«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin» - İcra başçısı imkansızlıq üzündən övladını itirmiş atanı ələ saldı
Tarix: 8-09-2015, 10:51 | Çap et
Neftçalada durumun yetərli qədər ağır olduğu barədə hələ bir müddət əvvəl məlumat vermişdik. Bildirmişdik ki, rayonda sosial-iqtisadi problemlər biabırçı vəziyyət yaranıb. Neft-qaz hasilatı ilə məşğul olan rayonun kənd və qəsəbələrinin əksəriyyətində təbii qaz yoxdur. Varsa belə, onun varlığı ilə yoxluğu məlum deyil.
JAM.AZ xəbər verir ki, «mavi yanacaq» problemi yaşayan kəndlərdən biri də Aşağı Qaramanlıdır. Daha doğrusu, bu kəndə qaz xətləri çəkilərkən layihədən bir xeyli kənara çıxılıb. Nəticədə, bir çox sakin ciddi problemlə üzləşib. Əslində, Neftçalanın Aşağı Qaramanlı kəndinin «qaz bombası»nın üzərində olduğunu demək daha dəqiq olardı. Çünki kəndə çəkilən qaz xətlərinin böyük bir qismi yerin altı ilə aparılıb. Təhlükəsizlik tədbirlərinə dair Əsasnamədə isə vurğulanır ki, təbii qaz xətlərinin yerin altı ilə çəkilməsi qadağandır. Çünki baş verə biləcək istənilən sızıntının sonradan partlayışa səbəb olma ehtimalının böyüklüyüdür. Amma Qaramanlıda bunu qətiyyən nəzərə almayıblar.
Qeyd edək ki, Neftçala rayonunda təkcə Aşağı Qaramanlı deyil, həmçinin Kür-Qarabucaq, Birinci Qaralı, Qədimkənd kimi kəndlərdə də vəziyyət fərqli deyil. Bu kəndlərin bəzilərində qaz xətləri yerin altı ilə, bəziləri qapıların üzəriylə aparılıb. Bəzi kənd sakinlərinin evlərinə isə ümumiyyətlə qaz xətti çəkilməyib. Və səbəb kimi də gülünc arqument göstərilib…
Nəzərinizə çatdıraq ki, Aşağı Qaramanlı kəndində Əbülfəzl Abbas məscidi var. İnanclı insanların üz tutduğu bu məscidə qaz xəttinin çəkilməməsinin səbəbini bilən yoxdur. Ona görə ki, əsas qaz xəttindən 30-35 metr aralıda yerləşən bu ibadət yerinin «mavi yanacaq»la təmin olunmaması hamıda təcccüb yaradıb.
Elə kənd sakini Fuad Nağıyevin də başına analoji iş gətirilib. Daha doğrusu, onun evinə qaz xətti çəkilərkən darvaza üçün yer saxlanılmayıb. Ev sahibinin qürbətdə olması səbəbindən özü çəkiliş zamanı hadisə yerində olmayıb. Amma atasının etirazlarına baxmayaraq, «Azərqaz»ın işçiləri bildiriblər ki, onlar layihə üzrə hərəkət edirlər. «Bu həyətin darvazası yoxdur, ona görə də qapı üçün yer qoya bilmərik».
Maraqlıdır ki, Allah iraq etsin, sabah yanğın və ya başqa bir bədbəxt hadisə baş verərsə, o zaman yanğınsöndürən maşın və ya ambulans bu həyətə necə girəcək? Bu suala cavab verə biləcək kimsə yoxdur. Çünki sualın cavabı yoxdur.
Aşağı Qaramanlı kənd sakini Əbülfət Qurbanovun durumu isə daha ağırdır. Üstəlik, acılı atana Neftçala İcra Hakimiyyətində yetərli qədər ələ salıblar. JAM.AZ-ın əməkdaşı ilə söhbəti zamanı Qurbanov bildirib ki, 46 yaşı var və 15 il kirayələrdə yaşayıb. Ayrı-ayrı adamların qapısında işləyərək, ailəsini dolandırmağa çalışır. Nəhayət, özünə kiçik bir daxma tikərək, ailə-uşaqla oraya yığışıb. «Hər yerə qaz çəkildi, bircə mənim evimdən başqa. Səbəbini öyrənmək üçün döymədiyim qapı qalmayıb. Mənə nə cavab verirlər, nə də qəbul edirlər. Məsələdən Neftçalanın icra başçısının, kəndimizin icra nümayəndəsinin, bələdiyyənin xəbəri var. Amma tədbir görmürlər».
Həmsöhbətimiz bildirir ki, üzləşdiyi problemlə əlaqədar rəsmi qurumlara müraciət etmək istəsə də, qarşısını alırlar. «Qonşularım evimin şəkilini çəkərək, Facebookda paylaşmışdılar. Həmin insana olmazın təzyiq göstərdilər. Yazdığım məktubu kompyüterdən çapa verməyə imkan vermirlər. Prezidentə göndərdiyim məktubu isə poçtda cırıb, tullayıblar».
Əbülfət Qurbanov, həm də 12 yaşlı uşağını itirib. Övladının xəstə olması və maddi imkanının müalicəyə çatmaması uşağının tələf olmasına gətirib çıxarıb. Amma Neftçalanın icra başçısı bu ürəyi dağlı atanı ələ salmaqdan çəkinməyib. «Öz kiçik imkanlarım hesabıma özümə daxma tikmişəm. Neftçalanın icra başçısının qəbulunda olarkən mənə bildirdi ki, «Get evinin üstünü qaldır, amma elə et ki, təyyarə dəyməsin. Sonra qaz xətti çəkilər». Beləcə məni ələ saldı, kor-peşman geri döndüm. Düzdür, İsmayıl Vəliyevin İstanbulda yaşayan qaynı Rövşənin adına 2 milyon dollarlıq fabrikim yoxdur ki, ipək alveri edib, biznes quram, saraylar tikdirəm».
Sonda onu da bildirək ki, Əbülfət Qurbanov özü də xəstədir. Lakin maddi imkanının olmaması müalicə almasını əngəlləyir. Rəsmi qurumların isə insanların hansı durumda olması veclərinə də deyil.
Müvafiq qurumlardan mövcud vəziyyətlə bağlı münasibət öyrənmək cəhdlərimiz alınmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
|