“Puta-Nəqliyyat-2” ASC ləğv olunur .....                     Tarixi Zəfər: .....                     Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? .....                     Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     ABŞ siyasətində YENİ DÖNƏM .....                     Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib .....                     Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb .....                     Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub .....                     Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar .....                     Sabahdan məktəblilərin 17 günlük tətili başlayır .....                     "Qara siyahı"-nın ləğv olunması absurddur .....                     İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib .....                     Makron hakimiyyətinin rəzaləti .....                     Azərbaycana qarşı iddia geri götürülür? .....                     İri holdinqin rəhbəri dəyişdirilib .....                     Natəvan Əmirova sertifikatsız çalışırmış .....                     Bayram günlərində leysan yağacaq .....                     Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi HARA BAXIR? .....                     Amerika Birləşmiş Ştatlarındakı seçkilər niyə çərşənbə axşamı keçirilir? .....                     Nazir onu müşavir vəzifəsindən azad etdi .....                     "Hər an uçmaq təhlükəsi var..." .....                     Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... .....                     İrandan Trampın prezident seçilməsinə .....                     Tanınmış aparıcının SEVGİ MEYARI: .....                     “Bank VTB Azərbaycan”ın rəhbərliyinə təyinat olub .....                     Gəncə alüminium zavodunda nə baş verir? .....                     “Azərbaycanda yeni qiymətləndirmə standartları hazırlanacaq” .....                     Bu il banklar 6,2 milyard dollar valyuta alıblar .....                     Sülh planı müzakirəyə çıxarılır .....                     Avropa “qəflət yuxusu”ndan ayıla biləcək? .....                     “Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et! .....                     Şarl Mişel COP29-da iştirak edəcək .....                     Tramp Əliyev və Ərdoğana görə bunu etməyəcək .....                     “İrşad” müştəriyə satdığı qüsurlu malı dəyişdirmədiyi üçün cərimələndi .....                     İran Zəngəzur dəhlizinə qarşı: .....                     Trampın qələbəsi Azərbaycana nə vəd edir? .....                     Azərbaycan-Ermənistan sülh danışıqları üçün .....                     Sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb .....                     İrəvan COP29-da iştirakı ilə bağlı hələ də qərar verməyib .....                 

RAMİZ MEHDİYEVDƏN DƏYƏRLƏNDİRMƏ
Tarix: 20-06-2012, 13:46 | Çap et
RAMİZ MEHDİYEVDƏN DƏYƏRLƏNDİRMƏ

“2003-CÜ İLİN PREZİDENT SEÇKİSİ DÖNÜŞ ANI OLDU”

AzərTAc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çapa hazırlanan kitabından bir fəsli oxuculara təqdim edib. Akademik yazır ki, yeni yüzilliyin birinci onilliyi dünyada xalqların həyatının bütün sahələrini əhatə edən ciddi transformasiyalara dəlalət edir: “Cəmiyyətlərin formalaşması problemlərinin həllində əvvəlki yanaşmaların potensialı artıq tükənmişdir. İndi güclü inkişafa stimul yaradan yeni innovasiyalı metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər millətlərdən mütəşəkkillik, intizam və salamat qalmaq, dövlətin rəqabət qabiliyyətini təmin edə biləcək yeni sosial-iqtisadi forma və dəyərlər yaratmaq üçün səmərəli yollar axtarmağı tələb edir. Bu hədəflərə nail olmağın lokomotivi qismində millət özü çıxış edir, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyətləri yeni dəyişikliklərə müvafiq olaraq təkmilləşdirilməlidir”.

“Media forum” saytının məlumatına görə, Ramiz Mehdiyev qeyd edir ki, Azərbaycan bəşər tarixində müasir mərhələnin tələb etdiyi vəzifələrin həyata keçirilməsi üçün nadir imkanlara malikdir: “Azərbaycan milləti insan resurslarına və təbii resurslara, yaradılmış sosial-iqtisadi və mənəvi bazaya, təbii-coğrafi şəraitə güvənməklə yeni eranın ruhuna müvafiq cəmiyyət formalaşdırmağa qadirdir. Bu erada bir dövlət deyil, bir sıra dövlətlər hökmranlıq edəcək və cazibə mərkəzi tədricən Qərbdən Şərqə doğru dəyişəcəkdir. Azərbaycanın dəyəri və bənzərsizliyi ondan ibarətdir ki, o, Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşir, buna görə də o, milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən öz xeyrinə bacarıqla istifadə etməlidir.

Sağlam düşüncəli hər bir şəxsiyyətin həyatda öz məqsədləri olur, o, özünün həyat strategiyasına can atır. Bu sözlər bütövlükdə millətə də aiddir. Hər bir millətin öz milli strategiyası vardır (hər halda, olmalıdır), amma bu, heç də o demək deyildir ki, bütün millətlər həmin strategiyanı yaratmaq iqtidarındadır. Lakin çalışırlar. Konkret məsələlərin həllinə yönəlmiş milli strategiya millətin gücüdür. Milli strategiyanın həyata keçirilməsi hər bir millətin siyasi elitasının gündəlik qayğısıdır, onun üçün bir növ şüuraltı, təbii, şübhə doğurmayan məsələdir. Belə ki, Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmlənməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmişdir. Bu halda yadda saxlanması zəruri olan ən başlıca məsələ budur: Azərbaycan ərazisinin nisbətən kiçik ölçülərini və əhalisinin sayının az olmasını (Rusiya və İranla müqayisədə) keyfiyyət və texnologiya baxımından üstünlüyə nail olmaqla kompensasiya etməlidir.

Bu strateji hədəfə nail olmaq o şərtlə mümkündür ki, Azərbaycan cəmiyyətinin hər bir üzvü müasir inkişafın meyillərini və yollarını dərk etməyə çalışsın, özü tərəqqiyə nail olmaq istəsin. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək qabiliyyətini inkişaf etdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir.

Bununla bərabər, “Qızıl milyard” dövlətlərinin təcrübəsi göstərir ki, ölkənin innovasiyalı modernləşməsi məsələlərinin həllinin, müasir cəmiyyət quruculuğunun daha bir mühüm amili sosialyönümlü liberal iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatlandırıcı və istiqamətləndirici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuz ola bilər.

1993-cü ilin ortalarından başlayaraq Azərbaycan öz strateji seçimini etmişdir. O, dünya birliyinə inteqrasiya edən, demokratik əsaslara sadiq olan müasir dünyəvi ölkə kimi inkişaf etməyə başlamışdır. Siyasi modernləşmə sahəsində artıq ilk addımlar iqtisadiyyatın güclənməsinə təkan vermiş, bu isə yığılıb qalmış sosial problemlərin tədricən həll edilməsinə gətirib çıxarmışdır. Hakimiyyət özü üçün müəyyən etmişdir ki, o, öz səylərini inkişafın yeni vasitələrinin axtarışına yönəltməlidir, çünki milli təhlükəsizliyin möhkəmlənməsi sahəsində uğurlar çox cəhətdən iqtisadiyyatın inkişafı, sosiumun mənəvi və intellektual vəziyyəti ilə şərtlənir.

Bir sıra dövlətlərin təcrübəsi göstərir ki, ölkədə daxili siyasi və iqtisadi sabitlik artdıqca ayrı-ayrı dəyərləri müasir şəraitə uyğunlaşdırılan keçmişin yenidən dərk edilməsinə köklənmiş cəmiyyətin gələcək inkişaf meyillərinə cavab verən dəyərlərə tələbat yaranır.
1998-ci ildə Heydər Əliyevin prezidentliyinin ikinci dövrünün başlanğıcında Azərbaycan cəmiyyəti hərc-mərclik və özbaşınalıq vəziyyətini arxada qoyaraq özündə yeni dəyərlərə meyil hiss etmiş, yeni inkişaf ideologiyası bu dəyərlərin ifadəsi olmuşdur. Yeni şəraitdə milli dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazasına və kollektivlik mənlik şüuruna zərurət yaranmışdır. Milli identikliyin inkişafı ilə yanaşı, cəmiyyət ölkənin rəqabət qabiliyyətini təmin edə biləcək yeni inkişaf mənbələrinə müraciət etməyə başlamış, qloballaşma proseslərinin hələ heçə endirmədiyi dəyərlər qorunub saxlanmışdır.

Bu baxımdan 2003-cü ilin prezident seçkisi dönüş anı oldu. O dövrdən başlayaraq prezident İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam etdirərək, yaradılmış sosial-iqtisadi bazaya güvənərək və zamanın çağırışlarına uyğun olaraq yeni dövləti vəzifələr həyata keçirməyə başlamışdır: sənaye cəmiyyətinin tələblərindən irəli gələn problemləri sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçmək lazım idi. Prezident bilirdi ki, qarşıya qoyulmuş məqsədə nail olmağın zəruri şərti cəmiyyət həyatının bütün sahələrini əhatə etməli olan yenilənmədir.

İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlanır. Prezident İlham Əliyev öz vəzifəsinin icrasına başlayaraq “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında” (noyabr 2003-cü il), “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” (fevral 2004-cü il) ilk fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Deyə bilərik ki, Azərbaycanın inkişafı problemlərinin yeni, innovasiyalı dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün cəhətlərinin modernləşdirilməsi prioritetə çevrilir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Puta-Nəqliyyat-2” ASC ləğv olunur
Bu gün, 00:02
Tarixi Zəfər: - Təkcə bayram yox, həm də milli hesabat
Bu gün, 00:00
Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Dünən, 19:00
Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 18:58
ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Dünən, 18:17
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Dünən, 18:15
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Dünən, 18:13
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Dünən, 18:10
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Dünən, 18:04
Sabahdan məktəblilərin 17 günlük tətili başlayır - DİQQƏT
Dünən, 18:02
"Qara siyahı"-nın ləğv olunması absurddur - BU NƏDİ BELƏ?..
Dünən, 18:01
İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır
Dünən, 17:54
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Dünən, 17:52
Makron hakimiyyətinin rəzaləti – fransalı nazirin sayıqlaması
Dünən, 17:47
Azərbaycana qarşı iddia geri götürülür? – İrəvandan açıqlama
Dünən, 17:45
İri holdinqin rəhbəri dəyişdirilib - DOSYE
Dünən, 17:42
Natəvan Əmirova sertifikatsız çalışırmış - Klinika cəzalandırıldı
Dünən, 17:39
Bayram günlərində leysan yağacaq - belə deyirlər...
Dünən, 17:35
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi HARA BAXIR? - BU NƏDİ BELƏ?..
Dünən, 16:51
Amerika Birləşmiş Ştatlarındakı seçkilər niyə çərşənbə axşamı keçirilir? - Adət-ənənə, seçici fəallığı hesabı...
Dünən, 16:40
Nazir onu müşavir vəzifəsindən azad etdi - Səftər Rəhimli hara vəzifəyə gedir?
Dünən, 16:36
"Hər an uçmaq təhlükəsi var..." - BU NƏDİ BELƏ?..
Dünən, 16:21
Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... - “Mənə deyirlər ki, 1 otaqlı ev yoxdur”
Dünən, 16:01
İrandan Trampın prezident seçilməsinə REAKSİYA
Dünən, 15:58
Tanınmış aparıcının SEVGİ MEYARI: - “Kişidə baxış, gözlər, bir də…”
Dünən, 15:53
“Bank VTB Azərbaycan”ın rəhbərliyinə təyinat olub - FOTO
Dünən, 15:48
Gəncə alüminium zavodunda nə baş verir? – İŞÇİLƏR BƏZİ RƏHBƏR ŞƏXSLƏRDƏN NARAZILIQ EDİR...
Dünən, 15:44
“Azərbaycanda yeni qiymətləndirmə standartları hazırlanacaq” - Vüqar Oruc
Dünən, 15:38
Bu il banklar 6,2 milyard dollar valyuta alıblar - SİYAHI
Dünən, 15:36
Sülh planı müzakirəyə çıxarılır - “The Wall Street Journal”
Dünən, 15:33
Avropa “qəflət yuxusu”ndan ayıla biləcək? - Bakunetwork
Dünən, 15:30
“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!
Dünən, 15:25
Şarl Mişel COP29-da iştirak edəcək - AÇIQLAMA
Dünən, 15:20
Tramp Əliyev və Ərdoğana görə bunu etməyəcək - Ermənilərə xəbərdarlıq
Dünən, 15:00
“İrşad” müştəriyə satdığı qüsurlu malı dəyişdirmədiyi üçün cərimələndi
Dünən, 14:55
İran Zəngəzur dəhlizinə qarşı: - Ermənidən çox erməniçilik edir
Dünən, 14:52
Trampın qələbəsi Azərbaycana nə vəd edir? - AKTUAL
Dünən, 14:10
Azərbaycan-Ermənistan sülh danışıqları üçün hansı platforma daha səmərəlidir?
Dünən, 14:02
Sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb - Bir məsələ qalır
Dünən, 14:00
İrəvan COP29-da iştirakı ilə bağlı hələ də qərar verməyib - KİV
Dünən, 13:37
Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır - DİQQƏT
Dünən, 13:34
“Oleq Bakinski” haqda - Yeni qərar
Dünən, 13:12
“Toylarda geyinənlərə yox, soyunanlara çox pul verilir”
Dünən, 13:09
Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 13:00
ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı cinayət işlərinə son qoymaq istəyir – NBC
Dünən, 12:57
Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir - GƏLİŞMƏ
Dünən, 12:49
Tovuzda EKOLOJİ TERROR: Kənd sakinləri susuz qaldı... - ÖZBAŞINALIQ...
Dünən, 12:46
Zəngəzur dəhlizinin açılmasını istəmirik - Sübhani
Dünən, 12:41
İran Qarabağdan əl çəkmir: "ekspertləri" Ermənistanda... - “Miran Press”
Dünən, 12:38
Azərbaycan Mərkəzi Bankı "Meqa Həyat Sığorta"ya müddətsiz lisenziya verdi! - FOTO
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru