, səssiz-səmirsiz gözləməlidir. Deyilənlərə görə, Mirkazım Abbasov irəli sürülən şərtlə razı olsa da, hələlik obyektlərini tam şəkildə satıb qurtara bilməyib. Odur ki, proses bir qədər də ləngiməli olacaq...» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|