NARDARANLI DİNDAR AZADLIĞA ÇIXIB
Tarix: 19-07-2012, 15:17 |
Çap et
O, HƏCCDƏN QAYIDANDA NARKOMAN KİMİ HƏBS OLUNMUŞDU
2011-ci ilin noyabrında Həcc ziyarətindən gələndə həbs olunan Bakının Nardaran qəsəbəsinin sakini Elçin Hüseynəliyevin cəzası şərti cəza ilə əvəz edilib və o, azadlığa buraxılıb.
O, Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı.
Məlumatı “İslamazeri.az” saytı yayıb.
E.Hüseynəliyev narkotik maddə ittihamı ilə məhkum edilmişdi.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov “Media forum” saytına deyib ki, E.Hüseynəliyev iyulun 18-də artıq evində olub: “Gözlənilir ki, qəsəbəmizin digər sakinləri - narkotik maddə ittihamı ilə ötən ilin sonlarında həbs olunan Kərbəlayi İmran və bu ilin fevral ayında saxlanılan “İslamın həqiqətləri” qəzetinin təsisçisi Əbülfəz Bünyadov da şərti cəza ilə azadlığa buraxılsınlar”.