SABAH DEPUTATLA BAŞ REDAKTOR TOQQUŞUR
Tarix: 10-07-2012, 15:18 |
Çap et
ƏVƏZ ZEYNALLI MƏHKƏMƏDƏ NƏLƏRİ DANIŞACAQ?
DİA.AZ: - İyunun 11-də saat 11.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edəcək. Prosesdə millət vəkili Gülər Əhmədovanın iştirakı və baş redaktorun açıqlamaları gözlənilir.
DİA.AZ bildirir ki, məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.