KTN GÜLAĞA AĞAYEVDƏN İMTİNA ETDİ
Tarix: 27-06-2012, 18:06 |
Çap et
NAZİRLİK: “BİZIM BELƏ BIR IŞÇIMIZ YOXDUR”
DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, iyunun 23-də axşam saatlarında Daxili İşlər Nazirlininin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Qubada həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq üzrə Quba rayon şöbəsinin müdiri Gülağa Ağayev rayondakı evində həbs edilib. Həbs ediləndən sonra onun Bakıya gətirildiyi bildirilir. G.Ağayevin konkret hansı maddə ilə ittiham edilməsi bilinməsə də, onun Quba hadisələrinə görə tutulduğu deyilir.
Bununla bağlı DİA.AZ-a sözügedən nazirlikdən daxil olan məlumatda bildirilir ki, onların Gülağa Ağayev adlı işçisi yoxdur: “Artıq bir neçə ildir ki, G.Ağayev vəzifəsindən azad edilib və bu hadisədə nazirliyin adının hallandırılması birbaşa olaraq qərəzin nəticəsi hesab olunmalıdır”.