ANS-İN ƏMƏKDAŞI VƏFAT EDİB
Tarix: 7-07-2012, 13:35 |
Çap et
QOLOSİLKİN 76 YAŞINDA DÜNYASINI DƏYİŞDİ
ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Yuri Stepanoviç Qolosilkin bu gün səhər ürək tutmasından 76 yaşında vəfat edib.
Qeyd edək ki, Yuri Qolosilkin 1986-ci ildə Ukraynanın “Çernobıl” Atom Elektrik Stansiyasında baş vermiş faciəvi nüvə partlayışından dərhal sonra əraziyə yollanmış və orada operativ-tədqiqat işi ilə məşğul olan azərbaycanlılardan biridir. Y.Qolosilkin uzun müddət Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. Vəzifəsindən istefaya gedən Yuri Qolosilkin artıq 14 ildən artıq idi ki, ANS-də rəhbər vəzifələrdə işləyirdi. Allah rəhmət eləsin!