Adil Vəliyevdən daha bir "yaşıl QƏTLİAM" - Bakıxanov qəsəbəsində ağacları kim kəsir?
Tarix: 21-10-2015, 10:49 | Çap et
Son illər “Hərəyə bir ağac əkək” devizi altında paytaxtın qəsəbələrində ağaclar əkilir, ucu-bucağı görünməyən geniş yaşıllıq zonaları yaradılır. Bütün bunlara rəğmən, paytaxtın müxtəlif ərazilərində naməlum şəxslər tərəfindən 30-40 illik ağaclar qəddarcasına kəsilərək yerində lüzumsuz tikililər inşa edilir. Ölkə prezidentinin dəfələrlə bununla bağlı xəbərdarlığına baxmayaraq, hələ də Bakı şəhərində ağacların soyqırımı açıq aydın şəkildə özünü göstərir. Belə yerlərdən biri də Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsidir. DİA.AZ bildirir ki, “həftə içi”nin məlumatına görə, son illərdə adıçəkilən qəsəbədə böyük abadlıq, quruculuq və tikinti işləri aparılıb. Halbuki bəlkə də paytaxtın heç bir yerində bu qədər yaşıllaşdırma işləri görülməyib. Təəssüflər olsun ki, heç də öz gözəlliyinə və abadlığına görə şəhərin mərkəzindən seçilməyən Bakıxanov qəsəbəsində yaşıllıqlara qənim kəsilən insanlar da var. Xəqani adlı sakin “Həftə içi”nə bildirib ki, Bakıxanov qəsəbəsi Mahir Əliyev küçəsi 32 saylı yaşayış binasının ərazisində poçt binasının yanındakı asfalt yolun qırağındakı parkda 4 ədəd şam ağacları kəsilib. Qəsəbə sakininin bu məlumatından sonra vəziyyətlə yerindəcə tanış olmaq üçün həmin ünvana baş çəkdik. Məlum oldu ki, həqiqətən də 4 ədəd şam ağacı gövdəsindən mişarlanıb. Ancaq onun kəsik yerləri qalıb. Burada Mürvət Hüseynov adlı sakinlə görüşdük. Onun dediyinə görə, təxminən bir həftə əvvəl hündür, qollu-budaqlı şam ağaclarını gecəyarı bir qrup şəxslər tərəfindən kəsilib: “Kəsilmiş ağacların gövdəsi səhər saatlarındək yerdə idi. Sabunçu Rayon İcra Hakimiyyətindən nümayəndələri gəlib kəsilmiş ağacları “samasvalt ZİL” maşınına yükləyib apardılar. Yerini də süpürüb təmizlədilər”. Oqtay adlı sakin isə ürəkağrısı ilə şikayətləndi ki, bu ağaclar hələ 40 il bundan öncə onun gözləri qarşısında əkilib. Onun sözlərinə görə, ahıl adamların oturmağa və istirahət etməyə nə yerləri var, nə də şəraitləri: “Qoca, ahıl adamlarıq. Yolun qırağında bu yaşıl ağacların altında köhnə taxta parçasından stol və oturacaqlar düzəldib isti günlü havalardan gəlib dominadan, nərddən oynayıb başımızı qatırdıq. Təəssüflər olsun ki, həmin o 40 illik ağacları da bizə çox gördülər. Biz bu ağacların kölgəsi altında oturub dincəlirdik. İndi isə açıq havada başımıza gün döyə-döyə köhnə taxta parçasının üstündə oturub günümüzü keçiririk”.
Sakinlər onu da xatırlatdılar ki, min bir əzab-əziyyətlə burada yaşıllıq salınıb. Hətta isti yay günlərində ağacları sakinlər özləri sulayıblar: “Təəssüflər olsun ki, bu il təxminən avqust ayının axırlarında “Mercedes” markalı avtomobildən 4 nəfər naməlum şəxs əllərindəki yandırıcı kimyəvi madəni həmin ağacların dibinə töküb getdilər. Bizim tanımadığımız bu naməlum şəxslər deyirdilər ki, guya gətirdikləri dərmandır. Dərman vurmaqla ağacların qurdlarını tökürlər. Hətta bu barədə həmin əraziyə nəzarət edən sahə müvəkkilindən tutmuş rayon icra hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinədək müxtəlif dövlət orqanlarına xəbər verilib. Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertləri də gəlmişdilər. Dedilər ki, ağacların kimlər tərəfindən kəsildiyi araşdırılacaq və cinayət törədən günahkar şəxslər cəzalandırılacaq. Xoşbəxtlikdən həmin ağaclar qurumadı. Vaxtlı-vaxtında suvarıldı, onlara qulluq göstərilirdi. Elə həmişəki kimi yaşıl qalmışdı. Bu yaxınlarda isə gecə vaxtı bir qrup adamlar həmin o 4 ağacı mişarlayıblar. Biz özümüz şahidik ki, naməlum adamlar ağacları gövdəsindən kəsərək, yanı üstə qoyub getdilər. Onlar yaşıllığın gizli şəkildə qırılmasının da yolunu tapıblar. Əvvəlcə ağacların bir metr hündürlüyünə qədər gövdəsinə yandırıcı kimyəvi maddə töküb qurudurlar, sonra həmin yeri sənədləşdirib və qurumuş ağacları mişarlayıb yerində tikinti işləri aparırlar. Bu barədə aidiyyəti qurumlara məlumat verilsə də, bir tədbir görülməyib”. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsək də, ağacların kim tərəfindən və hansı məqsədlə kəsildiyinə aydınlıq gətirə bilmədik. Amma icra hakimiyyətindən “Həftə içi”nə bu barədə yetərincə məlumatların olduğunu söylədilər: “Biz bu məsələdən xəbərdarıq. Rayon icra hakimiyyəti tərəfindən ağacların kəsilməsi ilə bağlı akt tərtib edilib. Rayon polis idarəsinə müraciət olunub ki, bu məsələlər araşdırılsın. Lakin hələ ki, günahkarlar tapılmayıb”.
Qələndər Xaçınçaylı
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
|