İCAZƏSİZ TİKİLƏN EVLƏRƏ AMNİSTİYA VERİLƏ BİLƏR
Tarix: 17-07-2012, 13:40 |
Çap et
YENİ QANUN LAYİHƏSİ HAZIRLANIR
Azərbaycanda icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Onun sözlərinə görə, bu sənəddə tikililərə ayrıca yanaşmalar olacaq: «Ümumi fikir ondan ibarətdir ki insanlara maksimum kömək etmək lazımdır. Bu binalar təhlükəsizliyə, başqa insanların həyatına maneə törətmirsə, o binalara amnistiya verilməlidir”.