«SƏRHƏDSİZ REPORTYORLAR»DAN JEST
Tarix: 5-07-2012, 13:12 |
Çap et
QURUM İSAXAN AŞUROVUN AİLƏSİNƏ BAŞSAĞLIĞI VERİB
Məşhur mətbuat azadlığı beynəlxalq təşkilatı «Sərhədsiz reportyorlar»ın rəhbəri Oliver Basil məşhur vəkil İsaxan Aşurovun ailəsinə başsağlığı məktubu göndərib.
«İsaxan Aşurovun 22 iyundan vəfat etməsi barədə xəbəri böyük kədərlə öyrəndik. Ədalət işinə sadiq olan belə güclü şəxsiyyəti itirdiyimizi dərk etmək çox ağırdır. Jurnalistlərin, blogerlərin və hüququ tapdanan başqa insanların müdafiəsi ilə bağlı gördüyü işlərə görə ona çox minnətdarıq.
İsaxanın ailəsinə, dostlarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı veririk», - deyə məktubda bildirilir.