“XAHİŞ EDİRƏM ONUN ÖLDÜRÜLMƏSİNƏ MANE OLUN”
Tarix: 24-06-2012, 12:28 |
Çap et
MAHİR CAVADOVDAN HAKİMİYYƏTƏ CASUSLUQ İTTİHAMI
Xətai rayonun keçmiş prokuroru, OMON-un mərhum komandiri Rövşən Cavadovun Avstriyada mühacir həyatı yaşayan qardaşı Mahir Cavadov Azərbaycan mətbuatına müraciət ünvanlayıb. Gunxeber.com-a daxil olan müraciətdə deyilir:
“Bakı Şəhər Baş Polis İdarəsi 16.06.2012-ci il tarixində Arif Heybətov adlı şəxsə mənə qarşı casusluq təklif edib. Cənab Heybətov Arif polislərin bu təklifini internetdə yaydıqdan sonra, onlar onu 18.06.2012-ci il tarixində saxta ittihamla həbs ediblər. Xahiş edirəm cənab Heybətov Arifin taleyi ilə maraqlanıb onun öldürülməsinə, işgəncələr verilməsinə mane olasınız. Hörmətlə, Avstriyada siyasi sığınacaq almış Azərbaycan vətəndaşı Mahir Cavadov”.
Gunxeber.com saytı M.Cavadovun bu iddiasının doğru, yaxud yanlış olması ilə bağlı hər hansı bir iddia irəli sürməməklə yanaşı Azərbaycan hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırdı.