MƏHƏRRƏM ƏLİYEVİN QARDAŞININ TƏRS SAYTI
Tarix: 17-07-2012, 13:19 |
Çap et
DEPUTAT SAYTINDA ADINI TƏRS ÇEVİRDİ
Azərbaycanda yeni bir sayt fəaliyyətə başlayıb. Sayt Lida.az adlanır. Maraqlıdır ki, saytı Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin deputat qardaşı Adil Əliyev yaradıb. Sayt onun adının hərflərinin tərsinə oxunuşunu özündə əks etdirir. Saytın adının əvvəlcə başqa cür olması nəzərdə tutulubmuş.
Sayta ANS-dən tanınmış aparıcı İradə İsak rəhbərlik edir. Gunxeber.com-un məlumatına görə, sayt Boks Federasiyasının binasında yerləşir və geniş maliyyə imkanlarına malikdi.
Amma A.Əlyevin məqsədinin nə olduğu hələlik bəlli deyil. \ Gunxeber.com \