“DİNİ KONTİNGENTLƏ DAHA AKTİV İŞ APARMAQ LAZIMDIR”
Tarix: 23-06-2012, 13:26 |
Çap et
YENİ KOMİTƏ SƏDRİ PRİNSİPLƏRİNİ AÇIQLADI
«Təhlillər göstərir ki, dini kontingentlə daha aktiv iş aparmaq lazımdır».
APA-nın məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
Bununla əlaqədar Komitə tərəfindən bir sıra tədbirlərin hazırlandığını qeyd edən E. İskəndərovun sözlərinə görə, artıq Ramazan ayı ilə bağlı tədbirlər qrafiki tərtib olunub.
E. İskəndərov qarşıdakı dövrdə Komitənin internet və sosial şəbəkələr üzərində fəaliyyətinin gücləndiriləcəyini vurğulayıb: «Eyni zamanda sosial şəbəkələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin loqosunun hazırlanması üçün elan vermişik. İctimaiyyətin təqdim etdiyi loqonu simvol olaraq seçəcəyik. Maarifləndirmə işlərinə də tərəfimizdən geniş diqqət ayrılacaq».